Azərbaycanın Ukraynadakı səfirliyi Misir Qasımlı ilə bağlı açıqlama yaydı
Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Kiyevdə Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin məhkəmə işi və həbsi məsələsi ilə bağlı açıqlama yayıb.
Səfirlikdən verilən məlumatda bildirilir ki, 6 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyev Ukraynanın Kiyev vilayəti Obuxov rayon məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum olunublar.
Bildirilib ki, Böyük Britaniya vətəndaşının şikayəti əsasında Ukrayna Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə cinayət işində təqsirləndirilən M.Qasımlı və S.Quliyev 2021-ci ilin 9 iyun tarixindən saxlanılıblar.
"Misir Qasımlının ailə üzvləri səfirliyə məlumat verdikdən sonra səfirlik məsələ üzrə zəruri tədbirlər həyata keçirib. Misir Qasımlının ailə üzvləri və şəxsən özü ilə telefon əlaqəsi saxlanılıb, vəkili və qohumları ilə dəfələrlə görüş təşkil olunub.
İttihamların erməni əsilli şəxslərin sifarişi əsasında olduğu, istintaq zamanı və məhkəmə prosesində bir sıra qərəzli məqamların, eləcə də hüquq pozuntularının mövcudluğu barədə səslənən fikirlərə aydınlıq gətirilməsi məqsədilə səfirlik tərəfindən müvafiq iş aparılıb. Bu məlumatlardan narahatlığın əks olunduğu müraciətlər səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə ünvanlanıb. Ümumilikdə, məsələ üzrə Ukrayna XİN-ə 10 nota, digər qurumlara çoxsaylı məktublar göndərilib, proses səfirliyin diqqət mərkəzində saxlanılıb. Səfirlik məsələ barədə məlumat aldıqdan sonra bütün iclaslarda (səfirliyə məlumat verilmədiyi üçün bir apelyasiya iclası istisna olmaqla) iştirak edib.
Hazırda, müdafiə olunan tərəf məhkəmə qərarı ilə bağlı müvafiq apelyasiya şikayətinin verilməsi istiqamətində iş aparır.
Səfirlik məhkəmənin işinə və hüquqi prosedurlara müdaxilə olmadan prosesin ədalətli şəkildə həyata keçirilməsi məqsədilə, qanun çərçivəsində bütün mümkün zəruri tədbirlər görməkdə davam edir", - qeyd olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3785 Tarix: 08 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl
12:35 130 Trampla demokratlar arasında qarşıdurma dərinləşir
ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini araşdırmağı əmr edib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Trut
13:40 108 Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"
"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
11:29 159 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir - Foto/Video
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir. xəbər verir ki, səhər saatlarından etibarən Azərbaycan xalqı məzarlığa axın edərək torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edirlər. Ziyarətçilər şəhidləri
10:58 146 "Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr -Zəfər Gününün 6-cı ildönümündə Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər edir. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının səfərlə bağlı hazırladığı süjetdə bəhs edilir. Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsind
12:36 140 Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda
10:59 151 Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri
13:39 179 "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb
8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. BİG.AZ videoçarxı təqdim edir:
12:22 157 "Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı
"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind
12:41 144