Fransada öldürülən yeniyetmənin anası: "Ərəb simasını gördü və öldürmək istədi"
İrqçilik və ayrı-seçkilik həmişə çətin siyasi məsələlər olub. Lakin özünü unikal dünyəvi ölkə kimi dəyərləndirən, fərqlilik markerlərini aradan qaldırmaqla və ilk növbədə bütün vətəndaşları fransıza çevirməklə hamı üçün bərabərliyi təmin etməyə çalışan Fransada bu məsələlər çətin xarakter daşıyır.
Praktikada Fransa respublikaçılığındakı bu bağlılıq tez-tez hökumətə mane olur ki, vətəndaşların irqi əlamətlərinə görə fərqləndirilməsinə gətirib çıxaracaq addımlar atsın.
Öldürülən Əlcəzair əsilli, 17 yaşlı Nahel adlı gəncin anası Muniya da digər fəallar kimi, oğlunun qətlinə məhz irqinin səbəb olduğuna inanır. Bu barədə "France 5" telekanalına müsahibə verən Muniya qeyd edib ki, o, bütünlüklə polis qüvvələrini deyil, məhz oğlunu qətlə yetirmiş polis zabitini günahlandırır.
"O, ərəbin üzünü gördü və onu öldürmək istədi", - deyə Muniya oğlunu qətlə yetirən polis barədə iddia irəli sürüb.
"Gənclərin bu şəkildə öldürülməsi nə vaxta qədər davam edəcək? Neçə ana mənim aqibətimi yaşayacaq? Nəyi gözləyirlər?", - deyə o əlavə edib.
Ölkənin Xarici İşlər Nazirliyi isə hadisə ilə bağlı bəyanatında Nahelin ailəsinə başsağlığı verib.
Nanter şəhərinin prokuroru Paskal Praçenin sözlərinə görə, yeniyetməni öldürən zabit onun avtomobili kiminsə üstünə sürməsindən qorxub və bu səbəbdən atəş açıb.
Praçe bildirib ki, zabit qanunsuz hərəkətə yol verib. Hazırda ona qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başladılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Naheli güllələməkdə təqsirləndirilən zabitin vəkili Loran-Frank Linar isə Fransanın RTL radiosuna müsahibəsində müvəkkilinin qanuna uyğun hərəkət etdiyini bildirib. O iddia edib ki, müvəkkilinin məhkəməyə cəlb edilməsi siyasi xarakter daşıyır və zorakılıq ətrafında gərginliyi azaltmaq məqsədi güdür.
Vəkil əlavə edib ki, polis zabiti Naheli öldürmək istəməyib və yeniyetmənin ölümü zabitə olduqca pis təsir edib. "Bu hadisə bir saniyə ərzində baş verib. Ola bilər ki, o səhv edib, bunu ədalət göstərəcək", - deyə Linar vurğulayıb.
Qeyd edək ki, yüksək səviyyəli məmurların məsələnin araşdırılması üçün ədliyyə sisteminə vaxt verilməsi və səbirli davranışlar sərgilənməsi ilə bağlı çağırışlarına baxmayaraq, Fransa daxilində xeyli sayda insan, xüsusilə də rənginə görə polis ayrı-seçkiliyinin qurbanı olmuş gənc insanlar şok və qəzəb içindədirlər. Və bu qəzəb üç gecədir ki, ölkə daxilində şiddətli etirazların və iğtişaşların alovlanmasına gətirib çıxarıb.
Solçu siyasətçilər və bəzi fəallar polisdə islahatlar edilməsinə çağırışlar ediblər. Onlar odlu silahdan istifadə ilə bağlı polisə daha çox imkanlar verən 2017-ci ildə qəbul edilmiş qanunun ləğvini tələb ediblər.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 945 Tarix: 01 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
02.11.2026 310 Ürək və beyin üçün ən faydalı çərəz
Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma
02.11.2026 112 "İRANDA ŞİDDƏTLİ MÜHARİBƏ OLACAQ"
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların yenidən başlanması üçün Donald Trampa təzyiq göstərir. Tramp isə hələlik diplomatik danışıqlara imkan verilməsinin tərəfdarıdır. Bu barədə İsrailin 12-ci kanalı ABŞ və İsrai
02.11.2026 401 Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": bunu dayandırmağın yolu
Android telefonları Wi-Fi şəbəkəsinə qoşulu olduqda belə mobil internet paketindən istifadə edə bilər. Bunun səbəbi telefonun bəzi gizli parametrlərinin mobil şəbəkə ilə əlaqəni aktiv saxlamasıdır. xarici mediaya istinadla xəbər verir ki, bütün ay ərzində evdə Wi-Fi-yə qoşulu olmasına baxmayaraq, təxminə
02.11.2026 233 "Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ
"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"
02.11.2026 268 Noyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
02.11.2026 351 "Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
02.11.2026 196 Azərbaycanın gözü - Şuşa
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən altı il ötür. Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfində
02.11.2026 247 Avropada qeyri-adi qış gözlənilir: İki iqlim hadisəsi havaya təsir edəcək
2026-2027-ci illərin qışı Avropada mülayim və yağıntılı hava ilə başlaya bilər. Alimlərin araşdırmalarına əsasən, bu mövsümün hava şəraitinə iki təbii iqlim hadisəsi - El-Nino və Hind okeanı dipolunun müsbət fazası təsir göstərəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Futura" portal
02.11.2026 165