20 nömrəli məktəbin yanında metrostansiya olacaq - YENİ STANSİYALARIN ÜNVANI BİLİNDİ - VİDEO
Çoxumuz mənzil başına daha rahat, sürətli çatmaq üçün metrodan istifadə edirik. Amma şəhərin daha çox insan axını olan, tələbatın çox olduğu bəzi yerlərdə metro stansiyası yoxdur. Məsələn, uzun müddətdir ki, Hava limanına, Sumqayıt şəhərinə, Binəqədiyə metro xəttinin çəkiləcəyi ilə bağlı xəbərlər eşidirik. Həmin ərazilərdə yaşayan vətəndaşlar da metronun açılmasını səbirsizliklə gözləyirlər.
Bəs yaxın gələcəkdə hansı ərazilərə metro çəkiləcək?
BAKU.WS-in məlumatına görə, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov apa tv-ə açıqlamasında bildirib ki, Bakının Hava Limanı o qədər də böyük infrastruktura malik deyil, hətta yerüstü ictimai nəqliyyat da onun tələbatını ödəyə bilir:
"Amma həmin ərazidə yaşayış , infrastuktur və digər məsələləri nəzərə alsaq bu artıq Bakının inkişafına aid olan məsələlərdir. Bu barədə artıq gələcəkdə qərarlar verilə bilər. Binəqədi isə Bakı Metropoliteninin konseptual inkişaf sxemində nəzərdə tutulub. Sarı xəttin bir istiqamətdən başlanğıcı məhz Binəqədidən başlayacaq . Zərurət yaranarsa gələcəkdə depo ərazisində bir yerüstü stansiyanın da inşa olunması da nəzərdə tutulur.
- Gələcək deyərkən, təxminən neçə ilə
- Gələcək haqqında bu gün danışmaq çox tezdir.
Bu gün konkret olaraq Metropolitenin konseptial inkişaf sxemində də nəzərdə tutulmuş istiqamətlərdə də nə Sumqayıt nə də Xırdalan var".
Bəxtiyar Məmmədovun sözlərinə görə, bu ilin sonuna qədər Xocahəsən elektrik deposu və onun yanında yerüstü stansiya tam hazır olacaq:
"Bu gün xətlərin ayrılmasının tərkib hissəsi kimi ilk növbədə həmin istiqamət üzrə 2 stansiyanın inşası aktualdır. Həmin ərazilər 20 nömrəli məktəbin yanında yəni FHN –nin binasının önündə keçmiş Əzizbəyov heykəli olan parkın yanında ,ikincisi Nəbatat bağı tərəfdə olan yanacaqdoldurma məntəqəsi də var, həmin ərazidə, növbəti stansiyalar Badamdara doğru davam edəcək. Əks istiqamətdə isə Həzi Aslanov stansiyasından sonrakı iki stansiya inşa olunmalıdır. Onun biri təxminən Gəncə prospektinə digəri isə Naxçıvanski adına hərbi liseyin yaxınlığında olacaq. Bu ilin sonuna qədər artıq Xocasən elektrik deposu və onun yanında bir yerüstü stansiya tam hazır olacaq".
Belə aydın oldu ki, Binəqədi, Xırdalan, Masazır və Sumqayıta metronun çəkilməsi hələlik suya yazı yazmaq kimi mümkünsüzdür. Nəqliyyat eksperti Ərşad Hüseynov isə deyir ki, Şimal-qərb istiqamətində metro xətlərinin çəkilməsi daha məqsədəuyğundur:
"Xırdalan istiqamətində, Şimal-qərb istiqamətində metronun genişləndirilməsinə daha çox ehtiyac var. Daha sonra Binəqədi, Mediabad istiqamətində, Bakıxanov, Sabunçu, Mərdəkana qədər metronun uzadılmasına ehtiyac var. Əhmədli zonasında Zığ, Hövsan ,Qaraçuxur istiqamətlərində metro yaradılmalıdır. Sumqayıtda da metropoliten açılıb adı dəyişilsə,Abşeron metrosu qoyulsa daha məqsədəuyğun olar".
Ancaq görünən budur ki, sözügedən ərazilərdə yaşayan insanlar hələ qatarın dalınca çox baxmalı olacaqlar. Çünki "Bakı Metropoliteni"ndə bu ərazilərə xətlərin çəkilməsi ilə bağlı nə bir fikir, nə də plan var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1442 Tarix: 07 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq
Yaponiya hökuməti şirkətlərə və dövlət qurumlarına artan haker hücumlarına cavab olaraq kibertəhlükəsizlik tədbirlərini gücləndirmək üçün büdcənin ehtiyat fondundan 10 milyard yen (təxminən 63 milyon dollar) ayıracaq. "Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə
11:45 140 Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
12:20 143 Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən
12:54 150 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi
12:41 151 Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto
"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər
14:16 68 Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib
Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. BİG.AZ xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər gün
14:33 48 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
13:59 105 Prezident: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbayca
12:38 129 İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm
12:20 136