Oğlanlara verilməyən kirayə mənzillər: Tələbə yataqxanaları niyə fəaliyyət göstərmir? - AÇIQLAMA

Oğlanlara verilməyən kirayə mənzillər: Tələbə yataqxanaları niyə fəaliyyət göstərmir? - AÇIQLAMA"Bu gün oğlan tələbələrin sayı yetərincədir, ancaq onlar ev tapmaqda çətinlik çəkirlər. Buna görə də oğlanlar bir çox hallarda dəyərindən baha evlərdə kirayə qalmağa məcbur olurlar".

Bu sözləri valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bölgələrdən Bakıya oxumağa gələn tələbə oğlanların kirayə ev tapmaqda qarşılaşdıqları çətinliklər haqqında danışarkən deyib.

Elnur Fərzəliyev qeyd edib ki, insanlar mənzillərini daha çox gənc ailələrə uzun müddətli olaraq və ya tələbə qızlara kirayə verməyə çalışırlar:

"Çünki əksər hallarda oğlanlar evə təmiz baxa bilmir, gigiyena qaydalarına riayət etmirlər. İstər mənzildə siqaret çəkmək, istərsə də dost-tanış oğlanları mənzilə toplayıb səs-küy yaratmaq kimi hallara rast gəlinir. Buna görə də çox vaxt oğlan kirayənişin mənzildə qalanda qonşuların şikayətləri olur. Ona görə də ev sahibləri evlərini daha çox ya tələbə qızlara, ya da uşağı olmayan gənc ailələrə kirayə verməyə çalışırlar ki, evin təmirinə də zərər dəyməsin".

Ekspert vurğulayıb ki, bu problemlərin başlıca səbəbi kifayət qədər tələbə yataqxanalarının olmamasıdır:

"Bir vaxtlar tələbə yataqxanaları çox idi. Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlər daha çox tələbə yataqxanalarına sığınaraq orda yaşadılar. Amma daha sonra bəzilərinə dövlət ev verdi, hazırda da onların bir çoxu mərhələli şəkildə Qarabağa, azad olunmuş ərazilərə köçürülürlər. Amma yenə də tələbə oğlanların kirayə mənzil tapmasında problemlər qalır".
Elnur Fərzəliyev əlavə edib ki, bu gün istər qız, istərsə də oğlan tələbələrin kirayə mənzil tapmasında ciddi problemlər var:

"Şəhərin bir çox hissəsi sökülür. Köhnə, istismarını bitirmiş binalar yeniləri ilə əvəz olunur, digər tərəfdən şəhərin mərkəz hissəsində fərdi həyət evlərindən ibarət olan yaşayış massivləri də sökülür. Bu ərazilərdə də çoxlu kirayə mənzillər olurdu. Bunlar da söküləndə həmin kirayə mənzillər mənzil bazarından çıxmış olur. Orada yaşayan sakinlərin özləri yeni mənzilləri tikilənə qədər kirayədə qalırlar. Onlar da mənzilləri uzun müddətli kirayə götürdükərinə görə, artıq paytaxtda tələbələrə yararlı, münasib, ucuz qiymətə mənzil tapmaq çətinləşir".

Ekspert bildirib ki, bu problemlərin həllinin yeganə yolu tələbə yataqxanalarının bərpa olunmasıdır:

"Hazırda yaşayış üçün yaralı olmasa da, torpaq sahələri var. Həmin torpaq sahələrində müasir, hündürmərtəbəli yataqxanalar tikilərsə, tələbələrin ev problemi aradan qalxar, onlar bahalı kirayə mənzillərdən qurtulmuş olarlar. Bunun üçün universitetlər özləri də müraciət edə, yaxud Elm və Təhsil Nazirliyi də müəyyən qurumlara müraciət ünvanlaya bilər. Yasamal rayonunda Bakı Dövlət Universitetinin (BDU) yataqxanaları söküldü, orda sadəcə bir yataqxana var. Onu da "bizim yataqxanamız var" deyə gözmuncuğu kimi saxlayıblar. O yataqxanada əsasən xarici tələbələr qalır. BDU-nun minlərlə tələbəsi var, lakin yataqxanada minimal sayda tələbə qala bilər ki, bu da bölgələrdən gələn tələbələrə bəs eləmir".

"Bakının bir çox ərazilərində olan bu yataqxanalar yenidən bərpa olunmalıdır. Belə olanda tələbələr, ailələri də bu problemdən qurtulmuş olarlar. Çünki tələbənin tək xərci kirayə ilə bitmir, onun yol, qida, geyim, təhsilhaqqı, kitab-dəftər pulu kimi xərcləri var. 4 ildə hansısa kasıb ailənin Bakı və digər böyük şəhərlərdə tələbə oxutmağa ayda 500 manatadan çox xərci çıxır. Hansı ki, bu pul bəlkə də bölgədə yaşayan ailənin bir aylıq qazancıdır. Buna görə də bəzən tələbə bu xərcləri ödəmək üçün məcbur qalıb işləyir. Onlar da təhsildən kənarda qalanda savadlı kadr olaraq yetişmirlər", - deyə ekspert əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 694   Tarix: 10 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

18:00 133
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BİG.AZ-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəl

17:02 279
.

Keçmişdə qalan münaqişə

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqiş

15:25 161
.

Bu simptomlar D vitamini çatışmazlığından xəbər verir

"Orqanizmdə D vitamini çatışmazlığı zəifləmiş immunitet və həddindən artıq yeməyə meyillilik kimi simptomlarla özünü büruzə verə bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə endokrinoloq Anton Polyakov məlumat verib. "D vitamini defisiti adətən əhval-ruhiyyənin düşməsi və qidalanmanı

14:30 187
.

Putin nümayəndəsindən Avropa ilə bağlı diqqətçəkən açıqlama

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropada vəziyyətin yaxşı olmadığını bildirib. xəbər verir ki, Dmitriyev bu açıqlamanı Polşada baş verdiyi iddia edilən çevrili

10:55 222
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

15:32 175
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

11:07 266
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

17:30 142
.

İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb

İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib. İnsident oktyabrın 30-u ölkənin şimalında ba

17:00 151
.