İntim videoları yayılan FHN polkovniki ilə bağlı YENİ XƏBƏR

İntim videoları yayılan FHN polkovniki ilə bağlı YENİ XƏBƏRFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BiG.AZ "bizim.media"ya istinadən xəbər verir ki, Zaur Mirzəyevin cinayət işi üzrə iki qadın zərərçəkmiş qismində tanınıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Məhəmməd Əkbərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ müəyyən edilməyib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və fotoçəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırmış, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla, 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq, cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək, ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2630   Tarix: 02 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Almaniya təqribən 12 milyard avro dəyərində uzaqmənzilli silah almaq niyyətindədir

Almaniya təxminən 12 milyard avro tələb edə biləcək yeni uzaqmənzilli silah arsenalı yaratmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Welt" Almaniya Müdafiə Nazirliyinin daxili sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, raketlərin ilk tədarükü 2027-ci ildə gözlənilir

23.08.2026 154
.

Azərbaycan və Özbəkistan liderlərinin bəyanatları öncəsi SON HAZIRLIQLAR - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması və mübadiləsi mərasiminə, eləcə də dövlət başçılarının mətbuata bəyanatlarla çıxışlarına hazırlıqdan görüntülər yayılıb. -ın əldə etdiyi məlumata görə, Azərbaycan və Özbəkistan nümayənd

23.08.2026 146
.

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO+YENİLƏNİB

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. BİG.AZ AZƏRTAC-a istinadl

23.08.2026 150
.

Rusiyada ata yol qaydalarını pozan oğlunun avtomobilini qəsdən yandırdı

Rusiyanın Blaqoveşensk şəhərində ata yol hərəkəti qaydalarını (YHQ) davamlı olaraq pozduğuna görə oğlunun avtomobilini yandırıb. xəbər verir ki, bu barədə "Amur Mash" "Telegram" kanalı məlumat yayıb. Məlumata əsasən, 50 yaşlı kişi övladının mütəmadi olaraq YHQ-ni pozmasından bezi

23.08.2026 141
.

Şahzadə Harri və Elton Con məhkəmədə uduzdular: 13 milyon dollar ödəyəcəklər

London məhkəməsi telefon dinləmələrinə görə "The Daily Mail"in naşirinə qarşı iddia qaldıran, lakin məhkəmə prosesini uduzan şahzadə Harri, müğənni və bəstəkar Elton Con və digər məşhurların üzərinə 13 milyon dollar məbləğində məhkəmə xərclərini ödəmək öhdəliyi qoyub. bu barədə "Sky News"

23.08.2026 142
.

İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev özbək həmkarı Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə dövlətimizin başçısı Daşkənddə mətbuata bəyanatında bildirib. "Şavkat Miromonoviç, sizi münasib vaxtda Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim"

23.08.2026 137
.

Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bu ölkənin mətbuatı tərəfindən geniş şəkildə işıqlandırılıb. Qəzet və saytlar xəbərlərlə yanaşı, analitik yazılara və reportaja da yer veriblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, " iki ölkənin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini

23.08.2026 139
.

İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan prezidentinin xüsusi rolunu qeyd edib

Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə mətbuata bəyanatında Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd edib. BİG.AZ AZƏRTAC-a istiandla xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Bir daha Prezident Şavkat Miromonovi

23.08.2026 137
.

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Özbəkistan prezidenti bəyanatla çıxış edib. Sonra Azərbaycan Prezidenti bəyanatl

23.08.2026 127
.