BMA-nın Məktəb-studiyasının məzunu Rusiyada Novruz bayramı tədbirində çıxış etdi - FOTO
Martın 17-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Mədəniyyət üzrə Qırmızı Mühafizə Mərkəzində Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin nümayəndələri və "Simurq" Azərbaycan gəncləri Birliyi tərəfindən Milli Mədəniyyət Diasporaları və onların həmvətənləri üçün Novruz bayramı münasibəti ilə konsert təşkil olunub.
BiG.AZ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının və Rusiya Federasiyasının milli himnlərinin səslənməsi ilə başlayıb.
Bayram konsertində rus, özbək, tacik, türkmən, Azərbaycan, Dağıstan xalqlarının nümayəndələri iştirak ediblər.
Mərkəzin direktoru Eldar Əlizadə, sədr Nicat Bayramlı, Gənclər sədri Fuad Məmmədov qonaqlara müraciət edərək hamını salamlayıblar.
Xüsusi qonaqlar sırasında Azərbaycan Respublikasının Humanitar məsələləri üzrə konsulu Rəhimzadə Rəhim, ümummilli münasibətlər üzrə baş mütəxəssis Açkasov Aleksey Valeryeviç, Sankt-Peterburqda insan hüquqları üzrə məsləhətçi Şarıqin Konstantin Yevgenyeviç, Sankt-Peterburq Gənclər Parlamentinin nümayəndəsi Andrey Tereşenko, Siyasi Elmlər namizədi Babək Əsədov olublar.
Rəngarəng konsert proqramına milli mahnı və rəqslər daxil olub.
Solistlər arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının məzunu, hazırda isə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət konservatoriyasının vokal ixtisası üzrə birinci kurs tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov da iştirak edib. Onun ifasında səslənən M.Maqomayevin "Azərbaycan" əsəri böyük marağa səbəb olub.
Digər ifaçılar Mədinə Abbasova, Fəridə Qasımova, İslam Səmədov, Yelizaveta Bıkova, Gözəl Avqanova və "Xarı bülbül" folklor qrupu tərəfindən təqdim olunan müxtəlif milli mahnı və rəqslər gecəni daha da zənginləşdirib.
Tədbirin sonunda milli yeməklər təqdim olunub.
Qeyd edək ki, ən gənc qonaqlar üçün Novruzun əsas personajları – Kosa, Keçəl və Bahar qız ilə xüsusi oyun proqramı təşkil olunub.



Aytən İbrahimova
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"
Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir
17.09.2021 1704 Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı
Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl
16.09.2021 2059 "O səs Türkiyə"nin münsifləri açıqlandı
Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq
15.09.2021 2403 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 Toydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR
Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:
16.09.2021 4042 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870