Azərbaycan XİN: "Ermənistan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyib"

Azərbaycan XİN: "Ermənistan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyib"Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi İşlər Nazirliyinin 13 dekabr 2022-ci il tarixli, Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edən, əldə olunmuş razılıqlar çərçivəsində öhdəlikləri təhrif edən əsassız bəyanatını qətiyyətlə rədd edirik.

Bu barədə XİN-dən bildirilib.

Ermənistan XİN-in Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir.

İlk öncə xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də 4-cü bəndə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı, 6-cı bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu, 9-cu bəndə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədildiyi dəfələrlə tərəfimizdən bəyan edilib.

Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialara gəldikdə qeyd edək ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir.

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bir neçə gün əvvəl məlumat verildiyi kimi, cari ilin 3 dekabr tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub.

Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Bütün bunlar, Azərbaycan xalqının etirazına səbəb olub.

Bununla yanaşı, Azərbaycanı "beynəlxalq hüququ pozmaqda", "etnik təmizləmədə", "soyqırım siyasətində" ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir gecə ərzində Xocalıda, eləcə də Azərbaycanın digər şəhərlərində yüzlərlə mülki əhaliyə qarşı kütləvi qırğın törədən, 1 milyona yaxın azərbaycanlını Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən qovan, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan, hərbi və mina təhdidlərini davam etdirən məhz Ermənistandır.

Qeyd olunmalıdır ki, məhz Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş minaların ərazilərimizə daşınması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir. Məhz Ermənistanın davam edən təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.

"Ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması" barədə əsassız çağırışlara gəldikdə, qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.

Ermənistan tərəfi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımlara son qoymalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 730   Tarix: 13 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməs

11:31 136
.

Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi

İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib. xəbər verir ki, bu barədə diplomat sosial şəbək

11:15 144
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

13:11 38
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

12:20 120
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 295
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

10:15 146
.

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

12:25 131
.

Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb

Misir 2014-cü ildən fəaliyyət göstərməyən səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu addım Qahirənin Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxal

12:50 87
.

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl

13:50 0
.