Gələn il yanvarın 1-dək qeydiyyata alınmış qazilər və şəhid ailələri mənzillərlə təmin olunacaqlar - SƏRƏNCAM

Gələn il yanvarın 1-dək qeydiyyata alınmış qazilər və şəhid ailələri mənzillərlə təmin olunacaqlar - SƏRƏNCAM"Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli Sərəncamında dəyişiklik edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamı imzalayıb.

Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.

Bundan başqa, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri də mənzil və ya fərdi evlə təmin ediləcək.

Dəyişikliyə qədər bu müddət 2020-ci ilə qədər göstərilirdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2244   Tarix: 07 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev: "Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir"

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizi barədə danışıb. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirən dövlətimizin başçısı Azərbaycanı

23.08.2026 114
.

İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, tədbi

23.08.2026 141
.

Şahzadə Harri və Elton Con məhkəmədə uduzdular: 13 milyon dollar ödəyəcəklər

London məhkəməsi telefon dinləmələrinə görə "The Daily Mail"in naşirinə qarşı iddia qaldıran, lakin məhkəmə prosesini uduzan şahzadə Harri, müğənni və bəstəkar Elton Con və digər məşhurların üzərinə 13 milyon dollar məbləğində məhkəmə xərclərini ödəmək öhdəliyi qoyub. bu barədə "Sky News"

23.08.2026 142
.

Prezidentlərin birgə bəyanatı: İki ölkə arasında strateji tərəfdaşlıq möhkəmlənir - VİDEO

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təkbətək və geniş tərkibdə görüşlərindən sonra mühüm mərasim keçirilib. Baku TV-nin Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoye

23.08.2026 131
.

Tramp İranın "yaxşı razılaşma"ya hazır olmadığını bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ciddi iqtisadi təzyiq altında, son dərəcə çətin vəziyyətdədir, lakin Tehranda hələlik sövdələşmənin "doğru" şərtləri ilə razılaşmağa hazır deyillər. "Report" xəbər verir ki, Amerika lideri Vaşinqton yaxınlığındakı "Endryus" hərb

23.08.2026 138
.

Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı

Moskva məhkəməsi rusiyalı şoumen və komik Semyon Slepakov barəsində qiyabi olaraq 400 saat məcburi iş cəzası kəsib. bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir. Rusiyada "xarici agent" elan edilmiş komik "xarici agent" öhdəliklərini yerinə yetirməkdən yayınmaqd

23.08.2026 128
.

ABŞ ilə Meksika yeni ticarət razılaşması üzərində işləməyə başlayıb

ABŞ və Meksika yeni ticarət sazişinin hazırlanması prosesinə başlayıb. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. "Biz həmçinin ABŞ üçün əhəmiyyətli dərəcədə daha sərfəli olacaq Meksika ilə yeni müqavilə üzərində işə başlayırıq", - o, Vaşinqton ətrafındak

23.08.2026 143
.

Alimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu

Braziliyada 43 yaşlı kişi aliment ödəməmək üçün 14 yaşlı oğlunu öldürməyi planlaşdırmaqda şübhəli bilinir. xarici mediaya istinadla xəbər verir ki, Eunapolis şəhər sakini bir neçə ay ərzində ChatGPT ilə yazışmalarında oğlunu öldürmək planının detallarını müzakirə edib. Məlumata əsasən, kişi çat-bot

23.08.2026 132
.

Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

"Mərkəzi Asiya və Azərbaycan bu gün böyük potensiala, lakin bundan da böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur". BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib

23.08.2026 136
.