İlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTO

İlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda "Aqroinkişaf 2017" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki "Aqroinkişaf 2017" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına Aqroparkın fəaliyyəti barədə məlumat verdi.

Qeyd edildi ki, Şəki rayonunun ərazisində 9700 hektar və Oğuz rayonunun ərazisində 1300 hektar olmaqla, ümumilikdə 11 min hektar sahədə yaradılmış Aqropark bağçılıq və əkinçilik üzrə fəaliyyət göstərir. Burada əsasən qoz, badam və zeytun bağları salınır və taxıl bitkiləri əkilir. Layihənin ümumi dəyəri 30 milyon manatdır. Zəruri infrastrukturun yaradılmasına 67,8 milyon manat dövlət əsaslı vəsaiti qoyulmuşdur.

Bildirildi ki, 2017-ci ildən başlayaraq "Aqroinkişaf 2017" MMC tərəfindən Azərbaycanda sənaye üsulu ilə qoz istehsalını həyata keçirmək üçün ABŞ-ın fermer təsərrüfatlarının və Avstraliyanın "Webster" şirkətinin təcrübəsi əsas götürülüb. Aqroparkda 2 min hektar ərazidə damcı suvarma sistemi qurulub, 3 meteostansiya, ofis binaları, fitolaboratoriya, ting istehsalı üçün soyuducu kameralar, mexanizasiya sahələri və anbarlar tikilib.

Prezident İlham Əliyevə Aqroparkda yetişdirilən məhsullar təqdim olundu.

Diqqətə çatdırıldı ki, ərazidə min hektarlıq badam bağının salınması işlərinə başlanılıb. Hazırda 4 badam növü üzrə 160 hektar bağ salınıb və onun ilin sonunadək 300 hektara çatdırılması nəzərdə tutulub. Bu il ilk dəfə olaraq "AzBadam" şirkətinə 1,2 ton məhsul satılıb.

Hazırda 2 zeytun növü üzrə 225 hektardan çox zeytun bağları salınıb və onun 300 hektara çatdırılması nəzərdə tutulub. "Zirə Zeytun" şirkətinə ilk olaraq 2,6 ton zeytun satılıb. Burada kiçikhəcmli zeytun yağı emalı sahəsinin yaradılması nəzərdə tutulub.

Məlumat verildi ki, 9 min hektar sahədə yüksəkkeyfiyyətli buğda istehsalı təşkil edilib, 30 min tonluq silos qurğuları tikilib və lazımi infrastruktur qurulub. Görülən aqrotexniki tədbirlər nəticəsində hektardan orta məhsuldarlıq 1,5 ton, ayrı-ayrı hallarda 4 ton təşkil edib. Təsərrüfatı yüksəkkeyfiyyətli toxumla təmin etmək üçün ildə 2 min tona yaxın toxum yetişdirilərək emal olunur.

Hazırda 160 nəfər daimi və 200 nəfər mövsümi iş yerlərinə cəlb edilib. Təsərrüfat GPS qurğuları quraşdırılmış 31 traktor, 4 kombayn, müasir tipli 4 çiləyici, 55 müxtəlif qoşqu və avadanlıqlarla təmin olunub.

Dövlətimizin başçısı Aqroparkın ərazisində ağac əkdi.

17:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda "Aqroinkişaf 2017" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

İlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev "Şəki-Oğuz" Aqroparkında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 970   Tarix: 02 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

15:20 0
.

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl

13:50 131
.

Slovakiyanın baş naziri etiraf etdi: "Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb"

"2003-cü ildə Slovakiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələri saxtalaşdırılıb". TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib. "Slovakiya 2004-cü ildə Aİ-yə daxil olanda burada böyük ruh yüksəkliyi var idi. Bi

13:30 146
.

Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl

12:35 132
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. BİG.AZ xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər gün

14:33 129
.

Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"

Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi

12:41 155
.

Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin

13:08 130
.

"Azərbaycanda filmə çəkilmək mənim üçün inanılmaz təcrübə oldu"

Türkiyəli aktrisa Özge Gürel bu gün qatıldığı tədbirdə baş rollarından birini ifa etdiyi, Azərbaycanın Vətən müharibəsinə həsr olunan "44" bədii filmi ilə bağlı təəssüratlarını bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa "Gece mühabiri"nə açıqlamasında filmdə rol almağın onun üçün qürurveric

12:00 148
.

Marneulidə faciə: Atasının ölüm xəbərini alan qızı da vəfat etdi

Gürcüstanın Marneuli rayonunda 50 yaşlarında kişi qəfil vəfat edib. -yə istinadən xəbər verir ki, kişinin iş yerində halı qəfil pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Məlumata görə, atasının ölümündən sarsılan orta yaşlı qızı da qısa müddət sonra qəfil vəfat edib

15:30 0
.