"Foreign Policy Digest": Fransa Əlcəzairdəki qanlı izlərini silə bilməyəcək

"Foreign Policy Digest": Fransa Əlcəzairdəki qanlı izlərini silə bilməyəcəkABŞ-da yayımlanan "Foreign Policy Digest" portalında Fransanın Əlcəzairdə törətdiyi soyqırımı ilə bağlı məqalə dərc olunub.

Aşvin Telanqın qələmə aldığı yazıda qeyd olunub: "Əlcəzair qırğınları uzun, mürəkkəb hekayə kimi dərin təhlilə layiqdir. Qısa xülasə isə belədir: 1830-cu ildə fransızlar Əlcəzairdə qəddar hakimiyyət qurdular və müsəlman cəmiyyətini faktiki olaraq müstəmləkə etdilər. Aparteid və Fransanın azlıq idarəçiliyi XX əsrin sonlarınadək əhalini dəhşətə gətirdi. Əlcəzairlilər evlərindən qovuldu və təhsildən məhrum edildi. Fransa hətta onların mədəniyyətini məhv etdi, məscidlərə qarşı müharibə apardı. 1954-cü ildə vəziyyət dəyişdi. İnqilabçı təşkilatlar meydana çıxdı və Milli Azadlıq Cəbhəsi (FLN) demokratiya və Əlcəzairin müstəqilliyini təşviq edən kampaniyaya başladı. Silahlı üsyanlar bütün ölkəni bürüdü, lakin Fransa onları yatırmaq üçün 500 min əsgərlik ordu qurdu. Fransa ordusu yüzlərlə FLN üzvünü öldürüb və ya onlara işgəncə verib. Daha sonra sərhədə tikanlı məftillər çəkərək Əlcəzair vətəndaşlarını tələyə salıb. Nəhayət bir neçə hərbi müdaxilədən sonra Fransa danışıqlara getməyə məcbur oldu və Əlcəzairə müstəqillik verdi. Ümumilikdə təxminən 1,5 milyon əlcəzairli öldü".

Məqalədə diqqətə çatdırılıb ki, bu il Fransanın törətdiyi qırğının qalıqları qalır və fransızlar əlcəzairliləri təqib etməkdə davam edirlər. Fransanın Əlcəzairdə apardığı 17-dən çox nüvə sınağı nəticəsində 42 min əlcəzairli radioaktivlikdən ölüb və hələ də ölür. 2005-ci ildə Fransa Əlcəzairdə qəddar müstəmləkəçiliyi alqışlayan qanun qəbul etdi. Parisin rəsmi hesabatında Fransanın hərəkətlərini "insanlığa qarşı cinayət" kimi tanımaqdan və "tövbə" sözündən istifadə etməkdən imtina edilib. Fransa tarixi səhvlərini qəbul etməlidir. Bu hərəkətlər Fransa hökumətinin dürüstlüyünü və əxlaqını şübhə altına alır.

Müəllif vurğulayıb ki, Əlcəzair mədəni arxivlərinin qaytarılmasını tələb etdikcə, Paris onların tələblərini rədd edir. Əslində, Fransa müstəmləkə üslubunda mədəni məhvi davam etdirir. Minlərlə kitab, mətn və artefakt Əlcəzairə aiddir, lakin Fransa onları heç bir əsas olmadan gizlədir. Əlcəzairin acınacaqlı tarixi o qədər faciəlidir ki, onu heç vaxt unutmaq olmaz.

Fransa müstəmləkəçilik səhvlərini aşmaq üçün Əlcəzairə maddi təzminat ödəməlidir. Onilliklər ərzində resurs, maliyyə və əmək istismarı zamanı Fransa Əlcəzairin iqtisadi inkişafı hesabına qazanc əldə edib. Bu gün Əlcəzair yoxsulluqdan əziyyət çəkir. Fransa iqtisadi artımı və yoxsulluğun azaldılmasını təşviq etməklə Əlcəzairə olan borcunu qaytara bilər.

Məqalədə bildirilib ki, Fransada prezidentliyə əbədi namizəd Marin Le Pen Əlcəzairə üzrxahlıq edən bəyanatlara qarşı çıxaraq "fransız olmağın qürurunu" üstün tutduğunu deyib. Bir çox digər sağ təmayüllü siyasətçilər də Fransanın vəhşiliklərini inkar edirlər. Le Pen seçkidə uduzsa da, o, təhlükəli dərəcədə çox səs toplayıb. Fransa ictimaiyyətinin irqçi və soyqırımı aktlarına göz yummaq istəyi gələcək üçün problemlidir.

Müəllif sonda yazıb: "Fransanın əlinin qana bulaşdığı heç kimdə şübhə doğurmur. Təəccüblüdür ki, bunları inkar edən fransız siyasətçilər bu gün Rusiya və Çini ittiham edirlər. Əlcəzairdəki qırğınların qurbanlarının ruhları Fransanı əbədi olaraq təqib edəcək". (AZƏRTAC)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 606   Tarix: 03 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

14:16 121
.

Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib

Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub. "Report" xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib. Onun sözlərin

14:40 102
.

Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb

"Starlink" peyk şəbəkəsinin tutumu növbəti iki-üç ildə yeni nəsil peyklərin buraxılması sayəsində 100 dəfə artacaq. "Report"un məlumatına görə, "SpaceX" şirkətinin qurucusu İlon Mask bunu sahibkar Ron Beronla müsahibəsində açıqlayıb. "Hazırda orbitdə 11 00 peyk var

11:30 144
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. BİG.AZ xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lent

14:29 124
.

İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"

"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm

12:20 137
.

İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək

İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud

12:40 142
.

"Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr -Zəfər Gününün 6-cı ildönümündə Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər edir. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının səfərlə bağlı hazırladığı süjetdə bəhs edilir. Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsind

12:36 145
.

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib

13:20 136
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

13:12 135
.