Sürücülərin DİQQƏTİNƏ! Bu avtomobillər yığışdırılır

Sürücülərin DİQQƏTİNƏ! Bu avtomobillər yığışdırılırÖlkəmizdə istehsal ili köhnə və istismara yararsız avtomobillərin sayı kifayət qədərdir. Belə avtomobil sahibləri nəqliyyat vasitələri ilə bağlı veriləcək qərarı səbirsizliklə gözləyir. Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyir ki, bunun üçün həmin avtomobillərdə aparılan qiymətləndirmə əsasında, həmçinin nəqliyyat vasitəsinin növünə uyğun olaraq sahibinə vauçer veriləcək. Vətəndaş Həmin Vauçerlə ölkəmizdə fəaliyyətdə olan avtomobil dilerləri və distribütorlarından yeni nəqliyyat vasitəsi ala biləcək.

Məsələ ilə bağlı "ATV Xəbər" maraqlı süjet hazırlayıb.

Rasim Səttarzadə - Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri: "Yeni avtomobil alarkən, həmin məbləğ qədər onlara güzəşt olunacaq. Yəni deyək ki, hər hanısa avtomobil 20 min manatdırsa, ona 2 min manat pul veriblərsə, artıq o avtomobil üçün 20 min manat yox, 18 min manat ödəyəcək. Onu müxtəlif cür çek də adlandırmaq olar. Ola bilsin ki, hər hansısa köhnə avtomobil sahibi bunu təhvil vermək isytəyir və eyni zamanda artıq avtomobil almaq fikri yoxdur. Onda ona başqa şərtlərlə pul qismində də verilə bilər".

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, utilizasiya prosesinə tam yararsız avtomobillərdən başlanılmalıdır və proses mərhələli şəkildə icra edilməlidir.

"2 mərhələli prosses aparıla bilər, istismarda olan avtonəqliyyat vasitələri istismarda olmayan və artıq metalloma çevrilən nəqliyyat vasitələri, istənilən halda utilizasiyaya gedəcək avtomobillər könüllük əsasında həyata keçirildiyinə görə, burada nəqliyyat vasitəsinin ili əsas götürülməyəcək. Söhbət onun artıq istismar edilməməsindən, bugünkü təhlükəsizlik və müasir ekaloji standartlara cavab verməyən avtomobillərin utlizasiyasından gedir".

Ekspert deyir ki, avtomobillərin utilizasiyası böyük sosial-iqtisadi proqramdır. Bu proqramı Çin, Rusiya, Yaponiya, ABŞ, Avropa ölkələrində icra etmək rahatdır. Bizim kimi avtomobil istehsalı zəif olan ölkələrdə tətbiq etmək isə elə də asan deyil. Vətəndaşlara stimullaşdırıcı təkliflər etmək lazımdır ki, sürücü avtomobilini təhvil verməkdə maraqlı olsun.

Qeyd edək ki, "İstismar müddəti bitən Nəqliyyat vasitələrinin utilizasiyası" proqramı layihəsi artıq hazırdır və dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Proqramın icrası isə "2022-2026-cı illəri əhatə edəcək. Avtomobillərin təhvil verilməsi könüllülük prinsipi əsasında olacaq. Həmin avtomobillərin metal, şüşə və plastik hissələri təkrar emal olunaraq xammal kimi istehsalat dövriyyəsinə qaytarılacaq.(müsavat.com)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 865   Tarix: 04 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

12:20 143
.

Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib

Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub. "Report" xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib. Onun sözlərin

14:40 20
.

Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq

Yaponiya hökuməti şirkətlərə və dövlət qurumlarına artan haker hücumlarına cavab olaraq kibertəhlükəsizlik tədbirlərini gücləndirmək üçün büdcənin ehtiyat fondundan 10 milyard yen (təxminən 63 milyon dollar) ayıracaq. "Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə

11:45 140
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

13:15 138
.

"Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı

"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind

12:41 144
.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm

12:34 127
.

Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub - Video

Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezident

15:03 0
.

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib

13:20 112
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməs

11:31 143
.