"Ağ gəlinlik qızların faciəsinin başlanğıcı olur"

"Ağ gəlinlik qızların faciəsinin başlanğıcı olur""Övlad bizim şəxsi əşyamız və ya mülkümüz deyil. Valideyn statusu bizi övlada təhsil vermək, sağlam və xoşbəxt böyüməsinə şərait yaratmaq, onu heç kimdən asılı etməyəcək həyat səviyyəsinə yaxınlaşdırmaq kimi öhdəliklərə məsul edir. Bütün bunları edərkən valideyn heç bir şəkildə təmənna güdmür və güdməməlidir".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva instaqram hesabında yazıb. O, qızların erkən yaşda ailə qurmasını pisləyib:

"Sənin üçün gecələr yatmadım", "Sənin üçün "n" qədər pul xərclədim", "Sənə görə özümü ikinci plana keçirtdim" kimi fikirlərə köklənib "Öl desəm öləcəksən, qal desəm qalacaqsan" xülyasına düşməyək. Onların seçim etmək hüququ var. Biz onları istiqamətləndirmək üçün varıq. Onların nə uşaqlığını, nə gəncliyini əlindən ala bilərik. Qızları yetkinlik yaşına çatmamış ərə verib, onları təhsildən, özünüdərkdən, özünütəsdiqdən məhrum etməyin. Onların hələ formalaşmamış orqanizmini faciəvi sonluğa düçar etməyin. 14-15 yaşında qız uşaqdır. O, təhsil almalıdır, inkişaf etməlidir, özünü tapmalıdır".

Leyla bildirib ki, ağ gəlinlik indi erkən yaşda ailə quran qızların faciəsi olub:

"Erkən ərə verilən qız, ağ paltarı geyinir. Amma o onun faciəsinin başlanğıcı olur. Geyindiyi son geyim olur. Ağ gəlin paltarı kimi görünür, amma qaranlığa aparılan geyimə çevrilir. 13, 14, 15 hətta 16 yaş da erkəndir. Bu yaşda uşaq böyüməli, inkişaf keçməlidir, biz isə onu ailə qurmağa məcbur edirik".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1057   Tarix: 22 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

TOP MP3