V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir

V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirİyunun 22-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı işə başlayıb. "Heydər Əliyev İli" çərçivəsində təşkil edilən konfrans "Bir əsrin iqtisadi nəticələri" mövzusuna həsr olunub və iyunun 25-dək davam edəcək.
Tədbir iştirakçıları öncə Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri qoyublar, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə yerli və xarici tədqiqatçıların birgə hazırladıqları "Bir əsrin iqtisadi portreti" adlı kitab sərgisi ilə tanış olublar. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının formalaşması və beynəlxalq iqtisadi əlaqələrin inkişafındakı rolundan bəhs edən kitabın elektron versiyasının beynəlxalq elmi platformalarda indekslənməsi və dünya universitetlərinin kitabxana bazalarında yerləşdirilməsi nəzərdə tutulur.

UNEC tərəfindən nəşr olunan "Türk dövlətləri işbirliyi: Mövcud vəziyyət, potensial imkanlar və gələcəyə istiqamətlənmiş perspektivlər", "Exploring The Green Economy: Issues, Challenges and Benefits" və "Strateji idarəetmə" kitabları da konfransda nümayiş olunub. Konfrans çərçivəsində, Azərbaycanın milli-mədəni irsini əks etdirən sənət əsərlərinin nümayiş edildiyi "Əsrin 100 çaları" adlı rəsm sərgisinin açılışı olub. Həmçinin şəhid övladlarının əl işlərindən ibarət rəsm əsərləri sərgilənib.

Konfransın açılışında Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, UNEC-in rektoru, professor Ədalət Muradov, TÜRKSOY-un baş katibi Sultan Raev, ölkənin və xarici dövlətlərin elm, təhsil, iqtisadiyyat sahələri üzrə rəhbər şəxsləri, alim və tədqiqatçıları iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən rektor Ədalət Muradov bildirib ki, beynəlxalq elmi platformaların daimi üzvü olan və bu il beşincisi keçirilən beynəlxalq konfrans özünəməxsus nailiyyətləri ilə elmi ənənəyə çevrilib. Rektor konfransda Böyük Britaniya, İsveçrə, Avstriya, Macarıstan, Türkiyə, İsrail, Ukrayna, Rumıniya, Özbəkistan, Qırğızıstan və Qazaxıstan kimi ölkələrin nüfuzlu 13 universitetinin tərəfdaş qismində iştirak etdiyini deyib: "Konfransda 19 yerli, 94 xarici ali təhsil müəssisəsi və tədqiqat mərkəzi təmsil olunur. 44 ölkədən 678 elmi tədqiqat işi konfransa qəbul olunub və 539 tədqiqatçı (166 xarici, 373 yerli) 80-dən çox mövzu üzrə tədqiqat nəticələrini təqdim edəcəklər. Tədqiqatlar əsasən yaşıl iqtisadiyyat, rəqəmsal iqtisadiyyat, süni intellekt, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı, Heydər Əliyev və ölkə iqtisadiyyatı və digər mövzuları əhatə edir. Elm komitəsi tərəfindən seçilmiş 100-ə yaxın tədqiqat işi platformalarda indekslənən beynəlxalq elmi jurnallarda nəşr olunacaq".

Ədalət Muradov konfrans çərçivəsində həyata keçirilən tədbirlərin və nəşr olunan materialların UNEC ilə beynəlxalq iqtisadiyyat və idarəetmə sahəsində çalışan tədqiqatçıların ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə, eləcə də Azərbaycanın elm və təhsilinə töhfəsi olduğunu diqqətə çatdırıb.

Elm və təhsil naziri Emin Əmrullayev UNEC-in ənənəvi olaraq hər il keçirdiyi beynəlxalq konfransın təhsilin keyfiyyətinə, eləcə də beynəlxalq reytinqlərə müsbət təsir göstərəcəyini bildirib. Universitetlərin reytinqlərinə təsir edən əsas amilin elmi araşdırmalar olduğunu deyən nazir tədqiqatların diferensial maliyyələşməsi məsələsinə də toxunub. E.Əmrullayev ali təhsilin əlçatanlığı və keyfiyyətinin təmin edilməsi istiqamətində görülən işlərdən də danışıb. Akkreditasiya prosesinin təkmilləşdirilməsinin bu sahədə atılan vacib addımlardan biri olduğunu deyib: "Artıq 5 ali təhsil müəssisəsi akkreditasiyadan keçib. UNEC-də bu siyahıdadır. Proqram akkreditasiyasından keçməyən ali təhsil müəssisələrinə qəbulun dayandırılmasının şahidi olacağıq".

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev konfrans iştirakçılarını salamlayaraq, ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Ümummilli lider Heydər Əliyevin elm və təhsilə yüksək diqqət və qayğısından bəhs edən nazir müavini dahi şəxsiyyətin milli kadr hazırlığı, insan kapitalının formalaşması istiqamətində həyata keçirdiyi mütərəqqi islahatlardan danışıb. E.Əliyev ulu öndərin müəyyən etdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

TÜRKSOY-un baş katibi Sultan Raev çıxış edərək, Heydər Əliyevin Türk dünyasının birliyi istiqamətində gördüyü işlərdən danışaraq, konfransın işinə uğurlar arzulayıb.

Sonra Fransanın Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri olmuş Jan Perenin və ABŞ-ın Klivlend klinikasının həkimi Şapur Ənsarinin ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdükləri videoçıxışları nümayiş olunub.

Çıxışlardan sonra rəsm əsərləri nümayiş olunan şəhid övladlarına Fəxri fərmanlar təqdim edilib.

Konfransda iştirak edən yerli və xarici qonaqlara dibçəklərdə 1000 ədəd şam ağacı hədiyyə olunub. Aksiyanın məqsədi konfrans çərçivəsində ölkəmizin bütün guşələrində ağac əkmək və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

Konfrans "Türk Dünyasında Çağırışlar" adlı paneldə rektor Ədalət Muradov və müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə Türk Dünyasının tarixi, iqtisadiyyatı və sosial həyatından bəhs edən maraqlı çıxış və müzakirələrlə davam edib.

Konfransın ikinci günündə "Yaşıl Gün" təşkil olunacaq. Bu çərçivədə "Təmiz və Alternativ Enerji: Dayanıqlı İnkişafın Əsas Sütunu Kimi" və "İqtisadiyyatın Yaşıllaşdırılması: Yaşıl və Dairəvi İqtisadiyyat Vasitəsilə İnklüziv Artıma Nail Olmaq" başlıqlı panel müzakirələr olacaq. Həmçinin yerli və xarici spikerlərin iştirakı ilə dünyanın ən aktual mövzularına həsr olunan 14 vorkşop keçiriləcək. İyunun 25-dək davam edəcək konfrans öz işini onlayn formatda müzakirələrlə davam etdirəcək.

V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 665   Tarix: 23 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

YALNIZ İRAN DEYİL, DÜNYA QORXU İÇİNDƏ

Benyamin Netanyahu hakimiyyətini qoruyub saxlamaq üçün müharibəni davam etmək istəyir və İrana nüvə zərbəsi endirilməsi məqsədilə Donald Trampa təzyiq göstərir. Bunu Türkiyə mediasına istinadən bildirib. ABŞ-nin İrana nüvə zərbəsi endirə biləcəyi iddiası dünya gündəmini silkələyib. ABŞ-də aralıq seçkilə

11:52 0
.

Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi

Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla

02.11.2026 413
.

Azərbaycanın gözü - Şuşa

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində

02.11.2026 303
.

Misir səhranı yaşıllaşdırmaq üçün "yeni Nil" inşa edir - Amma ciddi maneə var

Misir səhralıq əraziləri kənd təsərrüfatı torpaqlarına çevirmək məqsədilə dünyanın ən böyük suvarma layihələrindən birini həyata keçirir. "Yeni Delta" adlanan layihə çərçivəsində təxminən 924 min hektar ərazinin əkin sahəsinə çevrilməsi planlaşdırılır. Lakin mühəndislik problemləri və torpaqları

02.11.2026 331
.

Hakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb

Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd

11:25 98
.

Uşağınıza "yox" deməyi öyrədin - Vacib tövsiyələr

Bir çox uşaq dostlarının və ya sinif yoldaşlarının istəklərinə qarşı çıxmaqda çətinlik çəkir. Onlar istəmədikləri halda belə, başqalarını incitməmək üçün razılaşmağa üstünlük verirlər. -ın xarici mediaya istinadən xəbərinə görə, psixoloqlar bildirirlər ki, uşağın günahkarlıq hissi keçirmədən "yox"

02.11.2026 360
.

Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi

Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Bu barədə -a məlumat daxil olub. Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikas

02.11.2026 372
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs

02.11.2026 263
.

Ailə dəyərləri, uşaqların təhlükəsizliyi və LGBT mövzusu: Cəmiyyəti düşündürən suallar

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda fərqli yanaşmaların ortaya çıxdığı mövzulardandır. Bu barədə danışarkən insanları təhqir etmək və ya qarşı tərəfi damğalamaq əvəzinə, məsələnin mahiyyətini araşdırmaq, hüquqi çərçivən

11:55 0
.