Rəqsanə Təranənin qızının anasından imtina etməsindən DANIŞDI - VİDEO
"Düşünürəm ki, Təranə Səmədova zəifliyindən bu həyatı yaşayır. İkinci dəfə həbsxanaya düşməmişdən əvvəl onunla barışmamışdım, sadəcə məndən kömək istəmişdi. Mən də qəbul etmişdim. Hətta onunla danışanda ağlamışdım. Təranənin qızları altı aydan çoxdur ki, yanımda idilər. Təranə haradasa altı aydan çoxdur ki, həbsdədir. Adeli iki-üç həftə olar ki, uşaq evinə yerləşdiriblər. Çünki onun yaşı az olduğu üçün Azərbaycan qanunları icazə vermir, uşağı qanunsuz olaraq yanımda saxlayım. Əslində, böyük qızı da uşaq evinə yerləşdirilməli idi. Sadəcə uşağın öz istəyi ilə evimdə qaldı. O ağladı ki, uşaq evinə getmək istəmir".
Milli.Az bizim.media-ya istinadən bildrir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu "YouTube"da yayımlanan "Qırmızı" layihəsində deyib.
Sənətçi hazırda həbs həyatı yaşayan prodüser Təranə Səmədovaya məsləhət mesajı yollayıb:
"Buradan Təranəyə sadəcə bir söz deyəcəm, ağıllı olsa və dediklərimi eşitsə, Azərbaycan qanunlarına riayət etsə, mənimlə birgə ona köməklik etmək istəyən bir çox xanımlar var. Hamısı mənimlə danışmışdılar. Sadəcə olaraq sakit otursa, övladlarına görə, uşaqlarının bəlli yaşına qədər çöldə onların yanında qala bilər. Amma sakit otursa..."
Rəqsanə Təranənin 14 yaşlı qızı Suelin anasından imtina etməsinə belə münasibət bildirib:
"Suelin anasından imtina etməsi məsələsinə çox pis baxıram. Mən də, Aysun da o uşaqla danışırıq. Ona deyirəm ki, qızım, hər şeyi Allah görür. Üç ildən sonra 18 yaşı olacaq. 18 yaşından sonra özü hər şeyi danışacaq. Bu gün ondan istifadə edib efirlərə çıxarardım, amma etmərəm. O uşağın gələcəyi var. İstəyərəm ki, xoşbəxt olsun. Onun ailəsi olsun. Həqiqətən də nümunəvi övlad olsun. Elədir də. Çox savadlı uşaqdır, ağıllı qızdır. Bacısına baxırdı. O sanki bu yaşında daha çox böyüyüb.
Bir müddət ana-bala arasında söz-söhbətləri olub. Təranənin çətinlikləri olub. Onu vurubmu?! O məqamları bilmədiyim və Təranənin yanında olmadığım üçün uşağın sözünə baxıb, haqqında yalandan danışa bilmərəm. Uşaqdır, bəlkə evimdə rahatlıq görüb və ona görə də anasını istəmir.
Ona dəfələrlə deyirəm ki, anan səni vursa da, söysə də, o, sənin anandır, səni dünyaya gətirib, doqquz ay bətnində gəzdirib. Sən dünyaya gələnə qədər ananın övladı yox idi. Övlad üçün çox əziyyət çəkib. Ona görə də sən hər zaman anana sahib çıxmalısan".
Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq həbs olunub.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBeyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI
Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:
17.09.2021 6686 Damla plastik əməliyyatdan sonra - FOTOLAR
Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:
16.09.2021 9193 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993 Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video
Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ
17.09.2021 1059 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb
17.09.2021 7467 Serenaya görə Umutu sildi
Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is
17.09.2021 2293