Estoniya son hadisələrlə bağlı Rusiya ilə sərhədini gücləndirib

Estoniya son hadisələrlə bağlı Rusiya ilə sərhədini gücləndiribEstoniya son hadisələrlə bağlı Rusiya ilə sərhədini gücləndirib.

"Report" xəbər verir ki, bunu ölkənin Baş naziri Kaja Kallas tviterdə yazıb.

O, Estoniya vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb: "Estoniya Rusiyadakı vəziyyətin inkişafını diqqətlə izləyir və müttəfiqləri ilə məlumat mübadiləsi aparır. Mən sizi əmin edə bilərəm ki, ölkəmiz üçün birbaşa təhlükə yoxdur".

Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 448   Tarix: 25 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Heqset dünyanı Hörmüz üçün hərəkətə keçməyə çağırıb: ABŞ-ın boğazdakı missiyası müvəqqətidir

ABŞ-ın iki ticarət gəmisi hərbi gəmilərlə birlikdə Hörmüz boğazını keçib. APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib. O, "Azadlıq Layihəsi" çərçivəsində keçirilən bu əməliyyatdan sonra ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüzlərlə gəmi, gəmiçili

05.05.2026 290
.

Mövlud Çavuşoğlunun qardaşı güllələndi

Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub. Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı Aydın Çavuşoğlu ofisində güllələnib. Onun hazırda xəstəxanada reanimasiyada olduğu bildirilir. Hüquq-mühafizə orqanlarını

11:49 124
.

ABŞ-İran savaşı yenidən başlaya bilər

Pakistanın vasitəçiliyi ilə aparılan ABŞ-İran danışıqlarının artıq heç bir işə yaramadığı üzə çıxıb. xəbər verir ki, dünəndən etibarən Hörmüz körfəzi ətrafında vəziyyət gərginləşib. Gün ərzində ABŞ boğazda İrana məxsus hərbi gəmi və qayıqların vurulması üçün icazə verib. CENTCOM açıqlayıb ki, gəmiləri

05.05.2026 309
.

Tramp: ABŞ İrana qarşı müharibəyə qayıtsa, 2-3 həftəyə məqsədlərinə çatacaq

Zənginləşdirilmiş uran məsələsi İranla razılaşmanın bir hissəsi olmalıdır. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp radio aparıcı Haq Hevitin verilişində deyib. "Biz məhv etməli olduqlarımızın çoxunu sıradan çıxarmışıq. Biz ya düzgün bir razılaşma əldə edəcəyik, ya da hərbi baxımda

05.05.2026 291
.

Arıçılıqda təhlükə böyüyür: virus yayan gənələr

"Arılarla qidalanan gənələr son dövrlərdə istifadə olunan bir sıra dərman preparatlarına qarşı davamlılıq (immunitet) qazanıb. Nəticədə müalicə zamanı onların sayını arzuolunan minimum səviyyəyə endirmək çətinləşir və sürətlə çoxalma müşahidə olunur". Bunu BİG.AZ-a açıqlamasında arıçılıq üzr

05.05.2026 261
.

İnsult riskini artıra bilən ət növləri

İnsult dünyada ən çox ölümə səbəb olan xəstəliklərdən biridir və qidalanma bu riskə birbaşa təsir göstərir. Mütəxəssislər bildirirlər ki, düzgün qida seçimi insult riskini azaltmaqda mühüm rol oynayır. bu riski artıran iki növ ət növünü təqdim edir:. 1. Emal olunmuş ət məhsulları. Bu qrupa daxildir:

05.05.2026 343
.

Onlayn və çap media üçün müsabiqə elan edildi - Yenilənib

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir. "Qafqazinfo" xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmə

05.05.2026 203
.

Bir aydır bağlı olan yoldakı 2 metrlik çuxur nə vaxt təmir olunacaq?

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Xaçmazın İstisu qəsəbəsindən keçən yoldakı çuxura avtomobil düşüb. "Qafqazinfo" xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Minik avtomobilini iki metrədək dərinliyi olan çuxurdan çıxarmaq üçün əraziyə texnika cəl

11:46 106
.

Ukraynanın Naftogaz qaz istehsal zavodlarında Rusiyanın dron və raketləri beş nəfəri öldürüb

Şirkətin baş icraçı direktoru çərşənbə axşamı bildirib ki, Rusiyaya məxsus dronlar və raketlər Ukraynanın dövlət enerji şirkəti Naftogazın Poltava və Xarkov vilayətlərindəki qaz istehsalı müəssisələrinə hücum edib, nəticədə üç işçi və iki xilasetmə işçisi həlak olub. BİG.AZ Reuters-ə istinadən xəbə

05.05.2026 227
.

TOP MP3