Buzovna sakinlərindən qayalıqda qanunsuz tikililərə ETİRAZ: "Ləpədöyəndə ev olar?" - FOTO
"Xəzər rayonu, Buzovna qəsəbəsində qayalıqda qanunsuz tikilən və hələ də sökülməyən evlər, obyektlər var".
Bunu Oxu.Az-a açıqlamasında ekofəal, qəsəbə sakini Seyfulla Azər bildirib.
Onun sözlərinə görə, son 20 ildə bəzi insanlar tərəfindən dəniz kənarlarının hasarlanması, sahilə keçidlərin bağlanması, qədim qayalıqların üzərində evlərin tikilməsi və zibillənməsi olub:
"Bu illər ərzində bəzi yerlərdə sakinlər qanunsuz olaraq əlavə torpaq sahələrini zəbt edərək öz həyətlərinə birləşdiriblər. Həm də dənizin geri çəkilməsi ilə əlaqədar sahilyanı ərazilər genişlənib. Daha sonra biz dinc ekoloji aksiyalara başladıq və qayalıq əraziləri təmizlədik.
Həmin qanunsuzluqların aradan qaldırılması üçün qəsəbə sakinləri olaraq, Prezident İlham Əliyevə müraciət etdik. Ölkə başçısı göstəriş verdi ki, Buzovna qayalıqları qanunsuz tikililərdən azad edilsin.
2022-ci il iyun ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əraziyə baxıb və ərazidəki qanunsuz evlərin sökülməsi barədə qərar verildi. Bu proses bir ay çəkmədi. Həmin qərar tam icra olunmadı.
Biz orada 40 iməclik keçirmişik və tək zibil yox, qurumların qanunsuz tikililəri sökəndə atdıqları ağır tullantıları da təmizləmişik və hələ də prosesi davam etdiririk".
O qeyd edib ki, ərazidə doqquz qanunsuz zəbt olunan yer vardı:
"Bu səbəbdən həmin ərazidə olan altı yerə isə gediş-gəliş mümkün deyildi. Doqquz qanunsuz tikintidən cəmi üçü tam, ikisini yarımçıq söküldü.
Tikintidən dördü isə hazırda hələ də qayalıqların üstündə qalır. Ləpədöyəndə ev olar? Biz nə qədər çalışsaq da, səsimiz eşidilmir. Tələb edirik ki, qanunvericiliyə uyğun olaraq, Buzovnadakı sahil zolağı qanunsuz tikililərdən azad edilsin".




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 895 Tarix: 01 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 % çoxdur
15.08.2026 151 Pensiyaların verilmə tarixi dəyişir? - 10 GÜN FƏRQ…
Maaş və pensiya vəsaitlərinin vətəndaşın seçdiyi istənilən bank hesabına yönəldilməsi Azərbaycanda bank xidmətləri bazarında rəqabəti artıra bilər. Vətəndaş bankını sərbəst seçdikdə banklar müştərini saxlamaq üçün komissiyaları azaltmağa, rəqəmsal xidmətləri yaxşılaşdırmağa, kredit və digər maliyyə məhsulların
15.08.2026 285 Qızıl və gümüş qiymətləri ucuzlaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 30,26 dollar azalaraq 4332,9 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 0,46 dollar ucuzlaşaraq 64,34 dollara bərabər olub
15.08.2026 132 Livan mediası: İsrailin aviazərbəsi nəticəsində ölkənin cənubunda altı nəfər həlak olub
İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələr nəticəsində altı nəfər həlak olub. "Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livanın xəbər portalları məlumat yayıb. Zərbə "Hizbullah" qruplaşmasının infrastruktur obyektlərin
15.08.2026 115 Süni intellekt rəqabəti: ABŞ dövlətləri Çinlə texnoloji tərəfdaşlıqdan çəkindirir
ABŞ 35 ölkəyə Birləşmiş Ştatların və Çinin texnoloji təşəbbüsləri arasında seçim etməyin vacibliyi barədə xəbərdarlıq göndərməyə hazırlaşır. Pekinin rəqabətli təşəbbüsündə iştirak edən ölkələr Vaşinqtonun liderlik etdiyi koalisiyadan çıxarılacaq. xəbər verir ki, bu barədə "Reuters" məluma
15.08.2026 145 Azərbaycan ABŞ-nin fiskal şəffaflıq tələblərinə cavab verir
Azərbaycan artıq ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir. xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, bu, ABŞ Dövlət Departamentinin 2026-cı il Fiskal Şəffaflıq Hesabatında qeyd olunub: "Fiskal şəffaflıq etimadı artırır, hesabatlılığ
15.08.2026 144 XƏBƏRDARLIQ! Güclü külək əsəcək - BU TARİXDƏ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva
15.08.2026 212 Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı
Azərbaycanda cari ilin ilk altı ayı ərzində nikah bağlandıqdan sonra 18 kişi həyat yoldaşının soyadını qəbul edib. xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşını
15.08.2026 171 Tramp Hörmüzü ABŞ ərazisi adlandırmaq istədi: BMT beynəlxalq hüququ xatırlatdı
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerika ərazisi elan edə biləcəyi barədə fikirlərindən sonra BMT bütün tərəfləri bu ərazidə beynəlxalq hüquqa və gəmiçilik azadlığına hörmət etməyə çağırıb. -ın məlumatına görə, bu barədə BMT-nin baş katibinin rəsmi sözçüsü Stefan Düjarrik TASS-a açıqlamasınd
15.08.2026 133