Ordu quruculuğu prosesi ölkəmizdə dövlət siyasətinin əsas prioritetidir

Ordu quruculuğu prosesi ölkəmizdə dövlət siyasətinin əsas prioritetidirAzərbaycan Silahlı Qüvvələri 2020-ci ilin payızında başlayan Vətən müharibəsində öz gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirmişdi. İkinci Qarabağ savaşından sonra bir daha təsdiq olundu ki, Şanlı Ordumuz müasir hərbi-texniki bazaya və cəsur döyüşçülərə sahibdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısı hər zaman ordunun gücləndirilməsinin dövlət siyasətinin əsas prioritet sahəsi olduğunu da bildirib. Bu sahəyə qarşı diqqət və qayğının yüksək səviyyədə olması Silahlı Qüvvələrimizi dünyanın ən güclü 50 ordusu sırasına daxil edib. Bu gün Azərbaycanı qüdrətli ölkəyə çevirən əsas amil iqtisadi yüksəlişə və güclü orduya malik olmasıdır. Böyük sevinc hissilə söyləyə bilərik ki, ölkəmiz müstəqil iqtisadiyyata və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Heç şübhəsiz ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur.
Vətən müharibəsində aparılan döyüşlər ordumuzun təcrübəsinin artmasına səbəb oldu. Müharibənin başa çatmasından dərhal sonra Silahlı Qüvvələrin daha da güclənməsi Ali Baş Komandan tərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biri idi. Bu istiqamətdə idarəetmənin təkmilləşdirilməsi, müasir texniki vasitələrlə qoşunlardan məlumatların sürətli əldə olunaraq analiz edilməsi, yaranmış vəziyyətin qiymətləndirilərək daha çevik qərar qəbul edilməsi və fasiləsiz idarə olunmasına şərait yaradılması məqsədilə struktur islahatları aparıldı. Təbii ki, bu sahədə böyük təcrübə və bacarığı ilə dünyada tanınan Türkiyə dövlətinin yardımına və əməkdaşlığına böyük ehtiyac duyulurdu. NATO-nun ikinci ən güclü ordusu olan Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusunda kiçik modelinin yaradılması istiqamətində gedən işlər Silahlı Qüvvələrimizin döyüş qabilliyətinin artmasına böyük təkan verib.
İkinci Qarabağ müharibəsi ərəfəsində əldə olunmuş təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Buna görə də Prezident İlham Əliyev Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılması barəsində göstəriş vermişdi. Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunların tabeçiliyində olan Komandolar fiziki və nəzəri hazırlıqları nəticəsində əldə etdikləri qabiliyyətləri sayəsində, qısa bir müddət ərzində hədəfin detalları ilə birlikdə kəşfiyyatını həyata keçirərək vəziyyəti qiymətləndirib hədəfi məhv edən, təchizat ilə təmin edilməsə belə, vəzifəni başa çatdırmağı bacaran əsgərlərdir. Azərbaycanda komando hərbi hissələrinin yaradılmasına 2021-ci ilin sonlarında başlanılmışdı. 2021-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri çərçivəsində komando hərbi hissəsinin açılışında iştirak etmişdi. 6 ay sonra Silahlı Qüvvələr Gününü Kəlbəcərdə qeyd edən dövlət başçısı yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışını etdi.
İyunun 23-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Dövlətimizin başçısı şəxsi heyətin atış vərdişlərini təkmilləşdirməsi üçün təyin olunmuş qapalı atış şəhərciyinə baxıb və komandoların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün zəruri trenajor və digər idman avadanlıqları ilə təchiz olunmuş qapalı idman zalına gələrək buradakı şəraitlə yaxından maraqlanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevə hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Prezident İlham Əliyev Döyüş bayrağını hərbi hissənin komandirinə təqdim edib və komando andiçmə mərasimi keçirilib. Ölkə başçısı tədbirdə bildirib ki, biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, daha yüksək səviyyəyə qalxacaq.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 695   Tarix: 24 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

02.11.2026 431
.

Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi

Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla

02.11.2026 383
.

Əsgər getməmək üçün özlərinə xəsarət yetirdilər - ŞOK FAKTLAR

Son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində məsuliyyət tədbirləri sərtləşdirilib, bu sahədə görülmüş tədbirlər korrupsiya risklərinin azaldılmasına, tibbi şəhadətləndirmə sahəsində fəaliyyətin şəffaflığının artırılmasına mühüm töhfə verməkdədir

02.11.2026 447
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs

02.11.2026 260
.

100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır

ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"

02.11.2026 368
.

Azərbaycanda yüksək vəzifəli şəxs istefa verdi

Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Bu barədə -a məlumat daxil olub. Məlumata əsasən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikas

02.11.2026 355
.

Avropa çempionu toyundan sonra öldü

Atletika üzrə Avropa çempionu və Olimpiya Oyunlarının iştirakçısı iştirakçısı Siara Macian vəfat edib. Ailəsi onun ölümünü rəsmi "Instagram" səhifəsində elan edib. -ın xarici mediaya istinadən məlumatına görə, o, noyabrın 1-də, yerli vaxtla səhər saat 6:30-da xəstəliklə mübarizə apardıqda

02.11.2026 396
.

Meteorit qırıntısının bir qramı 5 min avroya satılır - Xəzinə axtaranların hədəfi dəyişib

Xəzinə axtaranlar üçün qızıl artıq ən qiymətli tapıntı hesab edilmir. Bəzi meteorit parçalarının bir qramının 5 min avroya qədər qiymətləndirilməsi onları kolleksiyaçılar və xəzinə axtaranlar üçün xüsusi maraq obyektinə çevirib. Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın "Rynek Zdrowia"

02.11.2026 320
.

Azərbaycanın gözü - Şuşa

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində

02.11.2026 264
.