Ukrayna Prezidenti: "Rusiya Zaporojye AES-i uzaqdan partlada bilər"

Ukrayna Prezidenti: "Rusiya Zaporojye AES-i uzaqdan partlada bilər""Rusiya Zaporojye Atom Elektrik Stansiyasını (AES) uzaqdan partlada bilər".

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın "El Mundo" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Zaporojye AES Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətində olsa da, Rusiya obyekti zədələyə bilər.

V.Zelenski obyektin minalandığını və ərazidə 5 minə yaxın Rusiya əsgərinin olduğunu söyləyib.

Dövlət başçısı, həmçinin xatırladıb ki, stansiya əməkdaşları hələ də oğurlanır və onların uşaqları Rusiyaya aparılır.

Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya ordusunun tədricən Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk etdiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, Rusiya Zaporojye AES-i 2022-ci il martın 4-də işğal edib. Bu il iyunun 22-də Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etmişdi ki, qarşı tərəf sözügedən obyektdə terror aktı törətməyə hazırlaşır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 418   Tarix: 02 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Naxçıvan üçün güzəştlər: başlanğıc, yoxsa real dönüş nöqtəsi?

"Naxçıvanın iqtisadi inkişafı hazırda ciddi suallar doğurur. Muxtar respublika uzun illərdir əsasən dövlət büdcəsindən ayrılan dotasiyalar hesabına yaşayan regiondur. Məhz bu reallıq fonunda Naxçıvana tətbiq edilən iqtisadi və vergi güzəştləri qısa müddətli deyil, gələcəyə hesablanmış addım kim

09.02.2026 242
.

Azərbaycan mətbuatında köşə yazıları və araşdırma məqalələrinin sayı azalır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son dövrlərdə Azərbaycanda xəbər saytlarında və qəzetlərdə köşə yazıları, araşdırma məqalələri və dərin reportajların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Əvvəllər oxucular gündəlik xəbərlərlə yanaşı, uzunmüddətli araşdırmalar, analitik yazılar və fərqli mövzularda köşə yazıları ilə daha geniş məluma

09.02.2026 295
.

Bitkoindən sonra qızıl: investorlar niyə bu metalı seçir?

"Son dövrlərdə dünyada qızıl investisiya aləti kimi daha çox ön plana çıxıb. Müəyyən dövrlərdə qızıl təhlükəsiz aktiv kimi tələb görür və hazırkı mərhələdə bu tələbin artdığı müşahidə olunur. Əgər yaxın zamana qədər bitkoin investorların əsas diqqət mərkəzində idisə, indi qızıl yenidən etibarl

09.02.2026 292
.

Prezidentdən pensiyalarla bağlı - Sərəncam

Əmək pensiyaları indeksləşdiriləcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylı

09.02.2026 710
.

Rusiya Ukraynanı bombalayıb

Ukrayna Prezidenti Vladimir Zelenski qeyd edib ki, Rusiya tərəfi uzunmərhələli hücumları intensivləşdirib və Ukrayna hava hücumlarına qarşı müdafiəni gücləndirməyi tələb edir. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Zelenski dünya ictimaiyyətini bu "sonrakı Rusiya hücumlarına" qarş

09.02.2026 251
.

Deputatların sayı 15-ə endirilsin - Əkrəm Həsənovdan kinayəli təklif

"Deputatların sayı barədə müzakirələrə qoşularaq təklif edirəm ki, onların sayı heç olmasa 25-dək (15-dək də olar) endirilsin. Bununla həm dövlət büdcəsi (maaş, ezamiyyə və s, həm də Dövlət Sosial Müdafiə Fondu (pensiyalar) xeyli qənaət etmiş olar". "Yeni Sabah" xəbər verir ki, bun

09.02.2026 377
.

Həkimlər ağciyərsiz kişini 48 saat sağ saxladı, əməliyyat etdilər - 2 ildir yaşayır

ABŞ-ın klinikalarından birində elmi-fantastik hadisə baş verib. Bir qrup cərrah pasiyentin ağciyərləri tamamilə çıxarıldıqdan sonra onu iki sutka ərzində həyatda saxlamağa nail olublar. Bu kritik zaman aralığı donor orqanların uğurlu transplantasiyasına aparan körpü rolunu oynayıb. B. xarici mediay

09.02.2026 363
.

Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının qızı millət vəkili Günay Ağamalı faktı təsdiq edib. Qeyd edək ki, 79 yaşlı Fəzail Ağamalı 35 il Ana Vətən Partiyasına sədrlik edib. Bir neçə ay öncə isə həmin partiyanı

09.02.2026 684
.

Pensiyalar 9,3 faiz artırılır

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, ilin əvvəlindən tətbiq edilən bu artım üçün illik əlavə 640 milyon manat ayrılıb

09.02.2026 502
.

TOP MP3