Metroda sıxlığın qarşısını necə almaq olar? - RƏSMİ AÇIQLAMA

Metroda sıxlığın qarşısını necə almaq olar? - RƏSMİ AÇIQLAMA"Sərnişinlərin çox olduğu bütün stansiyalarda sıxlıq var. Məsələn "Ulduz" stansiyasında belə bir mexanizm tətbiq olunmur. Amma xüsusilə sıxlıq olanda stansiyalarda səhər və axşam saatlarında eyni qayda ilə nəzarət təmin olunmaq şərtilə, yəni platforma səviyyəsində boşluq varsa, avtomatik bir deyil, bir neçə qapı açıq olar bilər. Amma ifrat dərəcədə yüklənməyə doğru gedirsə, burada bizim özümüzün xüsusi tənzimləmə mexanizmlərimiz var. Bu zaman avtomatik olaraq bir və yaxud iki qapıdan istifadə olunur".

Bu sözləri BiG.AZ-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, son günlər metronun "Gənclik" və sıxlıq müşahidə olunan digər stansiyalarında yüklənməni aradan qaldırmaq üçün girişdə və keçiddə tənzimləmə mexanizmləri tətbiq olunur:

"Sıxlığın səbəbi, təbii ki, bəllidir. Yəni oradakı tədris günü birinci növbənin dərsləri başa çatdıqdan sonra günorta saatlarında, daha sonra isə axşam saatlarında eyni qayda ilə ikinci növbənin dərsləri, eyni zamanda iş vaxtı başa çatdığı üçün "Gənclik" stansiyasında sıxlıq müşahidə edilir. "Nərimanov" stansiyasında da bu hal yaşanır. Sıxlığın əsas yaranma səbəbi budur.

Bir qapının açıq olması platforma səviyyəsində ifrat dərəcədə yüklənmə olmaması üçündür. Çünki platforma səviyyəsində sərnişinin iki yolu var: qatara minir və qatardan düşür. Yəni sərnişinin başqa hərəkət etmə sahəsi olmadığı üçün bu qayda ilə stansiyaların girişində xüsusi nəzarət təmin olunmaqla platforma səviyyəsinin ifrat dərəcədə yüklənməsinin qarşısını almaq üçün bu qayda ilə tənzimləmə mexanizmi tətbiq olunur. Çünki stansiyaların ölçülərini dəyişmək olmaz. Yaxud bu gün üçün qatarlar arasında interval texniki cəhətdən mümkün olan ən optimal şəkildə təyin olunub. Bundan əlavə, stansiyanın ölçüsünə uyğun olaraq bir qatar beş vaqondan ibarət olur. Yəni burada texniki cəhətdən 6-cı, 7-ci vaqon qoşmaq mümkün deyil. Buna görə də stansiyanın ifrat dərəcədə yüklənməsinə yol verməmək üçün artıq girişdə və keçiddə tənzimləmə mexanizmləri tətbiq olunur".

Metropolitenin sözçüsü sıxlığın aradan qaldırılmasının mümkün variantlarından danışıb:

"Metropolitenin texniki imkanları həddində ən optimal mümkün interval təmin olunub. Yəni gur saatlarda "28 May"-"Həzi Aslanov" arasında 2 dəqiqəlik intervalı təmin etmək olur. Pik saatlarda intervalı bundan aşağı təmin etmək mümkün deyil.

Bunun müxtəlif səbəbləri var. Birinci səbəb odur ki, "28 May" stansiyasında Metropolitenin yaşıl və qırmızı xətləri birləşir. Yəni kəsişmir, birləşir. Məhz sonra üzü "Həzi Aslanov"a qədər faktiki olaraq qatar bir xətt üzrə hərəkət edir. Dünya metro sistemində bu yoxdur, amma bizdə var. Bu səbəbdən "28 May" stansiyasından sonrakı stansiyalarda interval iki dəqiqədən çoxdur. Yəni həmin stansiyalarda ən azından 4 dəqiqə interval var.

Metronun 2011-ci ildə təsdiq olunmuş Konseptual İnkişaf Sxemi var. Həmin sxemə uyğun olaraq, bu gün də metronun prioritet vəzifəsi xətlərin ayrılması layihəsidir. Yəni xətlərin ayrılması layihəsi də yekun nəticə olaraq 9 stansiyanın inşasını nəzərdə tutan bir layihədir. Bu, "Dərnəgül"dən sonra "Koroğlu"ya qədər 3 stansiyanı, "Xətai"dən sonra "Həzi Aslanov"a qədər və ona keçid olacaq şərti adı "Həzi Aslanov 2" olan stansiyası daxil olmaqla 4 stansiyasının inşasını nəzərdə tutur. Xətlər bir-birindən ayrılandan sonra hər xətdə müstəqil qatarların hərəkəti təmin olunur. Belə olduqda minimal intervalı təmin etmək üçün sonuncu stansiyanın arxasından qatarın dönüb qayıtdığı bir yoldan digər yola keçmək üçün xüsusi qurğu olur. Ona keçid kamerası deyilir. Yəni belə bir stansiyanın inşa olunması üçün "İçərişəhər"dən sonra bir, yaxud tövsiyə olunan iki stansiya inşa olunmalıdır. Beləliklə, bu stansiya inşa olunandan sonra interval azala bilər. Məsələn, "Elmlər akademiyası"nda 4 dəqiqədən aşağı interval yoxdur və s.

Bu məsələlərin həlli yalnız həmin dövrdə mümkündür. Burada qatarın sayı, stansiyanın qapısının birinin açıq olub, digərinin açıq olmaması hər hansısa bir rol oynamır. Bu gün qatarların, vaqonların sayı kifayət qədərdir ki, texniki cəhətdən mümkün olan ən minimal interval təmin olunsun".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1037   Tarix: 02 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

15:20 0
.

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl

13:50 131
.

Slovakiyanın baş naziri etiraf etdi: "Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb"

"2003-cü ildə Slovakiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələri saxtalaşdırılıb". TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib. "Slovakiya 2004-cü ildə Aİ-yə daxil olanda burada böyük ruh yüksəkliyi var idi. Bi

13:30 146
.

Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl

12:35 132
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. BİG.AZ xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər gün

14:33 129
.

Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"

Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi

12:41 155
.

Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin

13:08 130
.

"Azərbaycanda filmə çəkilmək mənim üçün inanılmaz təcrübə oldu"

Türkiyəli aktrisa Özge Gürel bu gün qatıldığı tədbirdə baş rollarından birini ifa etdiyi, Azərbaycanın Vətən müharibəsinə həsr olunan "44" bədii filmi ilə bağlı təəssüratlarını bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa "Gece mühabiri"nə açıqlamasında filmdə rol almağın onun üçün qürurveric

12:00 148
.

Marneulidə faciə: Atasının ölüm xəbərini alan qızı da vəfat etdi

Gürcüstanın Marneuli rayonunda 50 yaşlarında kişi qəfil vəfat edib. -yə istinadən xəbər verir ki, kişinin iş yerində halı qəfil pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Məlumata görə, atasının ölümündən sarsılan orta yaşlı qızı da qısa müddət sonra qəfil vəfat edib

15:30 0
.