Xəzərdəki suitilər kütləvi şəkildə məhv olurlar - VİDEO
Xəzər dənizindəki suitilər kütləvi şəkildə məhv olurlar.
Xezerxeber.az-ın məlumatına görə, artıq bir neçə gündür ki, Xəzərin sahillərində suiti leşi görmək adi hala çevrilib.
Məsələn, Bilgəh çimərliyində 150-200 metr məsafədə 9 suiti ölüsü var.
Təkcə ötən gün daha 13 leş Kürdəxanıda, 1-i isə Nardaranda aşkar edilib. Ərazilər üzrə leşlərdən laborator nümunələr götürülüb.
Eyni vəziyyət Xaçmazın İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndlərinin dəniz sahillərində də müşahidə olunur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









