Zakir Həsənov Hulusi Akarla görüşdü - FOTO/VİDEO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə dekabrın 5-də Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları müdafiə naziri general-polkovnik Z.Həsənov qarşılayıb.
Bu barədə BiG.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib. Azərbaycan və qardaş Türkiyənin dövlət himnləri səsləndirilib.
Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Görüşdə həmçinin Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı və digər rəsmilər iştirak edib.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdiyini qeyd edib və bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən cənab H.Akar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən "Qardaş yumruğu" birgə təliminin mühüm əhəmiyyətə malik olduğu xüsusi vurğulanıb.
Qarşılıqlı maraq doğuran mövzulara dair aparılan fikir mübadiləsi zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib.







BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 632 Tarix: 05 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDaşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycan və Özbəkistan prezidentləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetini ziyarət ediblər. Baku TV-nin Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev universitetdə yaradılmış şəraitin tələbələrin xoşuna gəlib-gəlmədiyini soruşub. Tələbələ
23.08.2026 138 Alimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu
Braziliyada 43 yaşlı kişi aliment ödəməmək üçün 14 yaşlı oğlunu öldürməyi planlaşdırmaqda şübhəli bilinir. xarici mediaya istinadla xəbər verir ki, Eunapolis şəhər sakini bir neçə ay ərzində ChatGPT ilə yazışmalarında oğlunu öldürmək planının detallarını müzakirə edib. Məlumata əsasən, kişi çat-bot
23.08.2026 132 Yaponiyada Takaiçinin baş nazirliyi dövründə ilk dəfə ölüm hökmü icra edilib
Yaponiyada Baş nazir Sanae Takaiçinin hakimiyyətə gəlməsindən bəri avqustun 21-də ilk dəfə ölüm hökmü icra edilib. "Report" "Kyodo"ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın ədliyyə naziri Hirosi Hiraquti bildirib. Edam edilən 58 yaşlı Sunao Takami 2009-cu ildə Osakada oyu
23.08.2026 122 Azərbaycanda SMS-lərin sayı son 5 ildə 4 dəfəyə yaxın azalıb
2025-ci ildə Azərbaycanda 80,3 milyon ədəd SMS göndərilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 39,2 % azdır. Ötən il ölkədaxili mobil telefon trafiki 12 milyard 368,5 milyon dəqiqə olub ki, bu da əvvəlk
23.08.2026 111 Zelenski: Makron "Patriot" sistemləri üçün raketlərin alınmasında Ukraynaya kömək etməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronun "Patriot" sistemləri üçün zəruri raketlərə malik digər tərəfdaşlarla danışıqlarda kömək etməyə hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə Makronla təxminən iki saa
23.08.2026 129 İsrail Ordusu Qəzzada HƏMAS-ın bölük komandirini zərərsizləşdirib
İsrail hərbçiləri Qəzza zolağının mərkəzində HƏMAS hərəkatının "Deyr əl-Bəlah" batalyonunun bölük komandirini zərərsizləşdirib. "Report"un xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. "Zərbə Deyr əl-Bəlah ərazisində HƏMAS-ın hərbi qanadı ola
23.08.2026 134 Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - FOTO - VİDEO
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd olunub ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrini
23.08.2026 157 İlham Əliyev və Şavkat Mirziyoyev "Yeni Daşkənd"də ağac əkdilər - VİDEO
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birlikdə "Yeni Daşkənd"də Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak edib. xəbər verir ki, prezidentlər açılış mərasimində universitetin həyətində ağac əkiblər. Həmin görüntüləri təqdim edirik
23.08.2026 122 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı
Moskva məhkəməsi rusiyalı şoumen və komik Semyon Slepakov barəsində qiyabi olaraq 400 saat məcburi iş cəzası kəsib. bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir. Rusiyada "xarici agent" elan edilmiş komik "xarici agent" öhdəliklərini yerinə yetirməkdən yayınmaqd
23.08.2026 128