Avropanın "xəstə adamı" titullu Makronu "Kaspi"nin təhlilində

Avropanın "xəstə adamı" titullu Makronu "Kaspi"nin təhlilindəFransa sürətlə dünyanın bir çox yerlərində nüfuz və təsirini itirməkdədir. Hətta fransızdilli dövlətlərdə də Fransaya önəm verənlər azalmaqdadır. Fransanı indi də Afrikadan sıxışdırırlar. Keçmiş prezident Fransua Ollanddan başlayan bu uğursuzluq zolağı indiki dövlət başçısı Emmanuel Makronun hakimiyyəti dövründə pik həddə çatıb. Uğursuzluq o həddə çatıb ki, Makronu Avropanın "xəstə adamı" titulu ilə "ödülləndiriblər". Bəllidir ki, Afrikanın bir çox dövlət və xalqının acınacaqlı duruma düşməsinin birbaşa baiskarı məhz Fransadır. Makron isə belə vəziyyətin yaranmasında riyakarcasına Rusiya və Çini, eləcə də Türkiyəni ittiham edir. Bu ölkələrdən qitəyə gələnləri Afrikada Fransa əleyhinə təbliğat aparmaqda ittiham edir.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik.

"Qara qitə" Fransadan təzminat tələb edir

Qərb və Rusiya mediası yazır ki, bölgədə baş verənlər Fransanın imperiya ambisiyalarına ciddi zərbə vurur. Fransız dili qitədə tədricən istifadədən çıxır, ingilis dili ilə əvəz olunur. Bu, həm ingilis dilinin daha asan qavranması, həm də dünya səviyyəsində tanınan beynəlxalq dilə çevrilməsi ilə bağlıdır. Fransanın müstəmləkəsi altında olan 30-a yaxın ölkənin törədilən cinayətlərə görə ondan təzminat tələb etməsi də fransafobiya əhvali-ruhiyyəsini artırıb. Afrikalılar torpaqlarından talan edilmiş sərvətlərinin geri qaytarılmasını gözləyir, fransızlar isə tarixlərinin bu qara ləkələrini hər vəchlə gizlətməyə çalışırlar. Məsələn, Əlcəzair Fransadan cinayətlərini tanımasını, üzr istəməsini və təzminat ödəməsini tələb edir. Əlcəzair həm də Fransa üçün sınaq poliqonu olub. 1960-cı ildə bu ölkənin cənubundakı səhrada ilk fransız atom bombası partladılıb. Fransa Ruandada 800 min etnik tutsinin həyatına son qoyan dünya tarixinin ən dəhşətli soyqırımlarından birində də iştirak edib. Əlcəzair, Seneqal, Madaqaskar, Kamerun, Ruanda, Çad və Mərakeş - bu ölkələrin hamısının tarixində Fransa öz qanlı izini qoyub.

"Fransanın ən başlıca düşməni təkəbbürüdür"

Dünyanın aparıcı mətbu orqanları da artıq Makronun rüsvayçı siyasəti üzündən Fransanın üzləşdiyi problemlərə toxunurlar. Məsələn, nüfuzlu "Al Hadath" qəzeti yazır ki, müasir Fransanın ən başlıca düşməni təkəbbürüdür. Qəzet yazır ki, müasir Fransa reallığı qəbul etməkdən nə qədər inadla imtina edirsə, onun siyasi təsiri bir o qədər azalır. Bu, iqlim dəyişikliyi, terrorizm və miqrasiya kimi təhlükələrin çox sürətlə yayıldığı qloballaşan dünyada Fransa şirkətlərinə də zərər verir. "Fransanın heç vaxt öyrənmədiyi bir dərs var. 2021-ci ilin oktyabrında Parisdə Afrika-Fransa sammiti keçirilərkən onun iştirakçı ölkələrin gənclərinə həsr olunduğu iddia edilirdi. Afrika vətəndaş cəmiyyətinin nümayəndələri - alimlər, fəallar, iş adamları və mədəniyyət xadimləri Paris ilə Afrika qitəsi arasında münasibətlərin yeni təməlinin qoyulması üçün dəvət olunmuşdular. Lakin sonradan məlum olur ki, Makron və sammiti planlaşdıran digər şəxslər köhnə bəyanat və fikirlərdən uzaqlaşa bilməyiblər. Bu, Fransanın gələcək nəsil Afrika liderləri ilə ümumi gələcək naminə dialoq qura bilmədiyini nümayiş etdirdi. Paris Qərbi və Şimali Afrikada suveren dövlətlərə nəzarət etmək üçün viza "silahından", təzyiq və şantajdan istifadə etmək istəyir. Fransızlar Afrikada müstəmləkəçilik ideyalarına sadiq qalırlar, vəziyyəti dəyişən, effektiv idarəçiliyə və demokratik təsisatlara malik yeni Afrikanın yaradılmasında israrlı olan yerli gənclərin potensialına təkəbbürlə məhəl qoymurlar", - deyə qəzet yazır.

Fransanın yerini Britaniya tutur

Məqalədə qeyd edilir ki, "Makronun hazırkı ritorikası Fransanın liderlik rolunu itirməsinin öhdəsindən gəlməyin ən yaxşı yolu deyil. O, qitəni özünün "arxa həyəti" hesab edir. Halbuki son vaxtlar Rusiya, Çin, ABŞ və Böyük Britaniya Afrikada öz mövqelərini gücləndirirlər və hər biri bunu fərqli şəkildə edir. Parisin rahatlıq zonasından çıxmaqdan başqa çarəsi yoxdur. Fransa artıq Mali və Burkina Fasodan, Sahel və Saharanın digər hissələrindən çıxarılıb. İyul ayında fransızdilli dövlətlər Qabon, Toqo, Mozambik və Ruanda da Britaniya birliyinə qoşulublar.

Makronun Aİ lideri olmaq arzusu ürəyində qalır

Öz növbəsində Türkiyənin "Sabah" qəzetinin köşə yazarı Burhanəddin Duran hesab edir ki, "Fransa liderinin həyasızlığı və acığı onun Aİ-yə rəhbərlik etmək arzusunun iflasa uğraması, eləcə də öz ölkəsinin müstəmləkə keçmişi ilə barışa bilməməsi ilə izah olunur. İnanıram ki, "qıcıqlanmış" və "təbsiz" epitetləri bu günlərdə Fransa prezidentinin əhval-ruhiyyəsini çox gözəl əks etdirir. Bildiyiniz kimi, Makron Misirdə keçirilən iqlim sammiti ərəfəsində gənclərə müraciətində ölkəsinə qarşı tənqidinə cavab vermək əvəzində Çin, Rusiya və Türkiyəni Afrika xalqlarını özlərinə tabe və istismar etməkdə, eləcə də imperializmdə ittiham edib. Fransa dövlət başçısının qəzəb və cəsarətinin səbəblərinə diqqət yetirək. İkinci dəfə prezident seçilən Makronun karyera ambisiyaları bütün Avropanın lideri olmaqdır. O, Merkel Almaniya kansleri postunu tərk etdikdən sonra belə bir fürsətin olduğunu düşünürdü".

Müəllif əlavə edir ki, amma Makron bu arzusuna nail ola bilməyib. "Əvvəlcə Makronu Bayden məyus etdi. ABŞ, Avstraliya və Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik paktı olan AUKUS-un yaradılması ilə Fransanın Avstraliya ilə imzaladığı 90 milyard dollarlıq müdafiə müqaviləsi ləğv edildi. Prezident Ərdoğan da Şərqi Aralıq dənizində Yunanıstanla eyni mövqedə olduğu üçün Makronu bir neçə dəfə danlayıb. Daha sonra Ukrayna böhranı fonunda Putinlə uzun masa görüşündə görünən Makron diplomatik iddialarını udmalı oldu. Bu da hamısı deyil. Almaniyanın yeni kansleri Olaf Şolz Avropanın müdafiəsi və enerji böhranı ilə bağlı müstəqil siyasət yürüdür. Şolzun da Makrona o qədər də əhəmiyyət vermədiyi bəllidir. Belə ki, son aylarda Fransa-Almaniya birgə görüşləri ləğv edilib", - deyə müəllif sonda fikrini tamamlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 673   Tarix: 03 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

14:16 121
.

Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib

Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub. "Report" xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib. Onun sözlərin

14:40 102
.

Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb

"Starlink" peyk şəbəkəsinin tutumu növbəti iki-üç ildə yeni nəsil peyklərin buraxılması sayəsində 100 dəfə artacaq. "Report"un məlumatına görə, "SpaceX" şirkətinin qurucusu İlon Mask bunu sahibkar Ron Beronla müsahibəsində açıqlayıb. "Hazırda orbitdə 11 00 peyk var

11:30 144
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. BİG.AZ xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lent

14:29 124
.

İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"

"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm

12:20 137
.

İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək

İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud

12:40 142
.

"Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr -Zəfər Gününün 6-cı ildönümündə Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər edir. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının səfərlə bağlı hazırladığı süjetdə bəhs edilir. Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsind

12:36 145
.

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib

13:20 136
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

13:12 135
.