Rusiyanın "seks simvol"u, homoseksual dostundan uşaq doğan Koroleva - Unudulan məşhurlar

Rusiyanın "seks simvol"u, homoseksual dostundan uşaq doğan Koroleva - Unudulan məşhurlarBiG.AZ Lent.az-a istinadən bir zamanlar "seks simvol" olan, Koroleva təxəllüsü ilə tanınan ukraynalı müğənni, aktrisa Nataşa Porıvay haqqında məlumatları təqdim edir.

Nataşa Porıvay 1973-cü il mayın 31-də Ukraynanın paytaxtı Kiyevdə dünyaya gəlib. Yaradıcı ailədə böyüyüb: atası xormeyster, Ukraynanın Əməkdar artisti olan anası Lyudmila Porıvay isə "Svetok" xorunda dirijor olub. Nataşanın böyük bacısı İrina da Musiqiçi kimi istedadlı uşaq olub və o, "Rusya" təxəllüsü ilə uzun illər müğənnilik edib.

3 yaşlı Nataşa "Cruiser Aurora" mahnısı ilə Ukrayna Radio və Televiziyasının Böyük Xorunda səhnədə çıxış edib. Burada bəstəkar Vladimir Bystryakov onu kəşf edib və populyarlaşmasına yardımçı olub. Artıq 12 yaşında mahnıları ilə çıxış etməyə başlayan Nataşa "Sirk hara getdi?", "Möcüzələr dünyası" mahnılarını yazdırıb.

Bundan sonra tezliklə bir çox məclisin ulduzuna çevrilib. O, uşaq şənlikləri, hökumət tədbirləri və bir çox yerlərdə çıxış edib. 1987-ci ildə Nataşa ilk dəfə televiziyada, bir çox gənc ifaçıya şöhrət qazandıran "Geniş dairə" proqramına qatılıb. Lakin gənc müğənni üçün həqiqətən əlamətdar hadisə vokal müsabiqəsindəki çıxışı olub. Burada məşhur prodüser Marta Mogilevskayanın köməkçisi Elviranın diqqətini çəkib. Nataşa parlayacağını bilmədən qadına öz musiqiləri olan bir kaset verib. Vaxt keçsə də, Moskvadan heç bir xəbərin gəlmədiyini görən Nataşa Kiyev Estrada və Sirk Məktəbinə daxil olandan sonra 1989-cu ildə ABŞ-a qastrol səfərinə gedib.

Burada ona nüfuzlu Roçester Universitetinin nəzdində Eastman Musiqi Məktəbinə tələbə olmaq təklifi ediblər. Lakin Marta Mogilevskaya Nataşanın Moskvaya gəlməsini istədiyi üçün gənc müğənni Amerikadakı təklifi rədd edib. Amma haradan bilərdi ki, xəyallarının ardınca gedən Nataşa Moskvada unudulmaz eşqi ilə qarşılaşacaq?

Nataşanın vokal qabiliyyəti başqalarından yüksək və qısaboylu olduğuna görə onu ideal vokalçı hesab edirlər. O, bir müddət müğənni Alla Puqaçovanın keçmiş aranjimançısı İqor Nikolayevin vokalisti kimi səhnəyə çıxıb. Düzdür, İqor ilk görüşdən onu bəyənməyib. Ancaq buna baxmayaraq, zamanla səsi və özündən xoşu gəlib. Nataşa 16 yaşında ikən İqorla birlikdə "Sarı lalələr" mahnısını yazdırıb. Üz qabığında isə "Nataşa Koroleva İqor Nikolayevin mahnılarını oxuyur" yazılan disk satışa buraxılıb.

Dillər əzbərinə çevrilən bu mahnı onun Koroleva təxəllüsü ilə tanınmasına yol açıb. Belə ki, "Sarı lalələr" gənc qızı ölkənin əsas musiqi yarışmasının - "İlin mahnıları"nın finalına gətirib çıxarıb. İqor və Nataşa izdihamla dolu stadion və konsert meydançalarında konsertlər veriblər. Hətta pərəstişkarları göygöz, əsmər gözəlçə üçün o qədər qucaq dolusu sarı lalə gətirirmiş ki, kulis dolub-daşırmış.

1992-ci ildə "Delfin və su pərisi" albomu işıq üzü görəndən sonra cütlük Amerika, Almaniya və başqa ölkələrə qastrol səfərlərinə gedib. Həmin ərəfədə İqor və Nataşa cütlüyü arasında eşq, intim münasibət və şəhvət alovlanıb. Lakin Nataşa ona "Mən sənin məşuqən olmaq istəmirəm. Toyum olmasını, gəlinlik geyinmək istəyirəm. Ya rəsmi münasibət, ya heç nə", - deyib. Nataşanı dəlicəsinə sevən İqor onunla evlənmək qərarına gəlib. Sonu kədər və ayrılıqla nəticələnsə də, onlar 2000-ci ilə kimi evli olublar.

Nataşa Koroleva müğənni olmaqla yanaşı, aktrisa kimi də işləyib. O, "Brilliant əl" filmində Svetlana Svetliçnaya, "Pinokkionun ən yeni sərgüzəştləri" musiqili filmində Malvina obrazını canlandırıb. Artıq bir neçə ildən sonra kiçik, utancaq qız yetkin qadına, "seks simvol"a çevrilib. Buna görə də onunla eşq yaşamağa çalışan, ağlı başından çıxan kişilərin sayı az olmayıb.

Şöhrətin pik həddini yaşayan, ulduz xəstəliyinə tutulan Nataşa 2000-ci ildə İqor Nikolayevlə münasibətlərini kəsib. Buna səbəb Nataşanın daim İqora xəyanət etməsi, yaşadığı streslər və başqa amillər olub. Hətta Nataşa müsahibələrinin birində bu barədə danışanda deyir: "Uşaq istəyirdim, ancaq İqor buna razı deyildi. Eyni şeyləri yaşamaqdan yoruldum. Bir gün yuxuda gördüm ki, İqorla yan-yana gedirik. O, başqa yolla gedir, mən başqa. Səhər oyandım və əşyalarımı yığıb Sergeygilə gəldim. Gördüm ki, Sergey vannada duş qəbul edir. Mənə dedi ki, Nataşa, dayan, evi yığışdırım. Sonra mənə dedi ki, hara gedək? Kinoya gedək, yoxsa gəzintiyə çıxaq? Onun məni sahiblənməyini sevdim".

Depressiyadan tez zamanda çıxan Nataşa çoxdandır eşq yaşadığı "Tarzan" təxəllüslü ifaçı, striptizçi Sergeydən tez zamanda hamilə qalıb. Nataşa Sergeydən Arxip adlı bir oğlan uşağı dünyaya gətirib. Cütlük 2003-cü ildə rəsmi şəkildə evlənib.

Xoşbəxtliyin dadını çıxaran Nataşa 2008-ci ildə İqor Nikolayevlə barışıb və münasibətlərini dostcasına davam etdirmək istəyir. İqor da bunu xoş qarşılayaraq, onunla illər sonra duet səsləndirib. Bundan başqa, bir neçə il əvvəl Nataşa homoseksual dostuna surroqat analıq etdiyini deyib. O, etiraf edib ki, qız atası ilə birlikdə ABŞ-ın San-Fransisko şəhərində yaşayır. Bu etirafın qarşısında Sergey təəccübünü də gizlədə bilməmişdi.

2020-ci ildə Nataşa əri Sergey ilə xeyli qalmaqal yaşayıb. Həmin il S.Qluşkonun məşuqəsi, aktrisa Anastasiya Şuljenko ilə yazışmaları yayılıb. Aktrisa Sergeydən hamilə olduğunu ictimaiyyətə açıqlayıb. Nataşa isə bunun əvəzində polisə şikayət edərək, evindən bahalı zinət əşyasının itdiyini deyib. Bundan sonra qalmaqal daha da böyüyüb. Yayılan mesajlardan sonra Anastasiyanın hamilə olmadığı, bu yolla Sergeyi şantaj etdiyi məlum olub.

Sergey ilə münasibətini davam etdirən, uzun müddətdir göz önündə olmayan Nataşa Koroleva hazırda ailəsi ilə birlikdə ABŞ-da yaşayır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2090   Tarix: 21 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.