BQXK-nin gizli oyunu: "Yazıq" erməni, ərzaq yetişmədi...

BQXK-nin gizli oyunu: "Yazıq" erməni, ərzaq yetişmədi...Xəbər verdiyimiz kimi, Rusiya Qırmızı Xaç Cəmiyyətinin (QXC) Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR-ın Xankəndiyə keçidi gecikir.

"Report" xəbər verir ki, Xankəndidə yaşayan erməniəsilli ailələr üçün nəzərdə tutulan yardımla yüklənmiş TIR hələ ki, Bərdə rayonunda dayanır.

Belə ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (QAC) və Rusiya Qırmızı Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

Görünən odur ki, Rusiyanın bu "qardaş" köməyinin qarşısını yalnız Qərb dairələri kəsə bilər. Bölgədə sülhün əldə olunmasını istəməyən, ikili standartlardan çıxış edən Qərb Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əli ilə öz siyasi maraqlarını həyata keçirmək niyyətindədir. Avropa İttifaqı rəsmilərinin aşkar və ziddiyyətli bəyanatları da buna bariz nümunədir. Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrelin "Ağdam-Xankəndi marşrutu Laçın yoluna alternativ sayıla bilməz" kimi bəyanatı da bu qəbildəndir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi isə məsələyə selektiv yanaşmaqla, nəinki öz missiya və öhdəliklərini yerinə yetirmir, hətta Qərb dairələrinin diqtəsi altında pozuculuqla məşğuldur. Bu, onu göstərir ki, təşkilat təyinatı üzrə humanitar deyil, hansısa Qərb təsisatının departamenti kimi mövcuddur. Başqa sözlə, BQXK geosiyasi oyunlara cəlb olunaraq Qərbin maraq və mənafelərini ifadə edir, onların əlində saplarla idarə olunan kukladır.

Bunun səbəbini anlamaq üçün BQXK-ni təsis edən dövlətlər sırasında kimlərin olduğuna diqqət çəkmək kifayətdir. Götürək elə ermənilərin "bacı"sı rolunu məharətlə ifa edən Fransanı. Bütün dövrlərdə ermənipərəst mövqeyini aşkar şəkildə bildirən Paris "bacı"ları üçün göndərilən ərzağın qarşısını niyə alır? Cavabı çox sadədir. Ona sadə erməninin qarnının ac olması maraqlı deyil, çünki Fransa öz "bacı"sından geosiyasi maraqları naminə istifadə edir.

BQXK dünyanın müxtəlif ərazilərində humanitar missiyaları icra edən beynəlxalq təşkilat olsa da, Azərbaycanda başqa "xidmətlər" göstərir. Hazırda ərzaq dolu yükün də gecikməsi təşkilatın Qərbin kəşfiyyat vasitəsi kimi fəaliyyət göstərdiyinə dair ciddi şübhələr yaradır. Müstəqilliyi şübhə altında olan "humanitar" təşkilatın məkrli planlar arxasınca qaçması, üzərinə götürdüyü humanitar missiyaları riyakar planlar üçün alətə çevirməsi da bunu sübut edir. Çünki hansısa ölkənin düşməninin girə bilmədiyi, orduların müdaxilə imkanlarının olmadığı, casuslar üçün əlçatmaz olan ərazilər, bəlkə də, BQXK üçün o qədər də uzaq görünmür. Ona görə də humanitar missiya adı altında təşkilat mandatından kənar fəaliyyətlərə yönələ və ya yönləndirilə bilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 870   Tarix: 10 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

18:00 0
.

Polşada dövlət çevrilişi iddiası: Hakimin binaya girişinə mane olundu

Polşada dövlət çevrilişinə cəhd baş verdiyi iddia olunur. Bu barədə mühafizəkar Hüquq və Ədalət (PiS) partiyasından olan Avropa Parlamentinin üzvü Arkadiuş Mularçik polis əməkdaşlarının Konstitusiya Tribunalının binasına girişi məhdudlaşdırmasından sonra açıqlama verib. xəbər verir ki, məhkəmənin rəsm

10:38 219
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

11:07 261
.

Keçmişdə qalan münaqişə

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqiş

15:25 153
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

18:20 0
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

14:56 179
.

Arzuladığı Nobel mükafatı həyat yoldaşına qismət ola bilər

ABŞ-nin birinci xanımı Melaniya Tramp Oleşkidə humanitar atəşkəsin əldə olunmasında mühüm rol oynayıb ki, bu da potensial olaraq onun, həyat yoldaşı Donald Trampın çoxdan arzuladığı Sülh üzrə Nobel Mükafatına yolunu açır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Telegraph" nəşr

10:17 236
.

İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb

İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib. İnsident oktyabrın 30-u ölkənin şimalında ba

17:00 113
.

Türkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi

Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub. "Haber Global"a istinadən xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib. Polis əməkdaşları onu tibbi müayinə üçü

14:53 185
.