"Sülhməramlılar Azərbaycan tərəfini mütəmadi olaraq məlumatlandırmalıdırlar"
"Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının keçirdiyi aksiyalar geniş xarakter daşıyır. Məqsəd ölkəmizin qeyri-qanuni şəkildə talan olunan təbii resurslarının qorunması və diqqətin bu prosesə yönəldilməsidir".
Bu sözləri BiG.AZ-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə Qarabağda ekoterrora qarşı təşkil olunan etiraz aksiyası davamlı xarakter daşıyır:
"Şüphəsiz ki, konkret olaraq indiki şəraitdə Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində baş verən bütün hadisələrin məsuliyyəti rus sülhməramlılarının üzərinə düşür. Hazırda da bu tələb haqlı şəkildə Azərbaycan vətəndaşları tərəfindən Rusiya sülhməramlılarına qarşı irəli sürülüb. Çünki onlar yerləşdiyi ərazilərdə sühməramlı missiyanın bütövlükdə mandatına uyğun olaraq qanunvericiliyin qorunmasına görə hüquqi məsuliyyət daşıyırlar. Bu aspektdən də etiraz aksiyası davamlı xarakter daşıyır. Şüphəsiz ki, bu tələblər yerinə yetirilməyincə və azərbaycanlı ekoloqlar Azərbaycan ərazilərinə buraxılmayınca aksiya davam edəcək. Yəni mövcud mənzərə bunu söyləməyə əsas verib.
Bu faktın özü bir daha Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə, eyni zamanda bütün digər bu kimi aspektlərlə bağlı məsələlərdə ölkəmizdə vətəndaş həmrəyliyinin, milli birliyin yüksək səviyyədə olduğunu nümayiş etdirib. Rusiya sülhməramlılarının davranışlarına gəldikdə isə düşünürəm ki, bütün bu davranışlar 10 noyabr tarixli Bəyanatın prinsiplərinə ziddir və heç bir halda sərgilənən mövqe müsbət qarşılana bilməz. İndiki şəraitdə Azərbaycan əraziləri sayılan və beynəlxalq səviyyədə Azərbaycan əraziləri kimi tanınan bu ərazilərdə baş verən bütün hadisələrin məsuliyyəti sülhməramlıların üzərində olduğu üçün bu qanunsuzluqların qarşısının alınması istiqamətində də müvafiq tədbirlər görmələri barədə onlar Azərbaycan tərəfini mütəmadi olaraq məlumatlandırmalıdırlar".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1256 Tarix: 14 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video
Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməs
11:31 136 Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi
İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib. xəbər verir ki, bu barədə diplomat sosial şəbək
11:15 144 Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video
23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd
13:11 38 Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
12:20 120 Əməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 295 AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb
Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr
10:15 146 Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib
12:25 131 Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb
Misir 2014-cü ildən fəaliyyət göstərməyən səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu addım Qahirənin Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxal
12:50 87 Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl
13:50 0