Soyuq, qaranlıq və azərbaycanlı fəalların müqaviməti - FOTO/VİDEO
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.
"Report" xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ərazidə qalmaqda qərarlıdırlar.
Onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdidirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
















BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1160 Tarix: 12 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLaçın Şəhəri Günü - milli qürur və Böyük Qayıdışın təntənəsi
26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Laçın şəhərinin işğaldan azad olunmasının rəmzi olmaqla yanaşı, doğma torpaqlara qayıdışın, milli iradənin, dövlət gücünün və Böyük Qayıdış prosesinin təntənəsini ifadə edir. Azərbaycan Prezidentini
14:20 139 Yaponiyada kimya zavodunda iki işçi huşsuz vəziyyətdə aşkarlanıb
Yaponiyanın Yasu şəhərindəki "Light Chemical Industry" (Yüngül Kimya Sənayesi) kimya zavodunda təxminən iki metr dərinliyində qazanı cilalayan iki işçi huşsuz vəziyyətdə aşkarlanıb. "Report"un xəbərinə görə, bu barədə Yaponiya mediası məlumat yayıb. İlkin məlumatlara görə, hadis
20:15 88 Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri
23 avqust 2026-cı il Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı baxımından mühüm siyasi hadisə ilə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə getdi. "Daşkənd-Xumo" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfin
15:03 144 Monteneqroda narkobaronun tutulmasında yardıma görə yarım milyon avro mükafat elan edilib
Monteneqronun Daxili İşlər Nazirliyi ölkənin ən böyük narkotik qruplaşmasının qaçaq başçısı Radoe Zvitserin saxlanılmasına gətirib çıxara biləcək məlumat üçün 500 min avro məbləğində mükafat təyin edib. "Report" xəbər verir ki, bu barədə Monteneqro Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb
15:10 140 Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - FOTO - VİDEO
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd olunub ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrini
16:37 150 Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub. BİG.AZ bu barədə AZƏRTAC-a istinadən xəbər verir
16:34 149 İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkənin yeni parlamenti - Qurultaya keçirilən ilk seçkinin uğurla baş tutması münasibətilə təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən məktubu təqdim edir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Qazaxıstan Respublikasını
20:11 91 Bəqai: ABŞ-nin üçüncü ölkələri İranla ticarət əlaqələrini dayandırmağa məcbur etməsi hüquqaziddir
ABŞ-nin İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi tək bir ölkəyə qarşı davam edən qanunsuz "iqtisadi müharibə"dən daha artığıdır. Bu, Birləşmiş Millətlər Təşkilatının hər bir müstəqil üzv dövləti üzərində eksterritorial suverenlik iddiasıdır. "Report" xəbər verir ki, bun
16:00 126 Daşkənddə Əliyev-Mirziyoyev görüşü üçün HAZIRLIQ - VİDEO
Özbəkistan Prezidentinin İqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü üçün hazırlıq işləri görülür. xəbər verir ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində keçiriləcək yüksəksəviyyəli görüşlə əlaqədar iqamətgahda son hazırlı
14:47 142