Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı: "Hamını qan içində görüb.." - FOTO
Ötən gün Xəzər rayonu, Buzovna qəsəbəsində bir ailədən 2 nəfərin qətli, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı üzə çıxıb.
BiG.AZ xəbər verir, Qafqazinfo-nun əməkdaşları qətlin baş verdiyi Buzovna qəsəbəsi, Naxçıvani küçəsində olub, müəmmalı cinayətlə bağlı bəzi detalları əldə edib. Məlum olub ki, təxminən iki həftə əvvəl 1939-cu il təvəllüdlü Elbrus Muradovun mənzilindən 10 min manata yaxın pul oğurlanıb. Ailə bununla bağlı polisə müraciət edib və araşdırmalara başlanılıb. Dünən, yəni noyabrın 29-da axşam saat 20 radələrində isə naməlum şəxs həmin evin qapısını döyüb. Qapını 83 yaşlı E. Muradov açıb. Həmin şəxs kəsici alətlə hücum edib, E.Muradovun baş və boyun nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib. Həmin şəxs daha sonra mənzilə daxil olaraq onun ikinci qrup əlil olan oğlu Rahil Muradova zərbələr endirib və boğaz nahiyəsinə öldürücü xəsarətlər yetirib. Mənzildə digər otaqda olan yataq xəstəsi, E.Muradovun həyat yoldaşı 77 yaşlı Şahirə Muradovaya da çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirən həmin şəxs onun da öldüyünü düşünərək evi tərk edib. Bu zaman o, qonşuluqda yaşayan və işdən gəldikdən sonra nənəsigilə yeməyə gedən E.Muradovun 25 yaşlı nəvəsi Elbrus Ağalarovla qarşılaşıb.
Hadisə nəticəsində baş və boyun nahiyəsindən çoxsaylı xəsarətlər alan və dəhşətli cinayətin əsas şahidi olan Elbrus Ağalarov söhbətində həmin şəxsin maskalı olduğunu deyib:
"Mən həyətə daxil olanda babamın qan içində yerdə qaldığını gördüm, həmin vaxt maskalı şəxs evdən çıxırdı. Hündür, yekəpər bir insan idi, mənə hücum edərək vurmağa başladı. Ona dedim ki, sənin arxanca düşməyəcəyəm, qoy nənəmə-babama kömək edim. Məni buraxıb qaçdı. Tez evə daxil oldum, hamının qan içində qaldığını görüb qonşulardan kömək istədim. Xahiş edirəm, həmin adam tezliklə tutulsun".
Hadisədən sonra xəstəxanaya yerləşdirilən və xəsarətləri nisbətən yüngül olduğundan evə buraxılan 25 yaşlı Elbrus həmin şəxsin özü ilə hər hansı əşya və sair aparmasını yaxşı xatırlaya bilmədiyini qeyd edib.
Hadisə barədə danışan qonşular Elbrus Muradovun və ailəsinin çox sakit, mədəni və ünsiyyətcil insan olduğunu bildiriblər. Onlar yaşadıqları ərazidə əvvəllər də oğurluq hadisələrinin olduğunu, baş vermiş cinayətin də tamah məqsədilə və ya 2 həftə əvvəl baş vermiş oğurluq cinayətilə bağlı ola biləcəyini ehtimal edirlər.
Xatırladaq ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. R.Muradov xəstəxanada vəfat edib.
Baş vermiş cinayətin üstünün açılması məqsədilə əraziyə istintaq qrupu cəlb edilib və intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1769 Tarix: 30 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
15:40 0 Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib
Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. BİG.AZ xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər gün
14:33 140 İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud
12:40 145 Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
"Bu gün biz azad Qarabağda qurub-yaradırıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. Dövlətimizin başçısı qeyd edib: "Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bur
12:33 137 Prezident: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbayca
12:38 134 Marneulidə faciə: Atasının ölüm xəbərini alan qızı da vəfat etdi
Gürcüstanın Marneuli rayonunda 50 yaşlarında kişi qəfil vəfat edib. -yə istinadən xəbər verir ki, kişinin iş yerində halı qəfil pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Məlumata görə, atasının ölümündən sarsılan orta yaşlı qızı da qısa müddət sonra qəfil vəfat edib
15:30 69 Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. BİG.AZ xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lent
14:29 136 Dünyadan "ərzaq yığın" ÇAĞIRIŞI: Niyə məhz 3 gün? - ŞOK DETALLAR
Dünyanın bir çox ölkəsi eyni vaxtda vətəndaşlarına evlərində ərzaq və su ehtiyatı toplamaqla bağlı çağırış edərək həyəcan təbili çaldı. Bəs bu addımın arxasında hansı səbəblər dayanır və əslində nə baş verir?. "GZT"yə istinadən xəbər verir ki, müasir dövrdə hər hansı bir ölkəni böhrana sürükləmə
16:00 0 Dubay əmirindən boşanan Zeynəb 6 aydır övladlarını görə bilmir
Dubay əmiri ilə boşanan Zeynəb Cavadlı övladlarına qovuşmaq üçün BƏƏ-nin BMT-yə namizəd rəsmisinə müraciət edib. Axşam.az xəbər verir ki, Zeynəb Cavadlı iyunun 2-də Dubay polisi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının evinə basqın etməsindən sonra üç qızını görmədiyini bildirib. O, hadisədə
13:00 172