Qiymətinə uyğun flaqman. "HONOR 90" smartfonu necə ərsəyə gəlib?

Qiymətinə uyğun flaqman. "HONOR 90" smartfonu necə ərsəyə gəlib?Azərbaycanda yeni "N" seriyalı "HONOR 90" və "HONOR 90 Lite" smartfonlarının satışına başlanılıb. Bu gün biz sözügedən modelin nə vəd etdiyinin şahidi olacağıq.

Ay dizaynı

Nəyə görə ay? Bunu istehsalçının özü kameraların yerləşdiyi hissələrin quruluşuna işarə vuraraq izah edir. Bu cür hissələrin sayı ikidir və hər biri üst-üstə düşən ellips çevrələr şəklində hazırlanır. Burada ideya ondan ibarətdir ki, yaranan həcmli strukturlar azalan və bədirlənmiş Ay fazalarını simvolizə edir.
"HONOR 90"ın bütün mövcud rəngləri arasında marketinq adı "arktik buz" olan model də özünəməxsus yer tutur. Səthin teksturası həqiqətən baxış bucağını dəyişdikdə parıldayan şaxtalı naxışlara bənzəyir.
Klassika sevərlər üçün "HONOR 90"ın hamar örtüklü qara versiyası mövcuddur. Üçüncü rəng isə barmaq izlərini saxlamayan xəfif tutqun səthli zümrüd yaşılıdır.

Çoxlu, parlaq, təhlükəsiz

120 Hz-ə qədər yeniləmə tezliyi və 1200x2664 piksel təsvir ölçüsünə sahib 6,7 düymlük "OLED" panel. Birincisi o deməkdir ki, ekranda hərəkət zamanı təsvir həmişə mümkün qədər aydın və hamar qalacaq. Yüksək təsvir ölçüsü isə titrəmə olmadan "yumşaq" görüntü almağa zəmanət verir.
3125 Hz-dən yuxarı tezlikdə sayrışmanın gözlər üçün təhlükəli olmadığı hesab edilir. Hətta flaqman smartfonlarda bu rəqəm ən yaxşı halda 2160 Hz təşkil edir. Ancaq "HONOR 90"da impuls genişliyi modulyasiyası (PWM) tezliyi artıq 3840 Hz-dir, yəni müdafiə artıqlaması ilə təşkil olunur, bundan sonra gözlərdə heç bir yüklənmə yaranmır.
"HONOR 90"da görmənin qorunması üçün başqa vasitələr də var. Məsələn, "sirkad gecə ekranı" rejimi gün batdıqdan sonra mavi işığın intensivliyini avtomatik olaraq azaldır və yuxuya getməyinizi asanlaşdırır. Bundan əlavə, ekran 1200 nit tipik parlaqlıq və 1600 nit - pik (HDR kontent izləyərkən) parlaqlıq kimi göstəricilərə sahib olduğu üçün ön plana çıxır.

200 meqapiksel!

Smartfon həm də foto imkanları ilə fərqlənir. f/1,9 diafraqmalı 1/1.4 düym ölçülü 200 meqapiksellik sensor əsas ulduzdur. Sensor iridir və böyük həcmdə işıq tutmaq qabiliyyətinə sahibdir. Bu, xüsusilə zəif işıq şəraitində çəkiliş zamanı faydalıdır.
Kamera təkcə gün ərzində deyil, həm də alatoranlıqda öz vəzifələrini mükəmməl şəkildə yerinə yetirir. Piksellərin birləşməsi texnologiyası sayəsində şəkillər ilkin olaraq 16 meqapiksellik təsvir ölçüsündə əldə edilir. Bununla belə, istəsəniz, əsl 200 meqapiksel təyin edə və bununla şəkildəki uzaq obyektləri yaxınlaşdırıb kəsərkən praktiki olaraq detal itkisi ilə üzləşməyə bilərsiniz.
"HONOR 90" həmçinin fonu tutqunlaşdırmaq və bokeh effekti yaratmaq üçün 2 meqapiksellik sensora, həmçinin təkcə ultrageniş bucaqlı fotoların deyil, həm də makro fotoşəkillərin yaradılmasına cavabdeh olan 12 meqapiksellik sensora malikdir.
"HONOR 90" qabaqcıl "Qualcomm Snapdragon 7 Gen 1 Accelerated Edition" çipində qurulub.
Sözügedən texnologiya oyunlar üçün uyğunlaşdırılıb və oyun zamanı performansı iki dəfə artıra bilən "Adreno Frame Motion Engine" texnologiyasından istifadə edir.
Operativ yaddaşın iki modifikasiyası satışda mövcuddur. Əksər istifadəçilər üçün 8 GB operativ yaddaş və 256 GB fləş yaddaş kifayət edir. Əgər sizin tələbləriniz daha yüksəkdirsə, "Hi-Res" fotoları və 4K videolarla yaddaş yerinizi doldurmağa öyrəşmisinizsə, o zaman 512 GB yaddaş və 12 GB operativ yaddaşa malik modelə diqqət yetirməlisiniz.

Batareya

"HONOR 90"da quraşdırılmış akkumulyatorun tutumu 5000 mAh təşkil edir. Ən ekstremal şəraitdə belə gün ərzində istifadəyə arxayın ola bilərsiniz. Sürətli şarjı dəstəkləyir. Ayrılıqda almaq lazım deyil, qutuda artıq 66 Vt gücündə bir blok mövcuddur. "HONOR 90" enerjini sıfırdan 70%-ə qədər yarım saat ərzində yığır, batareyanın enerji ilə tam doldurulması üçün isə 48 dəqiqə tələb olunur.

*

Yeni "Honor 90"ı "İrşad", "Baku Electronics", "Kontakt Home" və "Smart Electronics" mağazalarından ala bilərsiniz. Sentyabrın 15-dək "HONOR 90" alanlara "HONOR CHOICE Earburds X3" simsiz qulaqlıqları və portativ "HONOR CHOICE Speaker" hədiyyə ediləcək.
"HONOR 90" üç rəngdə (zümrüd yaşılı, gecəyarısı qara və arktik buz) və iki yaddaş ölçüsündə mövcuddur. Smartfonun 12+512GB versiyası 1399,99 AZN, 8+256 GB versiyası isə 1199,99 AZN-ə başa gəlir

Qiymətinə uyğun flaqman. "HONOR 90" smartfonu necə ərsəyə gəlib?Qiymətinə uyğun flaqman. "HONOR 90" smartfonu necə ərsəyə gəlib?Qiymətinə uyğun flaqman. "HONOR 90" smartfonu necə ərsəyə gəlib?Qiymətinə uyğun flaqman. "HONOR 90" smartfonu necə ərsəyə gəlib?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1202   Tarix: 18 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Donald Tramp ona qarşı aksiyaların Corc Soros tərəfindən maliyyələşdirildiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib. -ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yayıb. "Yenə bir etirazçı. Onlara Soros pul ödəyir. Üstəlik, bu adam ucuz başa gəli

31.10.2026 267
.

Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu - Foto\Video

Bakının Nizami rayonunda baş vermiş güclü yanğın hadisəsini işıqlandıran APA TV-nin əməkdaşı hücuma məruz qalıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunmu

12:59 88
.

İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib

İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd

12:30 104
.

İran yeni silahlar sınaqdan keçirib

İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen

12:20 103
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

12:51 103
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

11:00 151
.

Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə

12:20 115
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

00:23 375
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

00:13 344
.