Ermənistan yapon alimi "türk casusu" kimi ölkədən qovdu: "Qarabağ Azərbaycanındır deyəndə məni hədələdilər"
Yaponiyalı akademik Keysuke Vakizaka "Türkiyə casusu" olduğu iddiası ilə Ermənistandan qovulduğunu açıqlayıb.
Bu barədə sosia şəbəkədə məlumat verən elm adamı başına gələnləri "Haber Global"a danışıb.
"Bu gün Qafqazda çalışan bir alim olaraq Ermənistandan qovuldum. Məni türk casusu olmaqda ittiham etdilər, təhqir etdilər. Erməni polisləri məni söydülər. Erməni dilini bildiyim üçün hər şeyi aydın başa düşdüm. Bir akademikin Ermənistandan gələn arzuolunmaz ziyarətçilər siyahısında olması həqiqətən gülməlidir. Bu, diplomatik adətlərə və qonaqpərvərliyə uyğun davranış deyil. Bu əsl qalmaqaldır", - alim bildirib.
Qafqaz üzrə ixtisaslaşan və Türkiyədə yaşayaraq Gelişim Universitetinin müəllimi olan Vakizaka daha əvvəl də Ermənistana səfər etdiyini və heç bir problem yaşamadığını dilə gətirib.
"Erməni dilini bilirəm. Bölgəni yaxından tanımaq istəyirəm. Erməni kəndlərinə gedib tarix kitablarını oxumaq istəyirəm. Çoxlu erməni dostlarım var, onlarla əlaqə saxlamaq istədim. 2020-ci ildə gedəndə heç bir problemim olmadı. Amma bu dəfə Ermənistana daxil olarkən təhlükəsizlik qüvvələri məni başqa yerə apardılar. Pasportuma baxdılar, əlimdə telefon var idi, amma heç kimlə danışmağa imkan vermədilər. Obyektiv təhlillər aparmağa, Ermənistanda məqalələr yazmağa çalışdım. Amma orda bunu təhlükə kimi görüb məni casusluqda ittiham etdilər. Bundan sonra hər cür psixoloji təzyiqlər, mənəvi işgəncələr etdilər. Məni bir şəkildə vurdular, qışqırdılar, başıma silah dayadılar, işgəncə verdilər. Beş-altı saat otaqda saxladılar. Oradakı təhlükəsizlik qüvvələri daşnak idilər. Psixoloji təzyiqlə Ermənistanın Qarabağ diskursunu qəbul etməyə məcbur etdilər. Qarabağ Azərbaycan ərazisidir, deyəndə məni hədələdilər", - alim izah edib.
O, indiki ölkə hakimiyyətini tənqid etmədiyini də vurğulayıb.
"Ermənistanın siyasi quruluşuna gəlincə, mən Paşinyanı tənqid etməmişəm. Hazırda Ermənistanda Türkiyə ilə mötədil münasibətlər qurmağa çalışan paşinyançılar var. Bir də Türkiyə ilə qarşıdurma düşüncəli asalaçı və daşnaklar var. Bu ikisi arasında ciddi mübarizə davam edir. Daşnaklar hələ də fəaldırlar. Nəhayət, məni buraxdılar, maşınla Gürcüstan sərhədinə apardılar və oradan da Gürcüstana daxil oldum", - Vakizaka yekunlaşdırıb.
O, bu vəziyyəti "Twitter" hesabından Türkiyə və Yaponiya XİN-ə çatdırıb./Oxu.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1192 Tarix: 27 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKöçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089