Quru sərhədlərimizlə bağlı GÖZLƏNİLMƏZ QƏRAR! Cərimələr ləğv olunacaqmı?

Quru sərhədlərimizlə bağlı GÖZLƏNİLMƏZ QƏRAR! Cərimələr ləğv olunacaqmı?Deputat: "Əlaqələrimiz olan ölkələrlə sərhədlər açıla bilər, amma..."

"Çox güman ki, yaxın günlərdə Operativ Qərargah ləğv ediləcək, bununla da Azərbaycanda koronavirus mövzusu rəsmi olaraq tarixə qovuşacaq".

Natiq Cəfərli: "Yeni fonddan Azərbaycan da istifadə edəcək"

Bunu az öncə iqtisadçı-ekspert Natiq Cəfərli söyləmişdi. O, quru sərhədlərinin açıla biləcəyini də qeyd etmişdi. Sitat: "Rəsmi statistika da buna imkan verir - ölkədə cəmi 14 aktiv xəstə var. Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilməsi prosedurunu ləğv etməsi, onların ya ASAN VİZA, yaxud İrandakı konsulluğumuzdan viza alaraq ölkəyə gələ bilməsi çox doğru qərardır. Bu, quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir. Ehtimal var ki, hökumət bu həftə (19-25 iyun aralığı - red.) pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan edəcək. Eyni zamanda quru sərhədlərin açılması ilə bağlı qərarın veriləcəyi də gözlənilir. Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bugünlərdə verəcək".

Ekspert pandemiya dönəmində yazılan cərimələrin ləğvi məsələsinə də toxunmuşdu: "Bu səhifənin birdəfəlik qapadılması üçün yaxşı olardı ki, Azərbaycan hökuməti pandemiya dövründə vətəndaşlara və biznesə verilən cərimələr məsələsini də həll etsin - indiyədək cəriməsi olanların borcu ləğv edilsin, pandemiya dövründə cərimə ödəmiş vətəndaşlara isə həmin vəsait geri qaytarılsın. Bunun çox asan mexanizmləri var. Məsələn, həmin vəsait cərimə ödəmiş vətəndaşların kommunal borclarından hər ay kiçik məbləğlərlə 1 il ərzində silinə bilər".

Gözləntilər doğrulacaqmı?

Yada salaq ki, qonşu Türkiyə və Gürcüstanda artıq ödənilən cərimələrin vətəndaşlara qaytarılması, ödənməyən cərimələrin isə silinməsi haqda qərarlar verilib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, bu gün dünyada müəyyən proseslər gedir və problemlər qalmaqdadır: "Bu gün biz deyə bilmərik ki, pandemiya təhlükəsi tamamilə aradan qalxıb. Hələ də bir sıra ölkələrdə problemlər var. Amma ciddi şəkildə azalma da özünü göstərir. Düşünürəm ki, quru sərhədlərin açılması doğru qərar olmaz. Sərhədlərin bağlı qalması məsələsi, təkcə pandemiya ilə bağlı deyil, həm də təhlükəsizlik məsələsidir. Əlaqələrimiz olan ölkələrlə sərhədlər açıla bilər. Amma birdən-birə bütün ölkələrlə sərhədlərin açılması bizə başqa problemlər yarada bilər. Regionda, dünyada müharibə var, qarşıdurma gedir. Ona görə də biz bu məsələlərdə tələsməməliyik.

Cərimələrin ləğvi məsələsinə gəldikdə isə bu barədə mən fərqli düşünürəm. Hesab edirəm ki, bu, gələcəkdə vətəndaşlarda arxayınlıq yaradacaq. Belə bir nümunə yarandığı təqdirdə gələcəkdə pandemiya baş verərsə və ya hansısa xoşagəlməz hal baş verərsə, insanlarda arxayınlıq yaradacaq. Əgər kimsə səhv edibsə, kimsə yanlışa yol veribsə, günahı varsa, mütləq cəzasını almalıdır. Cərimələrin ləğvi yeni bir yanaşma formalaşdıracaq və insanların məsuliyyət hissini azaldacaq".

Qeyd edək ki, artıq Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı baş nazir Əli Əsədov dünən müvafiq qərar imzalayıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.(musavat.com)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2311   Tarix: 24 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

02.11.2026 431
.

Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi

Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla

02.11.2026 383
.

Əsgər getməmək üçün özlərinə xəsarət yetirdilər - ŞOK FAKTLAR

Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir

02.11.2026 447
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs

02.11.2026 260
.

100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır

ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"

02.11.2026 368
.

Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi

Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Bu barədə -a məlumat daxil olub. Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikas

02.11.2026 355
.

Avropa çempionu toyundan sonra öldü

Atletika üzrə Avropa çempionu və Olimpiya Oyunlarının iştirakçısı iştirakçısı Siara Macian vəfat edib. Ailəsi onun ölümünü rəsmi "Instagram" səhifəsində elan edib. -ın xarici mediaya istinadən məlumatına görə, o, noyabrın 1-də, yerli vaxtla səhər saat 6:30-da xəstəliklə mübarizə apardıqda

02.11.2026 396
.

Meteorit qırıntısının bir qramı 5 min avroya satılır - Xəzinə axtaranların hədəfi dəyişib

Xəzinə axtaranlar üçün qızıl artıq ən qiymətli tapıntı hesab edilmir. Bəzi meteorit parçalarının bir qramının 5 min avroya qədər qiymətləndirilməsi onları kolleksiyaçılar və xəzinə axtaranlar üçün xüsusi maraq obyektinə çevirib. Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın "Rynek Zdrowia"

02.11.2026 320
.

Azərbaycanın gözü - Şuşa

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində

02.11.2026 264
.