"Kontakt" Gürcüstana gəlişinin 1 illiyini qeyd edir

"Kontakt" Gürcüstana gəlişinin 1 illiyini qeyd edirQafqazın ən qabaqcıl pərakəndə satış şəbəkələrindən olan "Kontakt" Gürcüstana gəlişinin bir illiyini qeyd edir. Düz bir ildir ki, şəbəkə Gürcüstan əhalisini də unikal mağaza formatı, yüksək keyfiyyətli xidmət, geniş çeşid və qeyri-standart kampaniyaları ilə sevindirir.

Bəs "Kontakt" gürcü əhalisinə özünü ən çox nə ilə sevdirib? Şəbəkə bir yaşı münasibətilə Gürcüstandakı müştəri bazası arasında sorğu apararaq, "Kontakt Home"u seçməklərinin əsas səbəblərini soruşublar:

1) UNİKAL MAĞAZA DİZAYNI

"Kontakt" Gürcüstana gəlişinin 1 illiyini qeyd edirGürcüstanlılar ilk növbədə "Ev üçün hər şeyi bir məkandan almaq" fikrini və mağazanın göz oxşayan geniş, unikal dizaynını çox bəyənib. Bu dizayn "Kontakt Home"un əsas fərqliliklərindən biridir.

2) HEÇ YERDƏ OLMAYAN KAMPANİYA VƏ ŞƏRTLƏR

"Kontakt" Gürcüstana gəlişinin 1 illiyini qeyd edir"Kontakt"ın ayrıca brendə çevrilən "Axşambazarı", "Şeş-Qoşa" kampaniyaları Gürcüstanda da ən az Azərbaycandakı qədər sevilib. Şəbəkə "Axşambazarı" və "Şeş-qoşa" kimi mövsümi kampaniyalardan əlavə, gündəlik alış şərtləri ilə də gürcüstanlı müştərilərin ürəyini fəth edə bilib.

3) PEŞƏKAR SERVİS

Aparılan sorğunun nəticələrinə əsasən, gürcüstanlı müştərilərin böyük qismi "Kontakt Home"u məhz yüksək səviyyəli servisinə görə seçdiklərini bildirib. Onların fikrincə, mağaza heyəti hər müştəriyə individual yanaşır, onlara lazım olan məhsul və xidmətlərin seçilməsində hər zaman yardımçı olur.

4) RAHAT YERLƏŞMƏ

"Kontakt" Gürcüstana gəlişinin 1 illiyini qeyd edir"Kontakt" mağaza ünvanlarını hər zaman tələbatın çox olduğu və insanların rahat tapdıqları ərazilərdə seçir. İstər "Tbilisi Central" ticarət mərkəzindəki ilk mağaza, istərsə də "Gldani Mall"dakı ikinci mağaza da bu baxımdan istisna deyillər. "Gldani Mall" mağazası həm də Gldani bölgəsinin ən böyük elektronika mağazasıdır.
Hazırda şəbəkə yalnız Tbilisi şəhərində fəaliyyət göstərsə də, 2023-cü ildə Gürcüstanın digər şəhərlərində də yeni "Kontakt Home" mağazalarının fəaliyyətə başlaması planlaşdırılır.

5) POZİTİV ƏHVAL-RUHİYYƏ

"Kontakt" Gürcüstana gəlişinin 1 illiyini qeyd edirGürcüstanlılar deyir ki, "Kontakt Home"da hər zaman bayram atmosferi hökm sürür. Mağazada açılışlar, hər hansı önəmli günlər və ya sadəcə kampaniya günləri böyükdən kiçiyə hər kəsin əyləndiyi bayram dadında keçirilir. Mağazalarda uşaq zonasının mövcudluğu valideynlərin rahat alış-verişi, uşaqların isə əyləncəli vaxt keçirməsinə şərait yaradır.

Qürurverici haldır ki, 100% Azərbaycan brendi olan "Kontakt" cəmi bir il ərzində Gürcüstanda da müştərilərin böyük rəğbətini qazana bilib. Hazırda Azərbaycanda 34, Gürcüstanda 2 mağaza, həmçinin kontakt.az və kontakt.ge onlayn mağazaları ilə təmsil olunan şəbəkə söz verir ki, "Kontakt – Sevindirir" missiyası tezliklə daha geniş areala yayılacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1126   Tarix: 13 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 288
.

Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl

12:35 121
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməs

11:31 140
.

Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

"Bu gün biz azad Qarabağda qurub-yaradırıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. Dövlətimizin başçısı qeyd edib: "Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bur

12:33 121
.

İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək

İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud

12:40 128
.

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

12:25 148
.

Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb

"Starlink" peyk şəbəkəsinin tutumu növbəti iki-üç ildə yeni nəsil peyklərin buraxılması sayəsində 100 dəfə artacaq. "Report"un məlumatına görə, "SpaceX" şirkətinin qurucusu İlon Mask bunu sahibkar Ron Beronla müsahibəsində açıqlayıb. "Hazırda orbitdə 11 00 peyk var

11:30 137
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

12:54 134
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

13:15 110
.