Məşhur hamamın kisəçisi danışdı: "Dedi, Tariyelin zəif yerini axtarıram..." - Məhkəmə

Məşhur hamamın kisəçisi danışdı: "Dedi, Tariyelin zəif yerini axtarıram..." - MəhkəməProkuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Kamran Ədəbəvazi ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxslərdən Ümman Əliyevi tanıyır. 2012-ci ilin oktyabr ayında hərbi xidmətdən tərxis olunduqdan sonra ayrı-ayrı yerlərdə fəhlə, ofisiant işləyib:

"Daha sonra dostum mənə kisəçi işləməyi öyrətdi. Bir müddət Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Günəş" hamamında kisəçi işlədim. Həmin vaxtlarda Bakıxanov qəsəbəsində fəaliyyət göstərən "Hamam Palace" ilə üzbəüz yaşamışam. Təxminən 2015-2016-cı illərdə orada işləmək üçün müraciət etdim və kisəçi kimi işə qəbul olundum. Həmin hamamda fitəçi işləyən, əslən Quba rayonundan olan Ümman Əliyevlə tanış oldum".

Şahid qeyd edib ki, Bakıxanov qəsəbəsində olan hamam iki mərtəbədən ibarətdir:

"Birinci mərtəbə ümumi istifadə olunan hamam, ikinci mərtəbə isə VIP otaqlardan ibarət olub. Həmin vaxtlarda Ümman birinci mərtəbədə fitəçi işləyib, ikinci mərtəbənin isə fitəçisi Emin adlı şəxs idi. Hamamda təxminən iki-üç il ərzində kisəçi işlədim. Ümman isə həmin hamamda az müddət işlədi. Daha sonra Fazil müəllim onu işdən çıxardı".

Kamran Ədəbəvazi qeyd edib ki, Ümman Əliyev hamamdan işdən çıxdıqdan sonra 2021-ci ilin dekabrına kimi aralarında hər hansı əlaqə olmayıb:

"Lakin "Köhnə hamam"da kisəçi işlədiyim müddətdə işə fitəçi tələb olunduğu üçün Ümmanı axtardım. Onu hamama işə dəvət etdim. Ümman həmin hamama gəlib bir neçə gün işlədi. Sonra anasının xəstə olduğunu bəhanə edərək getdi".

Şahid deyib ki, Ümman ona pul göndəriləcəyini deyib və ondan bank kartı istəyib:

"Anama məxsus bank kartı vardı, onu Ümmana təklif etdim. Ümman kartı götürdü və nömrəsini tanımadığım bir şəxsə göndərdi. Bir müddət sonra həmin karta köçürülmüş pulu özüm bankomatdan çıxardım və Ümmana verdim. Ümman mənə 100 manat pul vermək istədi. Bunu da ona etdiyim yaxşılığın əvəzi kimi izah etdi. Lakin pulu götürməkdən imtina etdim".

Kamran Ədəbəvazi ifadəsində təqsirləndirilən şəxslərdən - Pərvin Yusifov və Sahilə Məmmədovanı tanımadığını deyib. Amma hakim deyib ki, şahid həmin təqsirləndirilən şəxslərlə bağlı istintaqa ifadə verib. Şahidin ibtidai istintaqa verdiyi ifadəsinin həmin hissəsi elan olunub.

Kamran Ədəbəvazi istintaqa verdiyi ifadəsində göstərib ki, Ümman Əliyevin tanışı Pərvin Yusifovun mobil telefonuna baxış keçirilən zaman, həmin telefonda 24 dekabr 2021-ci ildə saat 18:43 və saat 18:48-də qeydə alınmaqla müvafiq olaraq 3 dəqiqə 15 saniyə və 4 dəqiqə 57 saniyə davam etməklə ona təqdim edilmiş səs yazılarındakı səslərdən biri Ümman Əliyevə, digəri isə ona məxsusdur.

Şahid həmin ifadəsini məhkəmədə təsdiqləyib:

"Həmin vaxt Ümmandan oğlum Tuqayın xəstəliyi ilə bağlı 100 manat borc istədim. Ümman da həmin məbləği verməyə boyun olsa da, buna əməl etmədi. Mənə hər hansı məbləğdə pul vermədi".

Kamran Ədəbəvazi ifadəsində Tariyel Qurbanovu tanıdığını deyib:

"Ümmanla hər ikimizin tanıdığımız Tariyel müəllimi xeyirxah bir insan kimi xatırlayıram. Ümmanın ondan pul tələb etməsini bilməmişəm. Onu şantaj edəcəyini də bilməmişəm.

Ümman mənə zəng edərək Tariyel müəllim haqqında soruşub. Mənə deyib ki, onun zəif yerini axtarıram, şantaj edəcəm, onun haqqında rüsvayedici məlumatlar axtarıram. Ona bu hərəkətinin səhv olduğunu dedim. Bütün bunlar həmin telefon danışığı zamanı səslənən səs yazısından da açıq görünür.

Həmçinin Ümmanla görüşməyimizə dair razılıq əldə etdik. Buna səbəb Ümmana Tariyel müəllim kimi yaxşı və xeyirxah bir insana qarşı səhv hərəkət etməməsinə dair məsləhət vermək istəmişəm. Danışığımız zamanı Ümmana dedim ki, Tariyel müəllimə qarşı belə hərəkət etmək olmaz. Çünki Tariyel müəllim, həqiqətən, çox yaxşı və xeyirxah insandır. O, kasıbların əlindən tutur, onlar kömək edir.

Lakin Ümmanla görüşə bilmədim. Onun görüşdən yayınmasının səbəbi 100 manat borc verəcəyinə dair vədi olub. Bu səbəbdən Ümmanla görüşmədik, bu barədə onunla danışmadım, ondan heç nə soruşmadım. Sonralar Ümmana zəng edən zaman isə zənglərimə cavab vermədi".

Şahid həmçinin qeyd edib ki, Ümman Əliyevin Tariyel Qurbanovu şantaj etməsi, ondan pul tələb etməsinin şahidi olmayıb.

Daha sonra İlqar Əliyev və Sahilə Məmmədovanın vəkilləri vəsatətlə çıxış ediblər. Vəkillər hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.

Məhkəmə vəsatətləri təmin etməyib.

İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 771   Tarix: 10 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 153
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

14.11.2026 183
.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 163
.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

14.11.2026 191
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 160
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14.11.2026 345
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 201
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

14.11.2026 239
.

Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik

00:07 152
.