Nə o gəlir var, nə də... - "Gəlin maşını bazarı"nda vəziyyət

Nə o gəlir var, nə də... - "Gəlin maşını bazarı"nda vəziyyətMəhərrəm ayından sonra yeni toy mövsümü başlamaq üzrədir. Toyun əsas atributlarından biri də dəbdəbəli bəy-gəlin maşınlarıdır. Maraqlıdır, yeni toy mövsümündə bir dövrlərin gəlirli biznesi hesab olunan bəy-gəlin maşınları bazarında vəziyyət necədir? Dəbdəbəli toyların azalması bu biznesə necə təsir edib?

"Gəlirlərimiz 60 faiz azalıb"

Bəy-gəlin maşını kirayəsi ilə məşğul olan Hidayət Əliyev "Kaspi"yə açıqlamasında bildirdi ki, pandemiyadan öncəki dövrlə müqayisədə gəlirləri 60 faizə yaxın azalıb. Həmsöhbətimizin sözlərinə görə, əvvəllər 1 ayda 15 toy sifarişi olurdusa, indi maksimum beş-altı sifariş alır: "Bazarda durğunluqdur. Toyların azalması bizim biznesə də mənfi təsir edib. Elə maşın var ki, aylarla sifariş edilmir. Sifarişlər maşınların modelindən asılıdır. Bu gün ən çox tələbat "Mercedes-Benz"in "S-class" və "Gelandevagen" modellərinədir. Digərlərinə tələbat azdır".

"Əvvəllər bu sahəyə maraq çox idi"

Ümumiyyətlə, bəy-gəlin maşını biznesi bir dövrlərin ən gəlirli sahələrindən hesab olunurdu. Müsahibimiz deyir ki, artıq nə o gəlir var, nə də yatırım: "Tələbat azalıb, qiymətlər düşüb. Üstəlik, maşınların xərcləri də artıb. Benzin, ehtiyat hissələri, maşının öz qiyməti çox bahadır. Gələn gəliri maşının bəzəyinə, sürücüsünə, öz xərclərinə verdikdə, çox az qazanc qalır. İndi maşın xərcləri və qiyməti ilə müqayisədə əvvəllər 150 manata getdiyimiz sifarişi 250 manata getməliyik, amma 100 manata razılaşırıq. Əvvəllər bu sahəyə maraq çox idi. Hər kəs gəlir mənbəyi kimi baxırdı. İndi elə deyil. Hazırda bu biznesi lap əvvəldən quranlar əsas sifarişlərini götürür, çatdırmadıqda kiməsə ötürürlər. Bu da nadir hallarda olur".

"Üç avtomobildən bir maşının qazancını götürürəm"

Şəhərdə sərgilənən maşınların azalmasına gəldikdə isə, həmsöhbətimiz deyir ki, səhərdən axşama qədər maşının yanında dayanıb sifariş gözləməyə dəymir: "Maşının yanında sifariş gözləyərkən hər gün on manat yeməyinə, maşının saxlanmasına pul ödəyirsən. Ay ərzində 300-350 manat xərcin çıxır. Bu da sərfəli deyil. Amma əvvəllər belə deyildi. Məsələn, mənim üç maşınım varsa, birinin gəlirini maşınların xərclərinə verir, iki maşından gələn gəliri qazanc götürürdüm. İndi üç avtomobildən, əvvəl bir maşından aldığım qazancı götürürəm".

"Bu biznesə gələnlər uduzur"

H.Əliyevin sözlərinə görə, hazırda bu biznesə gələnlər uduzur: "Sırf bu biznesə görə maşın almaq sərfəli deyil. Çünki maşına çəkdiyin xərci çıxarmaq üçün indiki templə 15 il vaxt lazımdır. Amma əvvəllər maşını alırdın, üç-beş ilə xərclədiyin pulu çıxarırdın. İndi yüz minə aldığın "Gelandevagen"ə yüz manata sifariş götürürsən, iyirmi manat benzini, iyirmi manat bəzəyi, otuz manat sürücüyə verdikdə, qırx manat gəlir qalır. Aya on toya gedəndə 400 manat edir. 400 manatla bunu necə ödəmək olar? Məsələn, mən əvvəl aya min manat qazanırdımsa, indi 600 manat az qazanıram. Bu qədər fərq edir".

"Bəy-gəlin maşını" bazarında qiymətlər...

H.Əliyev deyir ki, yeni model maşınlar daha çox sifariş olunur: "Sifarişlərin çoxluğu maşının ili, modeli, qiymətindən asılıdır. Məsələn, 2006-cı ilin "S klass"ları ay ərzində yeddi-səkkiz toya gedir, ili təzə olanlarda isə bu rəqəm 15-dir. Qiymətlər altmış-yetmiş manatdan başlayır, min manata qədər artır. Köhnə "S klass"lar 100 manata, yeni modelləri 200-220 manata icarəyə götürülür. "Crysler" 70-80 manata, "Rolls-Royce" isə 600-1000 manata gedir. Maşını sürücü yox, bəy sürərsə, kirayəsi 120 manat olan maşın 150 manata verilir. Ümumiyyətlə, bəy-gəlin maşını biznesinin ən qızğın dövrü məhərrəmlikdən, orucluqdan 1 ay öncə və 1 ay sonra olur. May ayında isə, maksimum 2-3 toy olur. Bu biznes sahibləri məhz saydığım dövrlərdə daha yaxşı qazanırlar".

Retro maşınlara maraq artıb

Retro maşınların da sifarişləri dəbdədir. Həmsöhbətimiz deyir ki, hazırda bazarda "Volqa"lar var ki, kirayəsi 100-150 manat arasında dəyişir: "1960-ci illərin maşını olan "Qaz-21" bəzəyi, benzini, sürücüsü ilə birlikdə 120-150 manata başa gəlir. Retro maşınlardan ən bahalısı "Çayka"dır. "Çayka"nın kirayəsi 500 manatdır. Lakin o maşınları tapmaq çətindir. Bakıda 2-3 "Çayka" var. Onlar xarab olduqda ehtiyat hissələrini tapmaq çətin olduğu üçün bazardan çıxırlar".

Toy biznesinin ən uğurlu və durğun dövrü

Bəy-gəlin maşını icarədarı Sahib Paşayev isə fərqli düşünür. Pandemiyadan öncə və sonra gəlirlərində heç bir fərq olmadığını deyir: "Toy biznesinin də gəlirli və durğun vaxtları olur. Yaz, yay və payız ayları toyun ən qızğın dövrləridir. Orucluq və məhərrəmlikdə toylar azalır, amma tam dayanmır. Qəbələ, Zaqatala, Qazax, Balakən, Tovuz bəzən də Gəncədə bu dövrdə də toylar olur. Qış ayları isə bu biznesin ən durğun dövrüdür. Amma ümumilikdə, qazancımızda ciddi dəyişiklik yoxdur".

Bəy maşını özü sürərsə...

Qiymətlərə gəldikdə isə, icarədar deyir ki, qiymətlər məsafədən və maşının modelindən asılıdır: "Müəyyən bahalı maşınlar var ki, məsələn, "Rolls-Royce", şəhər daxilində qısa məsafəyə 700 manat, uzaq məsafəyə 1500 manat, rayona getdikdə isə, təbii ki, kilometrə görə əlavə pullar alınır. Qiymətlər bəzək və şərtlərdən asılıdır. Məsələn, fotosessiyaya getmək, maşını gec saatlarda qaytarmaq əlavə puldur".

Bu il toya maraq çoxdur

Həmsöhbətimiz deyir ki, hələ məhərrəm ayı mövsümü bitməmiş yeddi-səkkiz sifarişi var: "Çox maraqlıdır, bu il toya maraq çoxdur. Əvvəllər adətən, yeni mövsüm başlayandan bir-iki gün qabaq sifarişlər gəlirdi. Bir ay öncədən artıq yeddi-səkkiz sifarişimiz var".

S.Paşayev də yeni gələnlər üçün bu biznesin hazırda əlverişli olmadığı fikrini təsdiqləyir: "Bəzi şirkətlər insanları şirnikləndirirlər ki, "Maşın al, sənə çoxlu toy sifarişi verəcəm". İnsanlar da düşünür ki, qaz vurub, qazan dolduracaqlar. Təbii ki, toylar əvvəlki kimi deyil. Şirkət ancaq toya sifarişi çatdırmasa, digərlərinə müraciət edir. Heç kim öz çörəyini sənə verməz. Ona görə də biznesə yeni qoşulanlarda uğurlu alınmır. Amma bu işlə uzun illərdir məşğul olanlarda, bazarda oturuşanlarda qazanc orta hesabla eynidir". ("Kaspi" qəzeti)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 962   Tarix: 10 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

18:00 0
.

Polşada dövlət çevrilişi iddiası: Hakimin binaya girişinə mane olundu

Polşada dövlət çevrilişinə cəhd baş verdiyi iddia olunur. Bu barədə mühafizəkar Hüquq və Ədalət (PiS) partiyasından olan Avropa Parlamentinin üzvü Arkadiuş Mularçik polis əməkdaşlarının Konstitusiya Tribunalının binasına girişi məhdudlaşdırmasından sonra açıqlama verib. xəbər verir ki, məhkəmənin rəsm

10:38 219
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

11:07 261
.

Keçmişdə qalan münaqişə

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqiş

15:25 153
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

18:20 0
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

14:56 179
.

Arzuladığı Nobel mükafatı həyat yoldaşına qismət ola bilər

ABŞ-nin birinci xanımı Melaniya Tramp Oleşkidə humanitar atəşkəsin əldə olunmasında mühüm rol oynayıb ki, bu da potensial olaraq onun, həyat yoldaşı Donald Trampın çoxdan arzuladığı Sülh üzrə Nobel Mükafatına yolunu açır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Telegraph" nəşr

10:17 236
.

İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb

İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib. İnsident oktyabrın 30-u ölkənin şimalında ba

17:00 113
.

Türkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi

Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub. "Haber Global"a istinadən xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib. Polis əməkdaşları onu tibbi müayinə üçü

14:53 185
.