Qeyri-sabit, yağıntılı hava şəraiti həftə sonunadək davam edəcək

Qeyri-sabit, yağıntılı hava şəraiti həftə sonunadək davam edəcəkQeyri-sabit, yağıntılı hava şəraiti Bakı və Abşeron yarımadasında həftə sonunadək davam edəcək.

"Report" xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, şimalda yaranan Arktik mənşəli siklonun və soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hazırda respublika ərazisində qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti müşahidə olunur:

"Mövcud sinoptik şəraitlə əlaqədar havanın temperaturu enib. Hazırda temperatur iqlim normasından 3 dərəcə aşağıdır. Gün ərzində Bakıda və Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 3-5 dərəcəyədək isti olacaq. Bəzi bölgələrdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi ehtimal olunur".

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti bölgələrdə dekabrın 7-si gündüzədək, Bakıda və Abşeron yarımadasında isə həftə sonunadək davam edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 706   Tarix: 05 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran ordusu ABŞ və İsraili yeni silahlarla hədələyib

ABŞ və İsrail atəşkəsi pozaraq İrana yenidən hücum etsə, İslam Respublikası yeni döyüş üsullarına əl atacaq. "Report" xəbər verir ki, bu məlumatı İran ordusuna istinadən "Tasnim" agentliyi yayıb. "Əgər düşmən yenidən hesablamalarda səhv edib İrana hücum edərsə, o, mütləq digə

10.05.2026 178
.

Tailandda yeni koronavirus aşkarlandı

Tailandda yarasalarda aşkarlanan yeni koronavirusun insanlara yoluxma qabiliyyətinin "COVID-19"la müqayisədə daha zəif olduğu və indiyədək belə yoluxma hallarının qeydə alınmadığı bildirilib. RBK-ya istinadən xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Departamentinin (DDC) baş direktoru dokto

10.05.2026 249
.

Xameneidən orduya yeni əmr: Düşmənlərə qarşı sərt tədbirlər hazırlanır

İranın Ali Rəhbəri Müctəba Xamenei "Xatəm əl-Ənbiya" mərkəzi hərbi qərargahının komandanı Əli Abdullahi ilə görüşü zamanı ölkənin düşmənlərinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində orduya yeni tapşırıqlar verib. xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb. Məlumata görə

10.05.2026 246
.

Pentaqon peyvənddən imtinaya görə tərxis olunmuş hərbçilərin bərpası üçün işçi qrup yaradacaq

Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyası dövründə COVID-19 peyvəndindən imtinaya görə tərxis olunmuş hərbi qulluqçuların məsələlərinin həlli üçün işçi qrupu yaradılacağını elan edib. "Report"un məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsind

10.05.2026 193
.

NATO Uzaq Şərqin kosmodromlarında peyklərin buraxılması imkanlarını araşdırır

NATO birgə peyk buraxılışları üçün Yaponiya, Avstraliya, Yeni Zelandiya və Koreya Respublikasındakı buraxılış məntəqələrindən istifadə etməyi nəzərdən keçirir. "Report"un Yaponiyanın "Nikkei" qəzetinə istinadən verdiyi məlumata görə, müzakirələr NATO tərəfindən 2024-cü ildə başladıla

10.05.2026 235
.

İrandan ABŞ-yə XƏBƏRDARLIQ: "Gözlənilməz variantlar hazırlamışıq"

"İran ehtimal olunan yeni hücum halında ABŞ üçün yeni texnika və silah növləri də daxil olmaqla, müxtəlif gözlənilməz variantlar hazırlayıb". IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya məlumat verib. "Əgər ABŞ yenidən səhv

10.05.2026 178
.

Bir teleqramın tarixçəsi: Sabir Rüstəmxanlının Heydər Əliyevlə bağlı unudulmaz xatirəsi

"Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq simalarındandır". Bunu -a sabiq deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Heydər Əliyev barəsində saatlarla danışmaq olar:. "O bizim tariximizin ən parlaq şəxsiyyətlərindən biridir. Ən çətin günlərdə Azərbayca

10.05.2026 186
.

Venesueladakı zənginləşdirilmiş uran ABŞ-yə aparıldı

ABŞ Venesuelada mövcud olan bütün zənginləşdirilmiş uran ehtiyatını bu ölkənin ərazisindən tamamilə çıxarıb. "The Guardian"a istinadən bildirir ki, bunu Birləşmiş Ştatlarının Energetika Nazirliyi bəyan edib. Qeyd olunan 13.5 kiloqramlıq nüvə yanacağı bunadək Karakasın yaxınlığında yerləşə

10.05.2026 178
.

"Haber Global": "Ulu öndər Heydər Əliyev xalqın yaddaşında yaşamağa davam edir" - VİDEO

Bütün həyatını dövlətinə və xalqına adayan ümumilli lider Heydər Əliyevin anadan olmasından 103 il ötür. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının hazırladığı videomaterialda qeyd olunub. "Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə və ölkəsinin sabitliyini

10.05.2026 187
.

TOP MP3