İlkin Süleymanovun məhkəməsi: "Zaur Baxşəliyev həmin məlumatları necə əldə edib?"
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesində "Azad Azərbaycan" (ATV) telekanalının aparıcısı Zaur Baxşəliyevin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırılıb.
"Report"un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda yazılı vəsatəti İ.Süleymanov vəkilləri məhkəməyə təqdim edib.
Vəkillər vəsatətlərində Z.Baxşəliyevin efirlərin birində N.Quliyevin meyitinin tapılmasıyla bağlı verilən məlumatların da araşdırılmasını istəyiblər.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra təqsirləndirilən şəxsin müdafiəçiləri bildirib ki, aparıcı N.Quliyevanın başına vurulan zərbələrin sayını, meyitin üzərində olan əlamətlər barədə məlumatı hadisədən bir gün sonra efirdə səsləndirib:
"O, bunları necə əldə edib?"
Məhkəmədə mərhumun atası Şərif Quliyev deyib ki, həmin məlumatları Z.Baxışəliyeva özü söyləyib.
İ.Süleymanovun vəkilinin sözlərinə görə, cinayət işində qeyd olunub ki, meyitin tibbi ekspertizası günlərlə aparılıb:
"Belə olan halda gəlin, ekspertizaya cəlb olunan 4 nəfəri məhkəməyə dəvət edək, onlardan soruşaq, görək, bir gün içində bu məlumatları Nərminin atasına kim deyib? Çünki biz inanmırıq ki, Zaura həmin məlumatları Şərif Quliyev desin".
Prosesdə vəkillər Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı A.Məmmədovun yenidən məhkəmədə dindirilməsini də tələb edib.
Məhkəmə həm ATV kanalında yayımlanan verilişə, həmçinin vəkillər tərəfindən təqdim olunan N.Quliyevanın itkin düşdüyü vaxtda keçirilən toy mərasiminin disklərinə baxılması, müdafiəçilərin qaldırdığı digər vəsatətləri nəzərə alaraq bugünkü məhkəməni yarımçıq saxlayaraq təxirə salıb.
Növbəti məhkəmə prosesi dekabrın 21-də keçiriləcək.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1799 Tarix: 07 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"
"Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur". BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib. Dövlətimizin başçısı qeyd edib: "Mənə məruzə ediblə
23.08.2026 124 Rusiyada ata yol qaydalarını pozan oğlunun avtomobilini qəsdən yandırdı
Rusiyanın Blaqoveşensk şəhərində ata yol hərəkəti qaydalarını (YHQ) davamlı olaraq pozduğuna görə oğlunun avtomobilini yandırıb. xəbər verir ki, bu barədə "Amur Mash" "Telegram" kanalı məlumat yayıb. Məlumata əsasən, 50 yaşlı kişi övladının mütəmadi olaraq YHQ-ni pozmasından bezi
23.08.2026 141 İlham Əliyev: "Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub"
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər bu gün həm mənəvi, həm də maddi baxımdan çox möhkəm təməl üzərində qurulub". BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib. Dövlətimizi
23.08.2026 127 ABŞ ilə Meksika yeni ticarət razılaşması üzərində işləməyə başlayıb
ABŞ və Meksika yeni ticarət sazişinin hazırlanması prosesinə başlayıb. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. "Biz həmçinin ABŞ üçün əhəmiyyətli dərəcədə daha sərfəli olacaq Meksika ilə yeni müqavilə üzərində işə başlayırıq", - o, Vaşinqton ətrafındak
23.08.2026 143 Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçıları əvvəlcə ali təhsil ocağını
23.08.2026 116 Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - FOTO - VİDEO
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd olunub ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrini
23.08.2026 157 Prezidentlərin birgə bəyanatı: İki ölkə arasında strateji tərəfdaşlıq möhkəmlənir - VİDEO
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təkbətək və geniş tərkibdə görüşlərindən sonra mühüm mərasim keçirilib. Baku TV-nin Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoye
23.08.2026 131 Yaponiyada kimya zavodunda iki işçi huşsuz vəziyyətdə aşkarlanıb
Yaponiyanın Yasu şəhərindəki "Light Chemical Industry" (Yüngül Kimya Sənayesi) kimya zavodunda təxminən iki metr dərinliyində qazanı cilalayan iki işçi huşsuz vəziyyətdə aşkarlanıb. "Report"un xəbərinə görə, bu barədə Yaponiya mediası məlumat yayıb. İlkin məlumatlara görə, hadis
23.08.2026 136 Şahzadə Harri və Elton Con məhkəmədə uduzdular: 13 milyon dollar ödəyəcəklər
London məhkəməsi telefon dinləmələrinə görə "The Daily Mail"in naşirinə qarşı iddia qaldıran, lakin məhkəmə prosesini uduzan şahzadə Harri, müğənni və bəstəkar Elton Con və digər məşhurların üzərinə 13 milyon dollar məbləğində məhkəmə xərclərini ödəmək öhdəliyi qoyub. bu barədə "Sky News"
23.08.2026 142