Jurnalistlər üçün "Azərbaycanın xarici siyasət gündəmi" mövzusunda təlim keçirilib

Jurnalistlər üçün "Azərbaycanın xarici siyasət gündəmi" mövzusunda təlim keçirilibDekabrın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün "Azərbaycanın xarici siyasət gündəmi" mövzusunda təlim keçirilib. Təlim Azərbaycanın xarici siyasət gündəmində baş verən son hadisələrin, əməkdaşlıq perspektivlərinin bu sahədə ixtisaslaşmış jurnalistlərə çatdırılması və onların bu xarici siyasətlə bağlı media fəaliyyətlərinə istiqamət verilməsi məqsədini daşıyır. Təlimdə 25 media təmsilçisi iştirak edib.

Təlimin açılış mərasimində çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan xarici siyasət gündəminə dair jurnalistlərlə mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra regionda yeni reallıqlar formalaşıb və Azərbaycanın səsinin, xarici siyasət kursunun beynəlxalq ictimaiyyətə çatdırılmasında jurnalistlər böyük rola malikdirlər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təlimin dünyada və ölkədə baş verən hadisələri, ictimai-siyasi xarakterli prosesləri təhlil edərək cəmiyyətə çatdıran media nümayəndələrinin bu istiqamətdə praktiki bacarıqlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyib. O, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Medianin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə bu ilin yanvar ayında "Müharibədən sonrakı reallıqlar və media" mövzusunda keçirilən 3 günlük təlimin də Azərbaycan jurnalistlərinin bu istiqamətdə peşəkarlığının artırılması baxımından ciddi praktik addım olduğunu vurğulayıb: "Vətən müharibəsində qazandığımız qələbə bütün sahələrdə olduğu kimi media ictimaiyyətinin də işində əsaslı dönüş yaratmışdır. Qələbənin əldə olunmasında istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərmiş hər bir insanın həyat hekayəsini, möhtəşəm Zəfərimizə verdiyi töhfəni işıqlandırmaq, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, "Böyük Qayıdış"ı geniş auditoriyaya çatdırmaq Azərbaycan jurnalistikasının əsas mövzusudur. İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir".

Təlimçi qismində BMTM-in ixtisaslaşmış ekspertləri iştirak ediblər. BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova "Ermənistanla Azərbaycan arasında nizamlama prosesi", BMTM-in şöbə müdiri Cavid Vəliyev "Azərbaycan-Türkiyə əlaqələri" və BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov "Orta Asiyada son dinamikalar, Orta Dəhliz" mövzusunda təlim keçiblər, iştirakçıların suallarını cavablandırıblar. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Jurnalistlər üçün "Azərbaycanın xarici siyasət gündəmi" mövzusunda təlim keçirilibJurnalistlər üçün "Azərbaycanın xarici siyasət gündəmi" mövzusunda təlim keçirilibJurnalistlər üçün "Azərbaycanın xarici siyasət gündəmi" mövzusunda təlim keçirilibJurnalistlər üçün "Azərbaycanın xarici siyasət gündəmi" mövzusunda təlim keçirilibJurnalistlər üçün "Azərbaycanın xarici siyasət gündəmi" mövzusunda təlim keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 602   Tarix: 06 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Trampla demokratlar arasında qarşıdurma dərinləşir

ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini araşdırmağı əmr edib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Trut

13:40 108
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

12:20 143
.

Ərdoğan Zəfər Günü tədbirlərində iştirak etmək üçün Qarabağa yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr -Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün İstanbuldan Qarabağa yola düşüb. "TRT Haber" telekanalına istinadən xəbər verir ki, Ərdoğanı səfər zamanı həyat yoldaşı Əminə Ərdoğan da müşayiət edir. Prezident

12:20 148
.

Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl

12:35 130
.

İran raketlərinin uçuş məsafəsinə tətbiq olunan məhdudiyyət ləğv edildi

İran öz raketlərinin uçuş məsafəsinə tətbiq edilən məhdudiyyəti aradan qaldırıb. ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhibi məlumat verib. "İran üçün raketlərin mənzillənmə limiti ləğv edilib"

11:00 154
.

Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb

Misir 2014-cü ildən fəaliyyət göstərməyən səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu addım Qahirənin Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxal

12:50 133
.

Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi

İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib. xəbər verir ki, bu barədə diplomat sosial şəbək

11:15 148
.

Prezident: "Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"

"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Ermənistanın işğal edilmiş ərazilərdə bir neçə istehkam

12:19 132
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

11:40 149
.