"EU Reporter": "Makronun açıqlamaları onun Qarabağda separatizmi dəstəkləməsinə sübutdur"

"EU Reporter": "Makronun açıqlamaları onun Qarabağda separatizmi dəstəkləməsinə sübutdur""Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni lobbisi ilə görüşdə qərəzli, birtərəfli və reallıqdan uzaq açıqlamaları onun Qarabağda separatizmi fəal şəkildə dəstəkləməsinə sübutdur".

Bu fikirlər Fransa liderinin məqsədlərini anlamağa çalışan analitik Ceyms Uilsonun "EU Reporter"də dərc olunan məqaləsində yer alıb.

Onun sözlərinə görə, Cənubi Qafqaz kiçik region olsa da, burada bir neçə fövqəldövlətin maraqları toqquşur.

Müəllif Avropa İttifaqı (Aİ) və ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülhün yaranmasında çox maraqlı olduqlarını vurğulayıb: "Həm ABŞ, həm də Aİ sülh sazişinin imzalanmasına vasitəçilik edirlər".

C.Uilson bildirib ki, Fransanın dövlət başçısı digər Avropa ölkələrinin Qarabağda separatizmi dəstəkləməməsindən də narahat deyil.

Müəllifin fikrincə, Makron etiraz və iğtişaş dalğası ilə sarsılan ölkəsində asayişi və sakitliyi bərpa etmək əvəzinə, siyasi oyunlarla məşğuldur:

"Bu, Avropa İttifaqı üçün enerji resursları mənbəyi olan Cənubi Qafqaz regionunu alovlandıra bilər".
"Makron açıq şəkildə Cənubi Qafqazdakı vəziyyətin sülh yolu ilə həllinə qarşıdır", - o əlavə edib.

C.Uilson Ukraynanın ən böyük internet nəşrlərindən biri olan "Censor"dan da sitat gətirib. Qeyd edib ki, nəşrdə dərc edilən məqalədə Parisin Qafqazda təsirini gücləndirmək üçün Moskva ilə siyasi koalisiyaya can atdığı vurğulanır.

Ukraynanın Fakty.ua onlayn nəşrindən isə C.Uilson növbəti fikirləri sitat gətirib: "Fransadakı nüfuzlu qüvvələr diqqətlərini Azərbaycana yönəldirlər".

Müəllif həmçinin hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının təşviqi ideyalarının əksinə olaraq, E.Makronun hərəkətləri bu prosesə ancaq zərər vurur, bu isə Aİ və ABŞ-nin baxışlarına ziddir.

Analitik qeyd edib ki, İsrailin "i24" onlayn televiziyasının məlumatına görə, Parisin Ermənistana silah göndərilməsi ilə bağlı hərbi-siyasi qərarının əsas dəstəkçisi məhz Prezident Emmanuel Makrondur.

C.Uilsonun fikrincə, Makron Rusiya üçün faydalı olan açıq-aşkar anti-Avropa siyasəti yürüdür və Aİ enerji təhlükəsizliyini qorumaq istəyirsə, o zaman buna son qoyulmalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 928   Tarix: 03 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.