"Polisin əsas prinsipi vətəndaşın məmnun qalmasıdır" - RƏY

"Polisin əsas prinsipi vətəndaşın məmnun qalmasıdır" - RƏY"Polisin əsas prinsipi vətəndaşın məmnun qalmasıdır".

Bunu "Report"a açıqlamasında Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, çoxları 2 iyulu "polis bayramı" adlandırsa da, əslində, onların heç 30 faizi bayramı qeyd edə bilmir: "Azərbaycanda 2 iyul Polis günü kimi qeyd olunur. Bu günün özəlliyi o qədər vacib və dəyərlidir ki, tarixə nəzər salmaq kifayət edir. Çoxları 2 iyulu "polis bayramı" adlandırsa da, əslində, onların heç 30 faizi bayramı qeyd edə bilmir. Çünki iş başındadırlar və xidməti davam etdirirlər".

O qeyd edib ki, artıq 10 ildir rəhbəri olduğu Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin və Avtosfer.az saytının adından xidmətdə fərqlənən yol polisi əməkdaşlarına diplomlar, hədiyyələr verilir: "Bu, sadəcə onları stimullaşdıran addımlardan biridir. Dəfələrlə fikir vermişəm ki, bizim diplomumuza layiq görülən əməkdaşlar sonradan öz üzərilərində daha çox işləyir, daha məsuliyyətli olur və daha çox xidmətdə fərqlənirlər. Burada əsasən il ərzində xidmət zamanı insanlara kömək edən, daha çox nümunəvi davranışlarla ictimai dəstək qazanan, müxtəlif idman yarışlarında yaxşı nəticələr göstərən əməkdaşlar seçilib".

E. Muradlı bildirib ki, indiyədək keçirilən tədbirlərdə 500-ə yaxın yol polisi əməkdaşına diplom və hədiyyələr verilib: "Polis peşəsi ən şərəfli vəzifələrdən biridir. Xalqın asayişinin keşiyində durmaq və xidmət etmək polisin fəaliyyəti olmaqla yanaşı, həm də qürur mənbəyidir. Polisin fəaliyyətinə bəzən neqativ yanaşmalar var. Amma belə hallara qarşı mübarizə elə polisin göstərdiyi nümunəvi xidmətdir".

O deyib ki, ağır sınaqlardan çıxan Azərbaycan polisinin birinci və ikinci Qarabağ müharibəsində göstərdiyi xidmətlərə də nəzər salmaq lazımdır: "Onlar Vətən qarşısında xidmətlərini bu gün də davam etdirirlər. Ağır döyüşlərin getdiyi dövrlərdə polisin bütün xidmət sahələri demək olar ki, səfərbər idi və daha çox Yol Patrul Xidməti, Post-Patrul Xidməti, Çevik Polis Alayı, polisin xüsusi təyinatlıları əziyyət çəkdilər. Sözsüz ki, Daxili İşlər Nazirliyinin bir parçası olan Daxili Qoşunlar ön sıralarda döyüşürdü. Arxa cəbhədə, elə döyüş yerlərində isə polisin digər strukturları ayıq-sayıq idi. Mən Daxili Qoşunların xüsusi təyinatlı əsgəri olmuşam və əminliklə deyirəm ki, qarşıya qoyulan tapşırıqları icra etmək bu qoşun növü üçün ölüm-dirim məsələsidir".

O, şəhidlərimizin dəfnində polislərimizin davranışlarına xüsusi diqqət çəkib:

"Onlar da göz yaşlarına hakim ola bilmirdi. Onlar da şəhid tabutlarını müşayiət edə-edə təhlükəsizliyi təmin edirdi. İkinci Fəxri xiyabanda yol polisləri, PPX və Çevik Polis Alayı gecə-gündüz xidmət aparırdı. Hamı dəfn yerinə az qala maşınla girmək istəyirdi, hamı rahat gedib-gəlməyə çalışırdı. Bəs bu rahatlığı kim qoruyurdu? Nəqliyyatı kim düzgün idarə edirdi? Polislər".

E.Muradlı əlavə edib ki, şahidi olduğu bir hadisə onu təsirləndirib: "Yaxşı xatırlayıram ki, Badamdar qəsəbəsində Bakı şəhər DYP İdarəsinin yanındakı vertolyot meydançasına şəhidlərimizi və yaralıları gətirən vertolyotlar düşürdü. O saat idarə rəisinin göstərişi ilə əməkdaşlar meydançaya gedib yaralıların, şəhidlərin təcili yardım maşınlarına yerləşdirilməsinə kömək edirdilər. Üst-başları qan içində maşına minib təcili yardım maşınlarının hospitala və digər xəstəxanalara daha tez çatmasına çalışırdılar, yol açırdılar".

Yol polislərinin fəaliyyəti danılmaz olduğunu vurğulayan nəqliyyat eksperti onların yağışda, qarda, istidə, soyuqda daim vətəndaşların təhlükəsizliyinin keşiyində dayandığını bildirib: "Bu cür ağır şərait onların simasında da hiss olunur. Polislər arasında qanunvericiliyin tələblərinə ciddi riayət olunması digərləri üçün də bir nümunədir. Son vaxtlar yol polisi ilə sürücülər arasında konfliktlərin sayı kifayət qədər azalıb. Bunun üçün xeyli zaman lazım oldu. Üstəlik, Daxili İşlər Nazirliyinin rəhbərliyi ortaya möhkəm iradə qoydu.

Əsas tələb budur ki, vətəndaş məmnunluğu təmin olsun və xidmət zaman peşəkarlıq nümayiş etdirilsin. Bunun nəticəsidir ki, nəqliyyat vasitələrinin sərxoş halda idarə olunması, avtoxuliqanlıq və digər ağır xətalarla mübarizə daha səmərəli üsullarla aparılır. Nəticədə insanların rahatlığı təmin olunur. Vaxt var idi, Bakının bəzi ərazilərində, bir neçə rayonda xüsusən gecələr avtoxuliqanların əlindən insanlar evlərində rahat yata bilmirdi. Bu gün bu hallar barmaqla sayıla biləcək qədərdir".

Birlik rəhbərinin sözlərinə görə, polisin fəaliyyətinə qiymət vermək üçün gərək onun yanında olasan: "Kompyüter arxasında oturub polisə ləkə yaxmaq ədalətli deyil və çoxları bu əməlinə görə sonradan peşman olub. Çünki sonunda hər kəsin dar macalda üz tuta biləcəyi ünvan polisdir. Və onlar tənqid edənə də, tərif deyənə də eyni dərəcədə yanaşmaq iradəsini ortaya qoya bilərlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 510   Tarix: 02 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreyaya səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. "Qafqazinfo" xəbər verir ki, o, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyi

02.11.2026 345
.

Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": bunu dayandırmağın yolu

Android telefonları Wi-Fi şəbəkəsinə qoşulu olduqda belə mobil internet paketindən istifadə edə bilər. Bunun səbəbi telefonun bəzi gizli parametrlərinin mobil şəbəkə ilə əlaqəni aktiv saxlamasıdır. xarici mediaya istinadla xəbər verir ki, bütün ay ərzində evdə Wi-Fi-yə qoşulu olmasına baxmayaraq, təxminə

02.11.2026 233
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

02.11.2026 152
.

Dünyanın ən böyük kitabxanasında nə gizlənir? - 184 milyonluq xəzinə

Kitabxanalar haqqında danışarkən adətən ağlımıza minlərlə kitabın düzüldüyü rəflər gəlir. Lakin dünyanın ən böyük kitabxanası təsəvvür etdiyimizdən qat-qat fərqlidir. Burada milyonlarla kitabdan başqa, tarixin müxtəlif dövrlərinə aid nadir sənədlər və qiymətli arxiv materialları qorunur. Onların bəzilər

02.11.2026 264
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

02.11.2026 396
.

"Arsenal" 14 ildən sonra ilk dəfə "Enfild"də qələbə qazandı

İngiltərə çempionu "Arsenal" 14 ildən sonra ilk dəfə Premyer Liqa oyununda "Enfild" stadionunda "Liverpul"u məğlub edib. -ın xəbərinə görə, İngiltərə Premyer Liqasının doqquzuncu turunda "Arsenal" alman hücumçu Kay Havertsin qolu sayəsində "Liverpul"

02.11.2026 212
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

02.11.2026 432
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr xüsusi əhəmiyyət daşıyır. Bu tarixlər xalqımızın milli iradəsinin, dövlətçilik əzminin, ordumuzun gücünün və Vətənə sonsuz bağlılığının təcəssümüdür. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edilməs

02.11.2026 242
.

ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ ŞUŞANIN MİLLİ-MƏNƏVİ DİRÇƏLİŞİ

Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü milli dövlətçilik salnaməsinin ən möhtəşəm hadisələrindən biri kimi xüsusi yer tutur. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, milli birliyinin, ordusunu

02.11.2026 245
.