"Aktyorun çəkiliş meydanında acından ürəyi gedir"

"Aktyorun çəkiliş meydanında acından ürəyi gedir"Xalq artisti Afaq Bəşirqızı hazırda çəkilən filmlərin keyfiyyətsizliyini tənqid edib.

Axşam.az xəbər verir ki, "Maqazin plyus"a açıqlama verən aktrisa bunda rejissorları günahlandırıb. O bildirib ki, rejissorlar tamahkarlıq edir:

"Filmlərin zəifliyi rejissorların tamahkarlığındandır. Sponsor tapılmamış film çəkmək mümkün deyil. Rejissor fikirləşir ki, filan yerdə yeni tikilidə bir mərtəbəni ala biləcəyəm, ya yox. O pulu onunla sayır. Aktyorlara çox zaman pul verilmir. Film şedevr olacaq, bilet satılacaq, faiz götürəcəm kimi məsələlərin hamısı yalandır. Nə olsun, sponsor verib, o, halal tikəyə əl uzadır. Ona görə də onun işi heç zaman müvəffəqiyyətli alına bilməz. Bunu Allah qoymaz. Çünki kiminsə çörəyinə, zəhmətinə əl uzadırsansa, heç zaman xoşbəxt ola bilmərsən".

A.Bəşirqızı əlavə edib ki, aktyorlara yaxşı qonorar verilmədiyi üçün onlar başqa yollara əl atırlar:

"Biz elə dövrdə yaşamışıq ki, vicdanlı, istedadlı adamların əlinə düşmüşük: kinorejissorların, teatr rejissorlarının. Bilmişik ki, biz işləməliyik. Özümüzə inanmışıq. Niyə? Bax, bu gün üçün. Amma indi gənc aktyorlara nə sanbalı, nə adını saxlamağa imkan verirlər. Axı bu aktyorların da uşaqları, ehtiyacı var. O, filmə çəkilməlidir. Amma sən onu aldadırsan. Bu hansı vicdana sığır? Sonra da fikiləşirsən ki, görəsən, nəyə görə çəkdiyim filmim uğurlu olmadı? Bütün bunların hamısı bu məsələyə görə doğur. Haramlıqda heç zaman bərəkət yoxdur.

Aktyorlar çox işləyirlər. Nə qədər ssenari çətin olsa, aktyorlar çalışırlar ki, özləri nəsə bir şey yaratsınlar. Eyni zamanda da izlənilərək çörək pulu əldə edə bilsinlər. Aktyorlarla tamaşaçı arasında çox qalın bir pərdə olmalıdır. Yaradıcı insanları qınamayın. Onlar özləri üçün deyil, doğmaları, uşaqları və xalq üçün yaşayırlar. Aktyorlar çox zaman bir qəpiksiz filmlərə çəkilirlər. Bəlkə də kino meydanında acından ürəyi axır, amma bunu bildirmir. Fikirləşir ki, bu filmə çəkilim ki, bununla şöhrətim olsun".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1158   Tarix: 03 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik

01.11.2026 615
.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"in hekayəsindən bəhs olunacaq. Layihədə həmçinin Çağata

24.10.2026 571
.

"Anamla atam ailə qurmağımı istəyir"

"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər

25.10.2026 746
.

3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il

31.10.2026 674
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 694
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini paylaşıb. Onun xeyli çək

01.11.2026 400
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 563
.

Başqa həbsxanaya köçürüldü

Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-

18.10.2026 768
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 261
.