Zəfər paradı Ermənistana ciddi mesaj oldu
2020-ci il dekabrın 10-da Bakıda Zəfər Paradının keçirilməsi çox vacib bir tədbir olaraq mühüm əhəmiyyət kəsb edirdi. Əslində bu Azərbaycanın böyük bir tarixi qələbəsinin rəsmiləşdirilməsi idi. Zəfər paradının ən böyük siyasi tərəfi ondan ibarət idi ki, bu paradda məhz erməni faşizmi üzərində Azərbaycan xalqının, Azərbaycanın Şanlı Ordusunun qələbəsi öz əksini tapırdı.
Parad bütün dünyaya və regiona ilk növbədə nümayiş etdirilirdi ki, bu regionda erməni faşizminin qarşısını ala biləcək bir nizami, bir güclü ordu var ki, bu da Azərbaycan Ordusudur.
Daha bir önəmli məqam isə həmin Zəfər Paradında Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidentinin bizim hərbçilərin paradını qəbul etməsi və onları alqışlaması idi. Bu konkret olaraq bir daha onu göstərir ki, qardaş Türkiyə bütün məsələlərdə həmişə mənəvi-siyasi baxımdan Azərbaycanın yanında olub və olacaq. Yeri gələrsə, əgər bunu reallıq tələb edərsə hərbi baxımdan da Türkiyə həmişə Azərbaycanın yanında olacaqdır.
Zəfər Paradının əsas siyasi, hərbi və geosiyasi mahiyyəti bundan ibarət idi və bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan artıq 80-ci illərin sonunda və yaxud da ki, 90-cı illərin əvvəllərində olan Azərbaycan deyil, Azərbaycanın güclü və qətiyyətli bir Ordusu var. Bu ordunun mübariz bir şəxsi heyəti və Azərbaycanın müasir dövrün tələblərinə cavab verən hərbi-texniki baxımdan təchiz olunan bir ordusu var.
Bu erməni faşizmi üzərində qələbə bütün dünyaya mesaj olaraq həm də Azərbaycanın haqq işini dəstəkləyənlərin hamısına bir təşəkkür idi. Bir daha Azərbaycan sübut etdi ki, regionda erməni faşizminin qarşısı həmişə alınacaq, çünki onların qarşısında güclü Azərbaycan Ordusu duracaqdır.
Vətən müharibəsi göstərdi ki, son illərdə Azərbaycanda ordu quruculuğu və silahlanma siyasəti düzgün aparılıb. İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görüldü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Ölkənin iqtisadi qüdrəti artdı, bu da öz nöbvbəsində ordunun hər cür müasir silahlarla təminatına köməklik göstərdi. Bu illər ərzində ordumuz dünyanın 50 ən güclü orduları sırasında yer aldı. Ermənistan isə bu illər ərzində ancaq zəiflədi.
Bütün bunla isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin səyləri nəticəsində baş verdi. Prezidentimiz öz şıxışında qeyd etdiyi kimi: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik."
Bəhrəm Atakişiyev – Azərbaycan Vətən Müharibəsi Veteranlari Birliyi Səbail rayon təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 816 Tarix: 05 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
12:20 143 Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib
Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub. "Report" xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib. Onun sözlərin
14:40 20 Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq
Yaponiya hökuməti şirkətlərə və dövlət qurumlarına artan haker hücumlarına cavab olaraq kibertəhlükəsizlik tədbirlərini gücləndirmək üçün büdcənin ehtiyat fondundan 10 milyard yen (təxminən 63 milyon dollar) ayıracaq. "Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə
11:45 140 Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca
13:15 138 "Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı
"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind
12:41 144 Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm
12:34 127 Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub - Video
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezident
15:03 0 Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib
13:20 112 Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video
Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməs
11:31 143