Bu məsələlərə adekvat reaksiyanın olmaması xalqımızı hərəkətə gətirdi - AÇIQLAMA

Bu məsələlərə adekvat reaksiyanın olmaması xalqımızı hərəkətə gətirdi - AÇIQLAMA"10 noyabr Bəyanatının imzalanmasından sonra iki il ərzində Azərbaycan səbir nümayiş etdirirdi. Azərbaycan istər sülhməramlı kontingenti ilə bağlı, istərsə də Ermənistan məsələsində istəyirdi ki, tez bir zamanda sülh əldə edilsin və tərəflər öz öhdəliklərini yerinə yetirsinlər".

Bu fikirləri BiG.AZ-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov Qarabağda ekoterrora qarşı təşkil olunan etiraz aksiyası ilə bağlı danışarkən deyib.

Politoloq bildirib ki, bu məsələlərin kökündə Ermənistan tərəfinin iki il ərzində üzərinə düşən öhdəliyi yerinə yetirməməsindən qaynaqlanır. Z.Məmmədovun sözlərinə görə, bu məsələlərə adekvat reaksiyanın olmaması artıq Azərbaycan xalqını hərəkətə gətirdi:

"Təəssüflər olsun ki, Ermənistan tərəfi vaxtın uzadılması üçün imitasiya xarakterli görüşlərin keçirilməsi ilə məşğul olurdu. Düzdür, bəzi görüşlərdə konkret olaraq nəticələrə istiqamətlənən çox böyük irəliləyişlər əldə edilirdi. Hətta sülh müqaviləsi də müzakirə predmeti idi. Lakin Qarabağın dağlıq hissəsindəki vəziyyət buna imkan vermir. Söhbət oradan separatçıların ləğvi, erməni hərbi birləşmələrinin çıxarılmasından gedir. Bu məsələlərdə Nikol Paşinyan ikibaşlı oynayırdı. Nəticə etibarilə görürdük ki, Laçın dəhlizi vasitəsilə İran vətəndaşları Xankəndiyə gəlir, separatçılara müxtəlif silahlar daşınır və eyni zamanda digər qanunsuzluqları görmüş olurduq. Bununla bağlı Azərbaycan tərəfi bir neçə dəfə öz narahatlığını və narazılığını ifadə etmişdir. Lakin çox təəssüflər olsun ki, Laçın dəhlizinin bağlanmasından sonra belə, adekvat reaksiya görmədik. Bu məsələlərə adekvat reaksiyanın olmaması isə vətəndaş cəmiyyətini də hərəkətə gətirdi və xalq, dövlət birliyi burada öz sözünü demiş olacaq. Neçə gün lazım gələrsə Azərbaycan xalqı orada olacaq. Əsas tələbimiz ədalətin bərqərar olmasıdır. Təbii sərvətlərimizdən heç kimə icazə verilməyib ki, qeyri-qanuni şəkildə istismar edilsin. Bu, yolverilməzdir. Təbii sərvətlər Azərbaycan dövlətinə məxsusdur.

Qızıl yataqları ilə bağlı Azərbaycan və ingilis şirkətləri arasında müqavilə var. Lakin qanunsuz şəkildə erməni əsilli iş adamları tərəfindən İsveçrə şirkəti adı altında separatçılar oradakı təbii yataqlardan istifadə etdilər. Təbii ki, bu, birmənalı şəkildə qanun pozuntusudur. Burada məsuliyyət həmin şirkətin və orda olan separatçıların, eyni zamanda buna icazə verən və istismarına göz yuman rus sülhməramlıların üzərinə düşür. Şirkət əlbəttə ki, məhkəməyə veriləcək. Bu kimi şirkətlərlə bağlı Azərbaycan dövləti öz açıqlamasını dəfələrlə qeyd edib. Söhbət hər hansı bir konkret şirkətdən getmir. Çünki bir şirkəti digər qondarma müxtəlif şirkətlər əvəz edə bilər. Söhbər separatçılar tərəfindən Qarabağın dağlıq hissəsinə statusun verilməsi, oranın müstəqil elan edilməsi, Qarabağın dağlıq hissəsinin Azərbaycana tabe edilməməsi və orada qanunsuz əməllərdən gedir. Onların bu niyyətləri və son açıqlamaları çox təhlükəlidir. Ermənistanın və separatçıların ayrı-ayrı qüvvələrinin müstəqillik haqqında açıqlamalarının cavabı veriləcək.

Söhbət erməni mülki əhalisindən gedirsə, bu gün ermənilər mülki əhalisini bəhanə edir. Bu məsələni bəhanə etməsinlər. Əgər onlar doğrudan da Xankəndidə yaşayan 15-20 min erməninin qayğısına qalmaq istəyirlərsə, o zaman bu kimi çıxışlardan əl çəksinlər və yeni müharibə istəməsinlər. Onlar öz dinc sakinlərini siyasi ambisiyalarına görə qurban vermək istəyirlər".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 666   Tarix: 13 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 288
.

Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl

12:35 121
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməs

11:31 140
.

Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

"Bu gün biz azad Qarabağda qurub-yaradırıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. Dövlətimizin başçısı qeyd edib: "Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bur

12:33 121
.

İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək

İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud

12:40 128
.

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

12:25 148
.

Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb

"Starlink" peyk şəbəkəsinin tutumu növbəti iki-üç ildə yeni nəsil peyklərin buraxılması sayəsində 100 dəfə artacaq. "Report"un məlumatına görə, "SpaceX" şirkətinin qurucusu İlon Mask bunu sahibkar Ron Beronla müsahibəsində açıqlayıb. "Hazırda orbitdə 11 00 peyk var

11:30 137
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

12:54 134
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

13:15 110
.