16 yaşlı Turanın qətli ilə bağlı YENİ ŞOK DETALLAR "Sən söz eşitmirsən?" - VİDEO
Bir neçə gün öncə Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında öldürülən 16 yaşlı Turan Rüstəmovun ailəsi hadisə barəsində danışıb.
BAKU.WS astar yutub kanalına istinadən xəbər verir ki, Turanın ailəsi onun idmana olan həvəsi ilə bağlı 3 ay imiş ki, Yevlaxda yaşadıqları kənddən Mingəçevir şəhərinə köçərək burada kirayə qalmağa başlayıb.
Mərhumun müəllimi isə hadisə baş verən zaman idman zalında, Turanla birgə olub:
"Turan 2 görüşdə qalib gəlib, oturub istirahət edir, 3-cü görüşə hazırlaşırdı. O, mənim arxamda əyləşmişmişdi. Arxaya çevrilib dedim ki, "Turan, 5 görüş qalıb, 1-2 qarşılaşmadan sonra dur bədənini qızışdır, hazırlaş". O, da mənə "baş üstə, oldu müəllim" dedi. Mən yenə çevrilib hakimlər tərəfdə öz yerimi aldım. 2-3 dəqiqə keçərdi, ya keçməzdi eşitdim ki, arxadan səs-küy gəlir. Aralarında baş verən hadisənin ilk başda nə olduğunu bilmədim, içəridə səs çox idi deyə mən gec xəbər tutdum. Arxaya çevriləndə 2 nəfərin bir-birini tutduğunu gördüm. Qətlə yetirənin arxası mənim tərəfə dönük idi. Bilmədik ki, mübahisə elədiyi Turandır. Bunu arxaya çəkmək istəyəndə Turanı qanlı vəziyyətdə gördüm".
Qətlə yetirilən idmançının qohumu isə ərazidə tibbi personalın olmamasından, yaxınlıqdakı insanların məsələyə müdaxilə etməməsindən şikayətlənib. Hadisə baş verən cüdo klubunun məşqçisi bildirib ki, orada həkim olub, ancaq bıçaq yarası çox olduğundan həkim müdaxilə edə bilməyib:
"Anında Turanı çölə çıxardıb xəstəxanaya çatdırmaq istədik, alınmadı. Kompleksdəki həkim, ürəyi gedən olanda naşatır spirti iylədir, sınığa-çıxığa müdaxilə edir. Yarışlarda belə hadisələr olmur deyə, peşəkar həkimlər də olmur. Ətrafda hamı elə bilir ki, Turana yumruq vurur. Bir də aralanandan sonra qanı görəndə bildik ki, sən demə bıçaqlayırmış".
Qətlə yetirilən idmançının atası deyir ki, Turanın ürəyindən 2, başından 3-4 və boynunun arxasından bıçaq zərbələri vurulub. Hətta meyiti yuyanda da qanaxması dayanmırmış.
Daha ətraflı videoda:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2012 Tarix: 03 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTayvan Çin tədqiqat gəmisini qovduğunu bildirir
Tayvanın sahil mühafizəsi bazar ertəsi günü Çin tədqiqat gəmisinin adaya yaxın sularda "qanunsuz" əməliyyatlarını dayandırdığını və onu qovduğunu bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Taybey Çinin dəniz fəaliyyətlərini artırmasının təxribatçı bir nümunəsi olduğunu düşünür. Sahi
10:01 141 Xameneidən orduya yeni əmr: Düşmənlərə qarşı sərt tədbirlər hazırlanır
İranın Ali Rəhbəri Müctəba Xamenei "Xatəm əl-Ənbiya" mərkəzi hərbi qərargahının komandanı Əli Abdullahi ilə görüşü zamanı ölkənin düşmənlərinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində orduya yeni tapşırıqlar verib. xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb. Məlumata görə
10.05.2026 248 "Haber Global": "Ulu öndər Heydər Əliyev xalqın yaddaşında yaşamağa davam edir" - VİDEO
Bütün həyatını dövlətinə və xalqına adayan ümumilli lider Heydər Əliyevin anadan olmasından 103 il ötür. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının hazırladığı videomaterialda qeyd olunub. "Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə və ölkəsinin sabitliyini
10.05.2026 189 Tedros Adhanom: Hantavirus koronavirus deyil
MV Hondius kruiz gəmisində baş verən Andes Hantavirusu koronavirus deyil və ona yoluxma riski azdır. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. "Bu xəstəlik COVID deyil və biz, ÜST olaraq, bunu dəfələrlə bildirmişik
10.05.2026 277 Natavan və Dado oğlunun ad günündə bir araya gəldilər
Boşanan cütlük müğənni Natavan Həbibi və reper Dado bir araya gəlib. Axşam.az xəbər verir ki, onlar övladı Zeydin ad gününü qeyd ediblər. Məclis Natavanın evində keçirilib. Dado gecəyə ailəsi ilə birlikdə qatılıb. Qeyd edək ki, Natavan və Dado illər əvvəl ailəli olub və ayrılıb
10:35 187 Mayamidə qayıqda baş verən partlayışda azı 11 nəfər yaralanıb
Mayami çimərliyində qayıqla bağlı hadisə nəticəsində ən azı 11 nəfər xəsarət alıb. "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə turistlər və qayıqçılar üçün məşhur bir yer olan Haulover Sandbar yaxınlığında baş verib. Mayami-Dade Yanğından Mühafizə Xidmətinin məlumatın
10.05.2026 242 Türk Hava Yollarına məxsus təyyarə Katmanduda eniş etdikdən sonra təkər yanğını səbəbindən təxliyə edilib
Türk Hava Yollarına (THYAO.IS) məxsus təyyarənin təkəri, yeni sekme açırNepalın paytaxtı Katmanduda təyyarənin eniş etdikdən sonra alovlanması hava limanının bir saatlıq bağlanmasına səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Airbus təyyarəsindəki bütün 277 sərnişin və 11 heyət üzvü (AIR.PA)
10:08 146 İndoneziyada sinqapurlu turistlərin axtarışı yeni vulkan püskürmələri səbəbindən çətinləşib
İndoneziyanın Şimali Maluku əyalətindəki Dukono vulkanı yaxınlığında aparılan axtarış əməliyyatı, davam edən vulkan fəaliyyəti və güclü yağışlar səbəbindən çətinləşir. "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə yerli axtarış və xilasetmə agentliyinin rəhbər
10.05.2026 238 İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
"İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı çıxışında deyib. "Birincisi
10.05.2026 197