Bir qızın baş hərfi üstündə amansız dava: "Tələb etdi ki, qəbiristanlıqda..." - ŞOK

Bir qızın baş hərfi üstündə amansız dava: "Tələb etdi ki, qəbiristanlıqda..." - ŞOKAğsu rayonunda 2005-ci il təvəllüdlü Araz şəxsi münasibətlər zəminində 16 yaşlı Sadiqi (adlar şərti verilib - red.) qətlə yetirib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Araz 15 iyun 2021-ci ildə saat 17 radələrində tanışı Sadiqin vatsap tətbiqetməsinin status bölməsinə yerləşdirdiyi videonun şərh hisəssində, onunla qonşuluqda yaşayan Lalənin adının baş hərfini yazdığını görüb. O, Sadiqə mesajda həmin yazını silməsini tələb edib.

Araz yazını silməyəcəyini bildirdikdə onlar bir-birlərinə təhqiramiz məzmunda mesajlar və səs yazıları göndəriblər. Məsələni aydınlaşdırmaqdan ötrü Ağsu şəhərində görüşməyə razılaşıblar. Saat 20 radələrində deyilən ünvanda görüşüblər. Mübahisəni davam etdirmək məqsədi ilə birlikdə Ağsu rayon Qaraqaşlı kənd qəbristanlığının yaxınlığına gediblər.

Araz qızın adını telefondan silməməsini bəhanə edib və Sadiqin sifət nahiyəsindən yumruq zərbəsi vurub. Daha sonra yerə yıxaraq onu döyüb. Sadiq ağır xəsarətlə xəstəxanaya yerləşdirib və orada ölüb.

İstintaq orqanı tərəfindən Sadiqin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

"Lalənin baş hərfini sil"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Araz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, qonşuluqda yaşamış mərhum Sadiqlə normal münasibətləri olub:

"İyunun 15-də günorta saatlarında dayım Vasif, nənəm Səidə, xalam oğlu Valeh və dayımın azyaşlı uşaqları ilə birlikdə İsmayıllı rayonunda yaşayan xalam Əsmərgilə qonaq getdik.

Saat 15.30-da mobil telefonumda vatsap mesajlaşma proqramına daxil olduqda Sadiqin statusa sevgi münasibətlərini əks etdirən video yerləşdirdiyini, həmin videonun şərh hissəsində isə qonşumuz Lalənin adının baş hərfi olan "L" hərfi yazdığını gördüm.

Sadiqə mesaj yazdım və kənar şəxslərin də Lalənin adını görəcəyini, bunun yaxşı olmadığını bildirdim, həmin statusu silməyi məsləhət gördüm.

Sadiq cavab olaraq "silmirəm" sözünü yazdıqdan sonra aramızda mübahisə yarandı. Sadiq ünvanıma təhqiredici mesajlar yazdı".

"Qəbirstanlığa gəlməyimi tələb etdi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, məsələni aydınlaşdırmaq üçün özündə kontur olmadığına görə xalası oğlu Valehin mobil telefonu ilə Sadiqə zəng edib:

"Bir-birimizə qarşı nalayiq ifadələr işlətdik. Sadiq məndən yerimi soruşdu. Ona İsmayıllı rayonunda olduğumu bildirdim. Məndən kənd qəbirstanlığına gəlməyimi tələb etdi. Saat 19.30-da Valehlə birlikdə dayım Vasifin avtomobili ilə Ağsuya gəldim.

Ağsuda Meleratorlar qəsəbəsində "Artezian" adlanan yerin yaxınlığında avtomobildən düşdüm. Valehin dostu Daşqının artezian deyilən yerin yanında olduğunu gördü. O da avtomobildən düşdü".

"Dedim, "Artezian"da danışaq"

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Valehlə birlikdə Daşqının yanına gediblər:

"Daşqınla söhbət əsnasında Vüqar və digər tanışlarını gözlədiyini, birlikdə "Şərq" kafesinə gedəcəklərini dedi. Valehin mobil telefonu ilə Sadiqə zəng vurdum, harada olmasını soruşdum. Kənd qəbristanlığının yaxınlığında olduğunu bildirdi. Ona "Artezian" adlanan yerə gəlməsini bildirdim.

Bir neçə dəqiqə sonra Sadiq gəldi. Valeh və Daşqınla salamlaşdıqdan sonra qolumdan tutdu, söhbət etmək üçün qəbiristanlığa getməyi təklif etdi.

Ona qəbiristanlığa getməyəcəyimi, "Artezian" adlanan yerdə söhbət edə biləcəyimi bildirdim. Sadiq təkidlə qəbristanlığda söhbət etməyi tələb etdi".

"Bir-birimizə nalayiq ifadələr işlətdik"

Arazın sözlərinə görə, Vüsal, Murad və Asif də onların yanına gəlib: "Asif mənə Sadiqlə dalaşmamağı, yalnız söhbət etməyi məsləhət gördü. Sadiq qolumdan tutaraq yenidən təkidlə qəbiristanlığa getməyi tələb etdi. Mən də onunla birlikdə qəbirstanlıq tərəfə getdim. Digər şəxslər bizdən təxminən 100 metr arxada yavaş-yavaş arxamızca gəldilər.

Biz kolluq yerin yaxınlığında üzbəüz dayanaraq söhbət edən zaman Sadiq bir qədər hündürdə dayanmışdı. Bir-birimizə qarşı yenə nalayiq ifadələr işlətdik. Sadiq əli ilə sifətimə toxundu. Ona əlini sifətimdən çəkməyi bildirdim.

Sadiq mənə var-yox söyüşü işlətdiyindən, əsəbiləşib yumruqla sifətinin sol gicgah nahiyəsinə vurdum. Sadiq qolları ilə belimdən tutanda çənəmi onun sinəsinə dirədim, belini əydim.

Daha sonra başının arxa nahiyəsinə 2 yumruq vurdum. Sadiq başımı qolları arasına aldı. Belindən tutaraq onu qaldırmağa cəhd etdim. Lakin ağır olduğundan gücüm çatmadı".

"Suyu üzünə çiləsələr də, ayılmadı"

Araz bildirib ki, Sadiqin qolları bir qədər boşaldığı üçün ayağının qatlanan yerinə arxadan təpik vurub: "Sadiq arxası üstə yerə çırpıldı, onun üzərinə yıxıldım. Əlbəyaxa olduğumuzu görən dayım oğlu və digər şəxslər qaçaraq bizə tərəf gəldilər. Ayağa qalxanda Sadiqin özündən getdiyini gördüm. Vüsal və Murad Sadiqin dilinin qatlandığını gördü və onun dilini çıxarmağa çalışdılar.

Yaxınlıqdakı evlərin birindən dəmir qabda su gətirdilər, suyu Sadiqin üzünə çiləsələr də, ayılmadı. Sadiqin ayılmadığını görəndə onu orada qoyub qaçdılar.

Sadiqi ayıltmağa çalışsam da, bacara bilmədim. Bu zaman yanımıza tanımadığım 45-50 yaşlarında bir kişi və 35-40 yaşlarında bir qadın da gəldi. Mobil nömrə ilə "103"ə zəng etdim. Sadiqin özündən getməsini, qəbiristanlığda olması barədə məlumat verdim.

Beş dəqiqə sonra təcili yardıma bir daha zəng etdim, onu qarşılamaq üçün hadisə yerindən uzaqlaşaraq yola çıxdım. Beşmərtəbə deyilən yerin yanından təcili tibbi yardım avtomobilini qarşıladım.

Həkimlər Sadiqi ambulansa mindirdi və xəstəxanaya apardılar. Mən yaşadığım evə gəldim və üstbaşımı təmizlədim".

"Polis şöbəsinə getdik"

Araz qeyd edib ki, atası ondan nə baş verdiyini soruşub: "Olanları izah etdim və evdən qaçdım. Evdən çıxarkən mobil telefonumda Sadiqlə aramızda olan mesajlaşmaları sildim. Yaxınlıqdakı dar küçəyə getdim və gecəni küçədə qaldım. Ertəsi gün saat 06.00-da yaşadığım evə qayıtdım.

Atam məni polis şöbəsindən axtardıqlarını bildirdi. Atamla birlikdə polis şöbəsinə getdik".

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Araz 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilib. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini, aşağı həddə cəza verilməsini istəyib.

Mərhum Sadiqin babası tərəfindən də apellyasiya şikayəti verilib. Hüquqi varis təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini, hadisə yerində olan digər şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, tərəflərin şikayəti təmin olunmayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 638   Tarix: 21 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası

Qlobal texnologiya brendi HONOR Azərbaycanda premium orta seqmentdə inqilab yaradan HONOR 600 seriyasını təqdim etdi. Yeni cihazlar qabaqcıl AI imkanlarını, flaqman kamerasını və rekord həcmdə batareya ömrünü birləşdirərək istifadəçilərə yalnız ən yüksək modellərdə mövcud olan texnologiya səviyyəsin

13:51 165
.

"Xınalıq" restoranında ofisiant qəfil öldü

Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən "Xınalıq" restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfat edib

14:51 183
.

Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə BİG.AZ-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədi

16:29 109
.

Qızılbalığın nəsli kəsilir: 80 faiz azalma - Avropa ölkəsi ova qadağa qoyur

İspaniyada Atlantik qızılbalıq populyasiyası son 10 ildə (2015-2024) 80%-dən çox azalıb və bu növün vəziyyəti ölkədə qlobal göstəricilərlə müqayisədə daha ağırdır. Qaynarinfo xəbər verir ki, bu barədə İberiya İxtiologiya Cəmiyyətinin (SIBIC) məlumatında bildirilir. Təşkilat qızılbalığın İspaniyanın təhlük

07.05.2026 311
.

B12, dəmir və zülal: Ətsiz qidalanmanın görünməyən tərəfləri

"Ət yüksək keyfiyyətli zülal mənbələrindən biri hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularından 9-u əvəzolunmaz sayılır. Yəni orqanizm onları özü sintez edə bilmir və mütləq qida vasitəsilə qəbul etməlidir". Bun

14:20 174
.

Fransa: "Hörmüz boğazı açılmadan İrana qarşı olan sanksiyalar ləğv edilməyəcək"

Bu gün Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Hörmüz boğazı bağlı qaldığı müddətdə İrana qarşı sanksiyaların yumşaldılması və ya ləğvi mümkün deyil. Bizim.Media xəbər verir ki, o, Barro RTL radiosuna müsahibəsində qeyd edib ki, Hörmüz boğazı beynəlxalq ümumi əhəmiyyət daşıyan bir keçiddi

07.05.2026 279
.

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar

Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir. Xəzər TV-yə istinadən xəbər verir ki, Gülnarə Məmmədovanın sözlərinə görə, qızı Ayan Məmmədzadə artıq 7 aydır yanlış müalicənin fəsadlarını yaşayır. Onun sözlərinə görə, bu müddət ərzində qızı "Denter

10:27 231
.

2 günə kimi 40, kimi 30 min itirdi - Siyahı

Xəbər verdiyimiz kimi, son günlər instaqramda bir çox profilin izləyici sayında azalma müşahidə olunur. Axşam.az-ın məlumatına görə, bu hal təkcə xəbər səhifələrində deyil, dünya ulduzları və yerli məşhurlar arasında da yaşanıb. Bir çox tanınmış şəxs bununla bağlı paylaşım edərək, silinən izləyicilərini

12:49 293
.

Sovet izləri silinir: Ukraynada yeni qərar

Kiyev Regional Administrasiyası Çernobıl və Pripyat şəhərlərində sovet dövründən qalma küçə adlarını dəyişdirib. xəbər verir ki, bu barədə nəşri məlumat yayıb. Məlumata görə, Kiyev Regional Administrasiyası küçələrin və digər toponimlərin sovet dövrünə aid adlarının dəyişdirilməsi ilə bağlı sərənca

11:01 172
.

TOP MP3