Qutabsatan sevgilisini yad kişiylə gördü: "Yerə uzanmışdılar..." - Bakıda ŞOK

Qutabsatan sevgilisini yad kişiylə gördü: "Yerə uzanmışdılar..." - Bakıda ŞOKBakının Qaradağ rayonunda 1966-cı il təvəllüdlü Ceyhun sevgi münasibətində olduğu Rəqsanə və onun tanışı Süleymanı (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Ceyhun daha əvvəl intim münasibətdə olduğu və birlikdə yaşadığı Rəqsanənin bu müddətdə Süleymanla yaxınlıq etdiyini bilib. O, Rəqsanə ilə mübahisə edib və ayrıldıqdan sonra onunla bir neçə dəfə barışmağa cəhd göstərib. Amma buna nail ola bilməyib.

Ceyhun Rəqsanə ilə münasibətlərinin Süleymana görə pozulduğunu düşünüb, qisas niyyəti ilə onu öldürmək qərarına gəlib. Süleymanın Rəqsanin evində olduğunu öyrənən Ceyhun Lökbatan qəsəbəsindəki marketdən bıçaq alaraq həmin ünvana gəlib. O, hər iki şəxsə bıçaqla xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.

"Əxlaqsız işlərlə məşğul olmayacağına söz verdi"

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, əvvəllər Rusiyanın müxtəlif şəhərlərində yaşayıb:

"Təxminən 10 ildir Azərbaycana qayıtmışam, Bakı şəhərində yaşayıram. Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Binə" Ticarət Mərkəzindən qutab alaraq "Lökbatan dairəsi" adlanan yerdə əlimdə satmaqla çörək pulu qazanmışam.

Rəqsanəni təxminən 2 ilə yaxındır tanıyıram. "Binə" Ticarət Mərkəzində kafedə işləyən zaman tanış olmuşuq. Onunla Qızıldaş qəsəbəsində kirayədə qaldığı evdə yaşamışıq. Biz birlikdə yaşadığımız vaxt Rəqsanə mənə artıq əxlaqsız işlərlə məşğul olmayacağına söz verdi. Birlikdə olduğumuz müddətdə ona hər bir işdə kömək və dayaq olmuşam. Öz puluma Qızıldaş qəsəbəsində kirayə ev tutmuşam".

"Bağışlaya bilmədim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən təxminən 2 həftə əvvəl Rəqsanənin ondan başqa bir nəfər şəxslə də intim əlaqədə olmasını hiss edib: "Bunu bildikdə Rəqsanəyə xəbərdarlıq etdim ki, əgər şübhələr doğrulsa, ona çox pis olacaq. Rəqsanə isə dedi ki, belə bir düşüncəni heç xəyalına gətirməsin, ona xəyanət etməz.

Rəqsanənin yalan danışdığını və adını hazırda istintaq zamanı öyrəndiyim Süleymanla birlikdə gəzdiyini bildim. Ayrıldıqdan sonra bir neçə dəfə ona zəng edəndə telefonu Süleyman götürdü və Rəqsanə ilə münasibəti olduğunu dedi. Rəqsanənin dünyaya gətidriyi sonuncu övladının ondan olduğunu söylədi, bununla mənim Rəqsanədən uzaq durmağımı istədi.

Hətta Süleyman danışıqların birində bildirdi ki, evdə olmadığım müddətdə Rəqsanə ilə birlikdə yaşadığımız evə gəlib, orada Rəqsanə ilə intim əlaqədə olublar. Rəqsanənin bu hərəkəti mənə çox pis təsir bağışladı. Bu xəyanəti özüm-özümə bağışlaya bilmədim".

"Cəzalandırmaq qərarına gəldim"

Təqsirləndirilən şəxs qeyd edib ki, Rəqsanə sonuncu uşağının atasının o, olduğunu bildirib:

"Bu mübahisələrdən əvvəl Rəqsanə üçün ünvanlı sosial yardım almağa çalışmışam. Lazım olan bütün sənədləşmələri etmişəm və ünvanlı sosial yardımı almağa nail olmuşam. Bu barədə Rəqsanəyə sms bildirişi gəlib, bundan sonra Rəqsanə mənə qarşı soyuq münasibət göstərib.

Artıq başa düşdüm ki, Rəqsanə məndən istifadə edib. Bütün bunlar Süleymanın planları idi. Buna görə də Süleymanı cəzalandırmaq qərarına gəldim. Amma Rəqsanəni sevdiyim üçün əvvəlcə düşündüm ki, bazarlıq edim və kirayə tutduğu evə gedərək onunla barışım".

"Bazarlıq edib evinə getdim"

Ceyhunun ifadəsinə görə, mayın 16-da saat 13 radələrində Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən "Kingsmart" adlı supermarketə gedib: "Oradan 700 qramlıq "Şamaxı" konyakı, 2 litrlik "Coca Cola", 400 qramlıq şokolad, kiloyarım banan aldım. Sonra Rəqsanənin kirayə tutduğu evinə getdim. Aldıqlarımı verdikdən sonra Rəqsanənin mənə soyuq münasibət göstərdiyini gördüm.

Görüş zamanı Rəqsanəyə hisslərimlə oynadığını bildirdim və ondan hərəkətlərindən qorxub-qormadığını soruşdum. Rəqsanə özünü qalib kimi apardı, məndən nə edə biləcəyimi soruşdu. Sonra Süleymanı sevdiyini, bu gün onlara gələcəyini dedi. Danışıq aparmağın mənasız olduğunu gördüm. Həmin vaxt evə Rəqsanənin bacısı gəldi. Ona görə evdən getdim.

Əsəbi halda Lökbatan qəsəbəsinə qayıtdım. Supermarketdən "Fanta", toyuq və yarımlitrlik "Organic" markalı araq alıb "Binə" Ticarət Mərkəzinə getdim. Toyuğu tanımadığım kafelərin birində bişirtdirdim və "Binə" Ticarət Mərkəzinin hasarının kənarında oturaraq həmin arağı içdim. Düşündüm ki, Rəqsanədən uzaq durması üçün Süleymanla görüşüm".

"Məqsədim "əclaf" və "alçaq" şıramları atmaq olub"

Təqsirləndirilən şəxs bildirib ki, həmin gün saat 20 radələrində təkrar "Kingsmart" adlı supermarketə gedib: "Oradan bıçaq və "GO Silver" alkoqol enerji içkisi aldım. Sonra Qızıldaş qəsəbəsinə getdim. Bıçağı almaqda məqsədim Süleymanı qorxutmaq idi. Tualet evin həyətindədi deyə düşündüm ki, Rəqsanə və ya Süleyman həyətə çıxar, mən də onları tutaraq özümdən üzr istədərəm.

Təxminən saat 22 radələri idi. Evin həyət qapısı bağlı olduğu üçün hasarın üzərindən aşmaqla içəri daxil oldum. Pəncərədən evin içərisinə baxdıqda Rəqsanə ilə Süleymanın divara söykənərək yerə uzandqılarını gördüm. Süleymanı cəzalandırıb, ondan niyə belə davrandığını öyrənmək istədim. Böyük bıçağı sağ əlimdə, balaca qatlanan cib bıçağını isə sol əlimdə tutaraq evə girdim. Məqsədim Süleymanın hər üzünə "əclaf" və "alçaq" şıramları atmaq və diz çökdürərək üzr istətmək idi. Evdə Rəqsanənin azyaşlı uşaqları da vardı.

Rəqsanə mənim hər iki əlimdə bıçaq gördükdə Süleymanı vuracağımı bildiyi üçün üzərimə gəldi ki, bıçağı məndən alsın. Mən isə onun qarnının sağ tərəfindən təpiklə vurdum və yerə yıxdıqdan sonra Süleymanın ayaq üstə durduğunu gördüm.

Onun sifət nahiyəsinə və boynuna sağ əlimdəki bıçaqla vurdum. Çox əsəbi olduğum üçün gözümü hirs tutmuşdu. Sağ əlimdəki bıçaqla Süleymanın sol döş qəfəsinə, yəni ürək istiqamətinə bir zərbə vurdum. Bu zaman Rəqsanə araya girdi, məni Süleymandan ayırmağa çalışdı. Bıçaq ehtiyatsızlıqdan Rəqsanənin sağ qolundan dəydi. Xəsarətləri yetirdikdən sonra özüm kənara çəkildim".

"Könüllü təslim oldum"

Təqsirləndirilən şəxs deyib ki, onun Süleymanı öldürmək niyyəti olmayıb: "Həmin vaxt Süleyman oradan qaçaraq getdi. Rəqsanə möhkəm qışqırmağa başladı və səs-küyə tanımadığım insanlar evə gəldi. Əllərimdə olan bıçaqları aldılar, məni də bayıra çıxartdılar.

Lökbatan qəsəbəsinə qayıtdım. Düşündüm ki, polis məni axtararaq tapmaqdansa, özüm könüllü təslim olum. Bu məqsədlə 10-cu polis bölməsinə getdim. Bir nəfər şəxsi bıçaqla vurduğumu bildirdim".

"Süleymanı "öldürəcəm" sözlərini dedi"

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Süleymanın sözlərinə görə, hadisədən əvvəl Ceyhunu Lökbatan qəsəbəsində görüb: "Onun Rəqsanə ilə münasibəti olduğunu bilirdim. Amma bu barədə aramızda söhbət olmayıb. Mayın 16-da saat 21 radələrində Rəqsanənin yaşadığı evə getdim. Evdə Rəqsanə və beş azyaşlı uşaqları vardı. Birlikdə yemək yedik, daha sonra yerdə oturdum. Rəqsanənin 12 yaşlı qızı, 7 yaşlı oğlu mənim yanımda idi. Uşaqlar mənim telefonumla oynayırdılar. Rəqsanə isə kiçik oğlu ilə məşğul idi.

Birdən evin taxta materialdan olan qapısı açıldı. Hiss olundu ki, qapını təpiklə açdılar. İçəri girən Ceyhunin sağ əlində bıçaq gördüm. Mənə tərəf gəlməyə başlayanda Rəqsanə onun qarşısına keçdi.

Ceyhun təpiklə Rəqsanənin qarnından vurdu və o, arxası üstə yerə yıxıldı. Sonra mənim üstümə gəldi, Rəqsanəyə "Süleymanı öldürəcəm" dedi. Bıçaqla boynuma sol tərəfdən zərbə endirdi. Başımı qaçırdığım üçün bıçaq üzümün sol tərəfdən kəsdi. Özümü Ceyhunun əlində olan bıçaqdan qoruyan anda birdən arxadan boyn nahiyəmə zərbə vurdu. O, onda bildim ki, Ceyhunun həm sağ əlində, həm də sol əlində bıçaq var. Yenidən üstümə gəlməyə başlayanda yaxınlıqda olan masanın üzərindən boşqabı götürdüm və ona tərəf atdım.

Boşqab Ceyhunun sinəsindən dəydi və yerə düşdü. Buna baxmayaraq o, yenidən üstümə gəldi. Rəqsanə yenə Ceyhunun qarşısına keçdi, onu tutaraq evin çıxış qapısına tərəf apardı. Mən də evdən çıxdım".

Ceyhun 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1073   Tarix: 18 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

14.11.2026 217
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

14.11.2026 215
.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

14.11.2026 187
.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

14.11.2026 244
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 154
.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 128
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

14.11.2026 198
.

İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd

00:13 112
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 87
.