Azərbaycanda dollar bahalaşacaq? - Deputat AÇIQLADI

Azərbaycanda dollar bahalaşacaq? - Deputat AÇIQLADIABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) iki günlük noyabr iclasının nəticələrinə görə uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırıb. Beləliklə, rəqəmlər 4,25-4,50%-ə qaldırılıb. Bu isə 2022-ci ilin əvvəlindən uçot dərəcəsinin 7-ci dəfə artımıdır.

Bu proses manatın dollara münasibəində aqibəti düşündürür. Müşahidə edilən dəyişikliklər manatın ucuzlaşma risklərini və devalvasiyanın olub-olmayacağını gündəmə gətirir. Onu da qeyd edək ki, son iki ildir, dolların manat qarşısında bahalaşacağı və devalvasiyanın olacağı barədə qeyri-rəsmi məlumatlar yayılır.

Bəs, qarşıdan gələn 2023-cü ildə devalvasiya gözlənilirmi?

Məsələ ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2023-cü ildə milli valyuta məzənnəsinin necə dəyişməsi müzakirə olunur və manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq:

"Mərkəzi Bankın pul, kredit siyasətində, eyni zamanda rəsmi açıqlamalarında bütövlükdə 2022-ci ilin sonunadək manata təhdidlərin olmadığı bildirilirdi. Təbii ki, artıq 2022-ci il başa çatır və 2023-cü ildə milli valyuta məzənnəsinin necə dəyişməsi müzakirə edilən məsələrdəndir. Nəzərə alsaq ki, bütövlükdə dollara olan tələbin ödənilməsində ölkəyə daxil olan valyutanın həcmi çox önəmlidir. Azərbayacana daxil olan valyutanın həcmində isə neftin dünya bazarındakı qiyməti vacibdir. Çünki Azərbaycan ixracatının 80 faizi neft və neft məhsullarıdır. Ona görə də 2023-cü ildə ölkəyə daxil olan valyutanın həcminə birbaşa neftin dünya bazarı qiyməti təsir göstərəcək. Təbii ki, əgər qiymət yüksək olarsa və ölkəyə daha çox valyutanın daxil olmasına, valyutaya olan tələbin ödənilməsində çətinliklərin yaranmamasına səbəb olacaq. Amma qiymət aşağı olarsa ölkəyə daxil olan valyutanın həcminin azalmasına gətirib çıxara bilər. Ona görə də valyuta bazarında tələb birbaşa neftin dünya bazar qiyməti ilə də bağlıdır.

Təbii ki, burada dövlət neft fondunun aktivləri də var. Həmin aktivlərdən istifadə etmək imkanını da nəzərə almaq lazımdır. Amma bütün hallarda Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün və fiks məzənnə rejimi olduğuna görə Mərkəzi Bankın mövqeyi çox önəmlidir. Bu baxımdan 2023-cü ildən ölkəyə daxil olan valyutanın həcminə neftin dünya bazar qiyməti birbaşa təsir göstərəcək. Eləcə də, dollara olan tələbin ödənilməsində neftin dünya bazar qiymətinin həm iqtisadi, həm də psixoloji təsirləri olacaq. Bütövlükdə isə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma güman olunur ki, Mərkəzi Bank bu zaman xarici faktorlar və xüsusən də strateji, o cümlədən enerji məhsullarının dünya bazar qiymətinə xüsusi önəm verəcək".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3225   Tarix: 15 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı

"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind

12:41 97
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 287
.

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

12:25 131
.

Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq

Yaponiya hökuməti şirkətlərə və dövlət qurumlarına artan haker hücumlarına cavab olaraq kibertəhlükəsizlik tədbirlərini gücləndirmək üçün büdcənin ehtiyat fondundan 10 milyard yen (təxminən 63 milyon dollar) ayıracaq. "Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə

11:45 127
.

İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"

"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm

12:20 107
.

Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl

12:35 93
.

Azərbaycan Prezidenti: "Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"

"Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir. Azərbaycan dövləti bu təməl üzərində qurulub". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib. Dövlətimizin başçısı qeyd edib: "Milli-mənəv

12:37 103
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

11:04 143
.

Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi

İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib. xəbər verir ki, bu barədə diplomat sosial şəbək

11:15 144
.