Bakıda Şaxta baba "olmağın" qiyməti artıb?

Bakıda Şaxta baba "olmağın" qiyməti artıb?Hər Yeni il paytaxtda qurulan yolkaların ətrafında şəkil üçün model olub sakinləri və qonaqları əyləndirən Şaxta babalarla Qar qızların bu il eyni fəaliyyəti gerçəkləşdirmək üçün lisenziyaya daha çox pul xərcləyəcəkləri məlum olub.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, yeni il personajlarına lisenziya verməkdə məsul olan qurumdan - Bakı Şəhəri İcra Hakimiyyətinin Ticarət Departamenti bildirilib ki, bu il rüsumun məbləği 90 manat təşkil edir:

"90 manat rəsmi ödəniş edilir. Bununla da lisenziya verilir və fəaliyyət də rəsmi olur. Ötən il isə məbləğ 60 manat idi. Yanvar ayında qanunvericilikdə dəyişiklik oldu. Mövsümi və yüksək ticarət fəaliyyətinə görə rüsum 90 manat təyin olundu".

Əlavə edilib ki, rüsum saya görə yox, müəyyən olunmuş yerlərə əsasən ödənilir:

"Öncə Şaxta baba və ya Qar qız fəaliyyət göstərəcəkləri yeri müəyyən edir, daha sonra lisenziya üçün müraciət edib, qeydiyyatdan keçirlər. Rüsum şəxslərin sayına görə ödənilmir. Şaxta baba və Qar qız cütlük şəklində rüsumu ödəyib, qeydiyyatdan keçir, bir ay fəaliyyət göstərirlər. Yəni insan sayı bizə önəmli deyil".

İki il pandemiya müddətində Şaxta baba və Qar qızların sayı əvvəlki illərə nisbətən xeyli azalmışdı. Bu il hansı səviyyədə olacaqları maraq doğurur.

Qurumdan qeyd edilib ki, hələ çox tez olduğundan müraciət edənlər yoxdur:

"Əsasən, dekabrın 15-dən sonra müraciətlər başlayacaq. Müraciət olduğu halda rəsmi şəkildə icazələr veriləcək".

Qeyd edək ki, paytaxtda Şaxta baba və Qar qızla şəkil çəkdirmək istəyən vətəndaşlar iki-üç manat civarında ödəniş edirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1657   Tarix: 03 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

14:16 121
.

Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib

Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub. "Report" xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib. Onun sözlərin

14:40 102
.

Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb

"Starlink" peyk şəbəkəsinin tutumu növbəti iki-üç ildə yeni nəsil peyklərin buraxılması sayəsində 100 dəfə artacaq. "Report"un məlumatına görə, "SpaceX" şirkətinin qurucusu İlon Mask bunu sahibkar Ron Beronla müsahibəsində açıqlayıb. "Hazırda orbitdə 11 00 peyk var

11:30 144
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. BİG.AZ xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lent

14:29 124
.

İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"

"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm

12:20 137
.

İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək

İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud

12:40 142
.

"Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr -Zəfər Gününün 6-cı ildönümündə Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər edir. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının səfərlə bağlı hazırladığı süjetdə bəhs edilir. Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsind

12:36 145
.

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib

13:20 136
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

13:12 135
.