Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO

Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə məlumat daxil olur.

Dərhal hadisə yerinə çıxan polis əməkdaşları orada 1992-ci il təvəllüdlü Elşad Əsədovun meyitini aşkar edirlər. Araşdırma zamanı, onun qisas niyyəti ilə qətlə yetirilməsi məlum olur.

Belə ki, hadisədən 3 gün əvvəl qarşılıqlı razılaşma əsasında Elşad Əsədov, yaxın qohumunun arvadı Aynur Əsədovanı qaçırıb. Hadisə yerinə toplaşan kənd sakinləri bildiriblər ki, Elşad Əsədova öz əmisi gəlinini qaçırdığı üçün öldürülüb. Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elə həmin gün cinayəti törətməkdə şübhəli bilinən Sadıq Dadaşov, Şahmar Əsədov, Pərviz Əsədov, oktyabrın 25-də Mətləb Muradov və Zabit Yolçuyev, noyabrın 1-də isə Nazim Mikayılov tutularaq istintaqa cəlb ediliblər.

BAKU.WS xəbər verir ki, lent.az məlum cinayət işinin istintaq materiallarını əldə edib.

Mərhumun atası istintaqa bildirib ki, 25 yaşlı Elşad qonşuluqda yaşayan Aynuru, qızın öz təkidi ilə qaçırıb: "Bir-birini sevirdilər. Onların ulu babaları əmioğlu olublar. Oğlumun öldürüldüyünü səhər bildim. Oğlum evli olmayıb. Bununla bağlı deyilənlər yalandır. O, subay olub. Dəfnində kənd sakinlərindən heç kim iştirak etməyib".

İstintaqla müəyyən edilib ki, Aynur Əsədova 2009-cu ildən rəsmi nikahda olmasına baxmayaraq, əri Şahmar Əsədovun qohumu Elşad Əsədovla aralarında yaranmış sevgi münasibətlərinə görə, qarşılıqlı razılaşma əsasında, gələcəkdə ailə qurmaq məqsədilə heç kimə məlumat vermədən 2018-ci il oktyabrın 19-da evdən çıxıb, gediblər.

Qızının qaçmasını eşidən Sadıq Dadaşov qohum və tanışlarının köməkliyi ilə gizlənə biləcəklərini ehtimal etdiyi ünvanlarda onları axtarmağa başlayıb. Bakı şəhərinə getmiş kürəkəni Şahmar Əsədovun qohumları Elman Muradov, Qabil Mikayılov, Mətləb Muradov, Pərviz Muradov, Şahid Əsədov və David Mikayılovdan ayın 21-də Aynurla Elşadın paytaxtda, müvəqqəti məskunlaşdıqları ünvanı müəyyən etmələri barədə məlumat alıb və onları kəndə gətirmələrini tapşırıb. Həmin şəxslər heç bir qanunsuz hərəkətə məruz qalmayacaqlarını bildirərək Elşad Əsədovu və Aynur Əsədovanı Quba şəhərinə gətiriblər.

Qabil Mikayılov Aynur Əsədovanı öz evinə aparıb. Elman Muradovla Şahid Əsədov isə oktyabrın 22-si gecə saat 1 radələrində Elşad Əsədovu Quba şəhərindən Tülər kəndinə gətiriblər. Bundan sonra Şahmar Əsədov, qardaşı Pərviz Əsədov, qohumu Nazim Mikayılov kəndin mərkəzində, "Pir" adlanan ərazidə avtomobilin qarşısını kəsiblər. Elşad Əsədovun kəndə gətirilməsini biləndən sonra Sadıq Dadaşov qeyd olunan yerə gedib. Elşad Əsədovun hərəkətlərini namusunu ləkələməsi kimi qəbul edərək, şalvarının arxa cibindən açılıb-qatlanan məişət təyinatlı bıçağı çıxarıb və onun döş qəfəsinə 2 dəfə zərbə vurub.

Sonra qisas almaq niyyəti ilə Şahmar Əsədov və qeyriləri, ölümünü tezləşdirməkdən ötrü, rəhm göstərmədən, əlləri və ayaqları Elşad Əsədovun başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı, güclü zərbələr vurublar. Bu hərəkətləri ilə, təqsirləndirilən şəxslər qrup halında zərərçəkmişi qəsdən həyatdan məhrum ediblər.

İş üzrə dindirilmiş Şahmar Əsədov bildirib ki, Aynur Əsədova ilə 2009-cu ildə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib. 2018-ci il oktyabrın 19-da axşam arvadı uşaqlarını qayınatasıgildə qoyub, evdən çıxıb və geri qayıtmayıb. Aynurun və evdə olan qızılların yoxa çıxdığını görüb, bu barədə polisə məlumat verib. Kənd sakinləri ilə birlikdə qadını axtarsalar da, tapa bilməyib.

Ayın 21-də Elşad Əsədovun guya, Bakıda, Cəzaçəkmə Müəssisəsində cəza çəkən Ceyhun adlı əmisi oğlunun yanına getməsini eşidəndə, ondan şübhələnib. Bibisinin əri Elmana zəng vurub, Elşadın kənddən çıxıb Qubaya getməsini və onu izləməsini tapşırıb. Elşad Quba avtovağzalından taksi ilə Bakıya yollandıqda, Elman, dayıları Qabil və David, dostu Mətləb başqa avtomobilə əyləşərək, onun arxasınca gediblər.

Həmin gün saat 16 radələrində tanımadığı mobil nömrədən zəng edən Aynur, xarici ölkə vətəndaşı ilə qaçdığını, xoşbəxt olduğunu, onu axtarmamalarını, qızılları Quba şəhərində satdığını və pulları ona göndərəcəyini deyib. Yaxşı etməsini, amma qızı Yağmuru niyə qoyub, qaçdığını söylədikdə, Aynur telefonu söndürüb.

O, dərhal Quba Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Ramin Qasımova zəng vurub və 1-2 saatdan sonra onunla görüşəndə, arvadının zəng etdiyi nömrəni ona göstərib. Əməliyyatçı yoxlayaraq, həmin nömrənin Bakıda, "Qara Qarayev" metrosu yaxınlığında olan taksofona məxsus olmasını müəyyən edib. Ramin Qasımova qohumlarının Elşadın arxasınca Bakıya getmələrini deməyib. Əmisi oğlu Şahid və yeznəsi Pərviz də paytaxta gediblər.

Dayısı Qabil Mikayılov ona məlumat verib ki, hər birini tanıdığından, onlar Qubadan Bakıya gəldikləri Vüsal adlı taksi sürücüsündən Elşadın hara getməsini izləməsini xahiş ediblər. Taksi sürücüsü 5-10 dəqiqədən bir onlara zəng edib. Növbəti dəfə əlaqə saxlayanda, Elşadın metroya mindiyini, stansiyaların birindən qadın ayaqqabısı aldığını xəbər verib. Elşadın qadın ayaqqabısı alması onlarda şübhəni daha da artırıb.

Taksi sürücüsü Elşadı axıra kimi izləyib, zəng edib, onun Bakıxanov qəsəbəsində, doğum evinin qarşısında yerləşən 5 mərtəbəli yataqxanaya girdiyini deyib. Buna görə həmin binanın qarşısına gəliblər. Şahid, Pərviz, Mətləb, Elman, Qabil və David 2-ci mərtəbəyə qalxıb, Elşadın girdiyi mənzilin qapısını döyüblər. Elşad qapını açan kimi içəri daxil olublar. Dayılarından biri ona zəng edərək, Elşadla Aynuru tapdıqlarını, onların bir yerdə olduqlarını xəbər verəndə, o hər ikisini kəndə gətirməsini tapşırıb.

Qabil Mikayılov Aynura camaatın narahat olduğunu, ona görə də mütləq rayona getməli olduğunu deyəndə o, öldürüləcəyindən qorxduğundan, əvvəl getmək istəməyib. Amma Qabil söz verəndə ki, heç kim ona əl vurmayacaq, razılaşıb. Qubadan Bakıya gətirdiyinə, həm də izləyərək onlara Elşadın tapılmasında köməklik etdiyinə görə dayısı taksi sürücüsünə 100 manat pul verib. Bakıxanov qəsəbəsindən "Şamaxinka" adlanan əraziyə gəliblər və ayrı-ayrı avtomobillərlə Qubaya qayıdıblar.

Aynur yolda Elşadı sevdiyini, öz istəyi ilə onunla Bakıya gəldiyini söyləyib. Quba şəhərinə çatandan sonra dayısı Aynuru Heydər Əliyev prospektində yerləşən evinə aparıb. Saat 22 radələrində Sadıq Dadaşov zəng edib, harada olmasını soruşub. Evdə olduğunu söyləyəndə qayınatası ona qeyrətsiz olmasını, Elşadın kəndə gətirilməsini və evdən çölə çıxmasını bildirib. Atası Nəbi, qardaşı Pərviz, əmisi Rövşən, dayısı Nazim və daha 6 nəfərlə birlikdə 4 avtomobillə kəndin mərkəzinə yollanıblar.

100 nəfərə yaxın kənd sakininin pirin qarşısına, etdiyi namussuz hərəkətə görə Elşadı döymək üçün yığışdıqlarını görüblər. 5 dəqiqə sonra boz rəngli "Mercedes", arxasınca həmkəndlisi Zabitin sürdüyü "VAZ 21015" və Mətləbin sürdüyü "VAZ 2107" markalı avtomobillə pirin qarşısından keçəndə, kənd sakinlərindən kimsə Elşadın "Mercedes"də olduğunu deyib. Elman camaata yolu açmalarını, Elşadı aparıb atasına təhvil vermək istədiyini bildirib. Amma sakinlər avtomobili mühasirəyə alıblar.

Qayınatası Sadıq maşının sol arxa qapısını açaraq, yumruqla Elşadı vurub. Düşüb qaçmaq istəyəndə, kənd sakinləri Elşadı tutub, döyməyə başlayıblar. Özü də onun başına, üzünə və bədəninin digər nahiyələrinə təpiklə çoxlu sayda zərbələr vurub.

Onu nalayiq ifadələrlə təhqir ediblər. Qayınatası və qardaşı da ona zərbələr endiriblər. Bıçağın kimdə olmasını görməyib. Elşadı vurmaqda məqsədi ondan qisas almaq olub, öldürmək istəsə də, təpik zərbələrindən onun öləcəyini düşünməyib. Elşad müqavimət göstərməyib, əli ilə başını tutaraq, yalnız zərbələrdən özünü qorumağa çalışıb.

Kənd sakinləri 10-15 dəqiqə ərzində onu təpikləyəndən sonra, xırıldadığını görüb, öldüyünü fikirləşiblər və kənara çəkiliblər. Zabit Yolçiyev hadisədən sonra uca səslə orda olan kütləyə müraciət edərək, bu məsələnin tək qayınatası Sadıqa deyil, bütün kənd sakinlərinə aid olduğunu deyib.

Şahmar Əsədov qeyd edib ki, arvadını qaçırmaqla, namusuna toxunduğu üçün, Elşad Əsədovun ölməsinə peşman deyil. Düşünür ki, o cür əqidədə olan adamın yaşamağa haqqı yoxdur.

İş üzrə dindirilmiş qızın atası Sadıq Dadaşov qeyd edib ki, hadisədən yarım il əvvəl qızı ilə əri arasında narazılıq yaranıb. Özünü pis hiss edən Aynur ağrıkəsici dərmanlar qəbul edib və zəhərləndiyinə görə xəstəxanaya yerləşdirilib. Bundan sonra qızını öz evinə gətirib və Şahmar Əsədovla boşanmasını istəyib. Dəfələrlə qudası gəlib, Aynuru evə aparmaq istəsə də, razılıq verməyib. Təxminən 20 gündən sonra qızı uşaqları üçün darıxdığını deyib, öz evinə qayıdıb.
2018-ci il oktyabrın 19-da Mürvətə zəng edib, harada olduğunu soruşduqda, kiçik oğlu Şahmargildə olduğunu və bacısının yoxa çıxdığını deyib. "102" xidmətinə zəng edib, məlumat verdikdən yarım saat sonra polis şöbəsinin əməkdaşları kəndə gəliblər. Kənd sakinləri ilə birlikdə səhərə qədər Aynuru axtarsalar da, tapa bilməyiblər. Bu xəbəri bilən kürəkənin dayısı Qabil Mikayılov oktyabrın

20-də yaşadığı Rusiyanın Nijni Tagil şəhərindən təyyarə ilə Bakıya, oradan da Qubaya gəlib. Aynurun yoxa çıxmasında Elşad Əsədovdan şübhələndikləri üçün, onu izləməyi qərarlaşdırıblar. Bundan sonra Şahmarın dayıları Elşadın Bakıda olduğu yeri müəyyən ediblər.

Saat 19 radələrində Qabil zəng vurub Aynurla Elşadı tapdığını xəbər verəndə, ona orada gözləməsini, gəlib, ikisini də öldürəcəyini və basdıracağını bildirib.

Amma Qabil etiraz edərək, hər ikisini rayona gətirəcəyini söyləyib. 3 saatdan sonra Qabil, David, Elman və İntiqam onun yanına gəliblər. Qızının harada olduğunu soruşduqda, Qabil Aynuru polis şöbəsinə təhvil verdiklərini deyib. Atası qızını öldürməyə imkan vermədiklərinə görə Qabilgilə kəskin narazılığını bildirib.

Elşadı cəzalandırmaq üçün öz maşını ilə kəndə gedib. Yolda olarkən əməliyyat müvəkkili Ramil Qasımov zəng vurub, kəndin mərkəzində xeyli adam yığışdığını, xoşagəlməz hadisə baş verə biləcəyini və ona görə də onu gözləməsini söyləyib. Təxminən 10 dəqiqədən sonra görüşüblər. Ramil iki nəfər yoldaşı ilə qabaqda, o isə arxada kənddə yollanıblar. Bir qədər yol getdikdən sonra polis əməkdaşı maşını döndərib, geri qayıdıb.

Səbəbini soruşduqda, Ramil şöbədən zəng vurub onu geri çağırdıqlarını deyib. Kəndin mərkəzinə çatanda, təxminən 100-ə yaxın insanın toplaşdığını görüb. Maşını saxlayıb Elşadı soruşanda, sakinlər sonuncunun "Mercedes" markalı avtomobildə olduğunu və düşmək istəmədiyini bildiriblər. Qapını açıb arxa oturacaqda əyləşən Elşada:

"bu nə alçaqlıqdır elədin?" deyərək, maşından düşməyini tələb etdikdə, o, saymazyana şəkildə: "yaxşı eləmişəm. Mən bu barədə Şahmara demişdim" deyə cavab qaytarıb. Elşadın onu qeyrətsiz hesab etdiyini və nalayiq ifadələrlə danışdığını eşidib, özündən çıxıb. Özünə tərəf dartıb, sol əli ilə üzünə 2 dəfə zərbə vurub. Avtomobildən düşmək istəmədiyini görüb, şalvarının arxa sol cibindən açılıb-qatlanan bıçağı çıxardıb.

Sağ əli ilə saçından tutub, sol əlindəki bıçaqla boğazına zərbə vurmaq istəyəndə, Elşad müqavimət göstərib. Buna görə bıçaq onun qulağını və üzünü cızıb. Elman Muradov onu arxadan tutub dartdığı üçün, yerə yıxılıb və bıçaq əlindən yerə düşüb.

Bundan sonra Elşadı maşından düşürdüblər və orda olan şəxslər təpikləməyə başlayıblar. Hava qaranlıq olduğundan Elşada kimlərin zərbələr vurduğunu görməyib.

Pərviz Əsədovun kiməsə: "vur bıçağı ürəyindən" deməsini eşidib. 5-10 dəqiqə Elşada zərbələr vurandan sonra onun, tam hərəkətsiz vəziyyətdə qaldığını görüblər. Yoldan maşınlar hərəkət etdiyinə görə meyitini bir az kənara çəkiblər. Yerə düşən bıçağı tapıb, maşınının baqaj hissəsinə qoyub. Bir müddətdən sonra hadisə yerinə polis əməkdaşları gəliblər.

Sadıq Dadaşov əlavə edib ki, maşının salonunda bıçaqla Elşadın ürək nahiyəsinə zərbə vurmayıb. Onun ölümünə səbəb olmuş xəsarətlərin kim və ya kimlər tərəfindən yetirildiyini bilmir. Maşından düşürüləndən sonra Elşadın döyülməsində iştirak etməyib. Baş verənlərə görə təəssüflənir və əməlindən peşmandır.

Zərərçəkmiş şəxsin hüquqi varisi Yaqut Əsədov ifadəsində göstərib ki, Elşad Əsədov onun oğlu, Aynur Əsədova isə əmisi nəvəsi Nəbi Əsədovun gəlini olub. Oktyabrın 19-u saat 20 radələrində Elşad evdən çıxarkən kənddə bir nəfərlə görüşəcəyini deyib. Növbəti gün arvadı Aygün gəlib, Şahmarın arvadının axşam yoxa çıxmasını eşitdiyini deyəndə, onlar Elşadın Aynurla birlikdə qaçmasından şübhələniblər. Aygün Elşada zəng edib, harada olduğunu soruşduqda, o şəhərdə, "Asan Xidmət"in yanında olduğunu deyib.

Anası ona Aynurun bir gün əvvəl gecə yoxa çıxdığının bildirəndə, Elşad təəccüblənib. Ayın 20-də evə qayıdan oğlu ötən gün Gültəpə kəndində olmasını və sabah Bakıya gedəcəyini deyib. Bunu eşidən anası həbsdə olan qardaşı oğlu Ceyhuna sovqat aparıb, verməsini xahiş edib.

Oktyabrın 21-də Elşad evdən çıxıb və bir daha qayıtmayıb. Həmin axşam bacısı Rəfiqə ona oğlunun Aynuru qaçırdığını və arxalarınca Bakıya 6 nəfərin getdiyini barədə məlumat verib. Gecə sakinlərin kəndin mərkəzinə yığışıb, Elşadı gözlədiklərini bilib.

Bir müddətdən sonra "Pir" adlanan ərazidən səs-küy səsləri eşidib, dözməyib və həmin istiqamətdə gedib. Amma yolun yarısında qabağına çıxan bacısının əri onu qaytararaq, ora getməyin mənasının olmadığını deyib.

Şahid Aynur Əsədova bildirib ki, 16 yaşında Şahmar Əsədovla ailə həyatı qurub, babası onu məcburi ərə verib. Şahmarı heç vaxt sevməyib. Əri onunla çox kobud davranıb, bu səbəbdən də atası onların boşanmasını istəyib. Şahmarın qohumu Elşad Əsədov Ukraynada yaşayıb, təhsil alıb. İlk dəfə onu 2014-cü ilin yayında kənddə görüb və ondan xoşu gəlib. Evli olduğundan bunu heç kimə deyə bilməyib. Hadisədən 1 ay əvvəl Elşada qarşı olan hisslərini bildirmək qərarına gəlib, bu məqsədlə onu sevməsi barədə məktub yazıb. Axşam Elşad həyətlərinə gəlsə də, utandığı üçün çıxıb, onunla görüşməyib. Amma növbəti gün həyətdəki bağın aşağısında görüşüb, söhbət ediblər. Bundan sonra həftədə 3 dəfə görüşüblər, lakin aralarında hər hansı yaxınlıq olmayıb. 2018-ci il oktyabrın 15-də Elşad ondan borca bir həftəyə qaytarmaq şərti ilə 500 manat pul istəyib. Pulu olmadığını deyərək, əvəzinə ona 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, qızıl qolbaq və 4 ədəd qızıl üzük verib. Səhəri gün Elşad qızılları Quba şəhərində 2400 manata satdığını deyib. Ayın 18-də Elşada zəng edib, Şahmarın qızılların evdə olmadığını biləcəyini və problem yaranacağını deyib. Oktyabrın 19-da telefonla danışanda evdən getmək barədə fikrinin ciddi olduğunu bildirib. Saat 19:30-da Elşad ona zəng edərək, kəndin aşağı yolunda taksidə onu gözlədiyini bildirib. Uşaqları qayınanasına verərək, saçını yuyub 15-20 dəqiqəyə qayıdacağını söyləyib və Elşadın dediyi yerə gedib. Qubada "Köhnə avtovağzal"da başqa taksiyə minib, Bakıya gəliblər. Oktyabrın 21-də axşam Bakıxanov qəsəbəsində qaldıqları evə yoldaşının dayıları və digər qohumları gələrək, onları rayona qayıtmağa məcbur ediblər. Həmin gecə onu Quba Rayon Polis Şöbəsinə aparıblar, Elşadı isə Tülər kəndində öldürüblər.

Şahid qismində dindirilmiş Quba Rayo Polis Şöbəsinin əməliyyat müvəkkili Ramin Qasımov ifadəsində göstərib ki, oktyabrın 21-də Tülər kəndinə çatanda, mərkəzdə təxminən 50-60 nəfər kənd sakininin toplaşdığını və Elşad Əsədovun meyitinin yolun qırağında olduğunu görüb.

Toplaşanlardan hadisənin kim tərəfindən törədildiyini soruşanda, kənd sakini Zabit Yolçiyev qabağa çıxaraq Elşadı öldürdüyünü, kəndin namusunu təmizlədiklərini, ona görə də heç nədən qorxmamalarını deyərək, mərhumun barəsində nalayiq ifadələr işlədib. Zabitin danışığından və camaatın da onun dediklərinə əməl etməsindən, onun hər şeyi idarə etməsini hiss edib. Hadisə yeri müayinə olunduqdan sonra, orda olan 30-40 nəfər şöbəyə aparılaraq, ifadələri alınıb. Araşdırma nəticəsində Sadıq Dadaşovun Elşad Əsədovu bıçaqla, digərlərinin isə təpiklə vurmaları müəyyən edilib.

Məhkəmə iclasında Sadıq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli biliblər, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılov özlərini təqsirli bilməyiblər.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahmar Əsədov və Sadıq Dadaşov 18, Pərviz Əsədov və Mətləb Muradov 17, Zabit Yolçiyev və Nazim Mikayılov 16 il müddətinə azadlıqdan məhrum olunublar.

Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTOAzərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTOAzərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTOAzərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTOAzərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTOAzərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1915   Tarix: 22 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

TOP MP3