Sülhdən uzaq, terrorçulara yaxın Rusiya hərbi kontingenti: Azərbaycan hansı addımlar atmalıdır? - ŞƏRH

Sülhdən uzaq, terrorçulara yaxın Rusiya hərbi kontingenti: Azərbaycan hansı addımlar atmalıdır? - ŞƏRHİstər-istəməz sual yaranır ki, əgər sülhməramlılar qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasına dəstək vermirlərsə, digər ölkələrin xüsusi xidmət orqanlarına bağlı şəxslərin keçidinə maneə ola bilmirlərsə, ərazilərin minalanmasını sadəcə müşahidə edirlərsə, onda onlar nəyə lazımdırlar?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Son vaxtlar Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində təxribatlar artıb. Hər gün Müdafiə Nazirliyinin atəşkəsin pozulması ilə bağlı açıqladığı rəsmi məlumatlarda bunu görmək mümkündür. Bu günlərdə İran xüsusi xidmət orqanlarının əməkdaşlarının olduğu avtomobilin sülhməramlıların nəzarətində olan əraziyə gəlişi ilə bağlı mətbuatda gedən məlumatlar da narahatlıq doğurur. Sülhməramlılar onların nəzarətlərində olan əraziyə keçidinə sadəcə olaraq göz yumublar.

Azərbaycan Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının gündəlik bülletenlərində toponimlərin erməni dilində verilməsi ilə bağlı dəfələrlə etdiyi iradlara da etinasız yanaşma davam edir. Sülhməramlıların nəzarətində olan ərazilərdə qanunsuz erməni silahlı birləşmələri tərəfindən ərazilərin minalanması ilə bağlı faktları da yaddan çıxarmaq olmaz. İki ildən artıqdır ki, Qarabağdakı cinayətkar rejim də məhz sülhməramlıların himayəsi altında varlığını qoruyub saxlayır.

"Təlimatı Moskvadan verilir"

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Rusiyaya məxsus hərbi kontingent ərazilərimizə gəldiyi gündən erməniməramlılıqla məşğuldur:

"Bunlar Azərbaycan qanunlarını pozmaqla ancaq ziyanımıza işləyiblər. Bu hərbi kontingent gələn gündən 30 ildən artıq kök salmış separatçılarla, ərazidə hələ də qalmaqda davam edən Ermənistan dövlətinə məxsus hərbi birləşmələrlə, cinayətkarlarla, terrorçularla əməkdaşlıq edib. Özləri də həmin separatçılar, cinayətkarlar kimi Azərbaycan ərazisində qanunlarımıza qarşı fəaliyyət göstərir və bunu da əməlləri ilə hər gün təsdiq edirlər. İki ildən artıq bir müddətdə ərazimizdə kök salmış cinayətkarları, separatçıları, terrorçuları silahlandırıblar, onlara təlimlər keçiblər, növbəti qanlı döyüşlərə hazırlayıblar. Onlar komandirlərinin Petrov və ya başqası olmasından asılı olmayaraq, özbaşına heç bir şey edə bilməzlər. Bunların təlimatı Moskvadan verilir. Ona görə də həmin hərbi kontingentin ərazilərimizdə qalması Azərbaycan üçün ciddi təhlükə mənbəyidir".

"Getməmək üçün nə fitnə-fəsad desən, törədəcəklər"

Deputat qeyd etdi ki, iki ildir minlərlə terrorçuya Qarabağda Rusiya hərbi kontingenti təlimlər keçir, onları silahlandırır:

"Üçtərəfli razılaşmada deyilirdi ki, bu hərbi kontingent Azərbaycan ərazisinə daxil olduğu andan etibarən Ermənistan dövlətinə məxsus qanunsuz hərbi birləşmələr oradan çıxarılacaq. Çıxarmadılar, əksinə, onları gücləndirdilər. Ötən iki ildə Ermənistana məxsus hərbi birləşmələr nə ilə təchiz olunur, bunların təminatı haradandır? Əlbəttə ki, onların yükünü də həmin bu Rusiya hərbi kontingenti daşıyır".

E.Məmmədov qeyd edib ki, rus sülhməramlılarının sayı da razılaşmada qeyd ediləndən çoxdur:

"Üçtərəfli bəyanata əsasən, hərbi kontingent 1960 nəfər olmalı idi. Hərbi texnikalarının sayı da bəyan edilmişdi. Ancaq bu gün bəlkə də sayları 10 000 nəfərə qədərdir. Bunu isə müxtəlif adlar altında təqdim edirlər. Bunlar gəldikdən sonra ərazimizdə olmayan ruslara kilsə tikdilər, rus icması yaratdılar, heykəllər qoydular. Bunların təəssüf ki, getmək fikri yoxdur. Onlar getməmək üçün nə fitnə-fəsad desən, törədəcəklər. Öz əsgərlərini öldürəcəklər, texnikalarını yandıracaqlar ki, guya bunlar burada olmasa, qan su yerinə axacaq".

"Həddindən artıq diqqətli olmalıyıq"

E.Məmmədov bildirdi ki, bu gün Azərbaycan çox ciddi düşmənlərlə və təhlükələrlə üz-üzədir:

"Ona görə də biz həddindən artıq diqqətli olmalıyıq. Fikrimcə, əgər bizə Zəngəzur dəhlizi verilmirsə, nəyə görə bu cinayətkarların, terrorçuların gediş-gəlişi üçün gözəl yol çəkib ixtiyarlarına verməliyik? Niyə bu yolda bizim heç bir nəzarətimiz olmamalıdır? Biz mütləq həmin yolda nəzarət-buraxılış məntəqələrimizi yaratmalıyıq. Orada hər bir hərəkət Azərbaycan sərhədçisinin nəzarətində olmalıdır. Hesab edirəm ki, bu məsələlərə ciddi diqqət yetirməliyik".

"Sülhməramlılar təyinatlarına uyğun fəaliyyət göstərmirlər"

Hərbi ekspert Alp Arslan İmamqulu bildirdi ki, Rusiya Federasiyası sülhməramlı qüvvələrinin 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirmədiyi aşkardır:

"Hətta bu da yetməmiş kimi, terrorçuları dəstəklədikləri hər kəsə məlumdur. Son dönəmlərdə Azərbaycanın humanitar məqsədlərlə açdığı Laçın yolunun daha çox bu cür terrorçu qüvvələr üçün canlı qüvvə, silah və təchizat dəstəyi üçün istifadə edilməsi birmənalı olaraq öz təsdiqini tapıb. Bu o deməkdir ki, sülhməramlı qüvvələr Azərbaycan ərazilərində öz təyinatlarına uyğun fəaliyyət göstərmirlər. Belə olduğu halda Azərbaycanın tam hüququ var ki, ümumiyyətlə sülhməramlı qüvvələrin ərazilərində mövcudluğundan imtina etsin".

A.İmamqulu hesab edir ki, bundan sonra bizi maraqlandıran əsas məsələ təhlükəsizliyimizdir:

"Çünki Rusiya sülhməramlı qüvvələri ərazilərimizdə yaşayan erməni icmasının revanşizmə yönəlməsinə və terrorçu qüvvəyə çevrilməsinə şərait yaratmaqla bizə risk yaratmaqdadırlar. Bu səbəblə Laçın yolunun bağlanması və anti-terror əməliyyatlarının keçirilməsi qaçılmazdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 579   Tarix: 03 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

14:16 121
.

Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib

Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub. "Report" xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib. Onun sözlərin

14:40 102
.

Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb

"Starlink" peyk şəbəkəsinin tutumu növbəti iki-üç ildə yeni nəsil peyklərin buraxılması sayəsində 100 dəfə artacaq. "Report"un məlumatına görə, "SpaceX" şirkətinin qurucusu İlon Mask bunu sahibkar Ron Beronla müsahibəsində açıqlayıb. "Hazırda orbitdə 11 00 peyk var

11:30 144
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. BİG.AZ xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lent

14:29 124
.

İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"

"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm

12:20 137
.

İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək

İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud

12:40 142
.

"Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr -Zəfər Gününün 6-cı ildönümündə Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər edir. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının səfərlə bağlı hazırladığı süjetdə bəhs edilir. Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsind

12:36 145
.

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib

13:20 136
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

13:12 135
.