"Bütün hallarda Qarabağda müəyyən hərbi toqquşmaların baş verməsi qaçınılmaz olacaq"-AÇIQLAMA

"Bütün hallarda Qarabağda müəyyən hərbi toqquşmaların baş verməsi qaçınılmaz olacaq"-AÇIQLAMA"Baş verən proseslər, xüsusilə humanitar yardım məsələsində separatçıların çətin vəziyyətdə qaldığı müşahidə edilir. Onlar Azərbaycandan gələn yardımı qəbul etmədilər. Əvəzində Rusiyadan gələcək yük maşınlarını qəbul edəcəklərini açıqladılar. Rusiyanın onlara təzyiqi var idi. Rusiyanın əsas məqsədi Laçın yolunun yüklər üçün açılmasıdır. Amma bunun üçün mütləq şəkildə rəsmi Bakının əsas tələbi olan Ağdam -Xankəndi marşrutunun açılması paralel şəkildə baş verməlidir. Bir növ Bakının şərtlərini yerinə yetirməklə istəklərinə nail olmaq istəyirlər. Təbii ki Rusiyanın regiona maraqları var. Laçın yolu məsələsi artıq digər qüvvələrin, xüsusilə Fransanın bölgəyə müdaxiləsi üçün bir növ əsas məqamlarından biri kimi istifadə olunur".

Bu sözləri BiG.AZ-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert əlavə edib ki, Rusiya üçüncü tərəflərin bölgəyə müdaxiləsinə əsas yaradacaq problemləri aradan qaldırmaq niyyətindədir, məsələləri özü həll etmək istəyir:

"Bu situasiyada separatçılar Rusiyanın təzyiqinə boyun əyərək Ağdam yolundan Rusiya yük maşınlarının qəbul edəcəyini bildirdilər. Rusiya yükləri hazırda neçə gündür ki, Bərdədə gözləyir və əraziyə buraxmırlar. Əgər yük maşınları Bakının tələbini uyğun olaraq buraxılırsa, bu Ağdam -Xankəndi yolunun açılması deməkdir. Artıq gələcəkdə separatçılar Azərbaycanın yardım yüklərini qəbul etməli olacaqlar. Beynəlxalq müstəvidə apardıqları "Qarabağda humanitar fəlakət var" iddiaları üzərində aparılan kampaniya arxa plana keçib. Artıq alternativ yoldan yardım qəbul edilməyə başlanılıb. Qərbdə erməni lobbisinin vasitəçiliyi ilə separatçılara verilən dəstək var. Bu dəstək məhz Laçın yolunun açılması üzərindən həyata keçirilir. Separatçılar Ağdam yolunda yükləri qəbul etsələr artıq bu dəstəkdən belə məhrum ola bilərlər. Digər tərəfdən isə artıq paralel şəkildə Laçın yolunun açılması məsələsi gündəmə gələcək. Azərbaycan tərəfinin əsas tələbi odur ki, Ağdam yolundan eyni vaxtda istifadə edilsin. Rəsmi Bakının tələbi yüklərin Azərbaycanın gömrük qaydalarına uyğun həyata keçirilməsidir. Bütün proseslər onu göstərir ki, faktiki olaraq separatçılar çıxılmaz vəziyyətdədir. Hansı təxribatı törətməyə çalışsalar artıq rəsmi Bakının tələblərinə gəlib çıxırlar".

Asif Nərimanlı əlavə edib ki, bu kontekstdə separatçılar vaxt qazanmağa çalışırlar. Bir neçə məsələ var ki beynəlxalq strukturlar çərçivəsində yenidən müzakirə ediləcək. Separatçılar qərbdə erməni diasporası ilə birlikdə Azərbaycana təzyiq etməyə çalışırlar.

Proses artıq elə vəziyyətdədir ki, onlar məcburdur ki şərtləri qəbul etsinlər. Yüklərin kim tərəfindən göndərildiyinin fərqi yoxdur. İlk yükün keçidi Ağdam -Xankəndi yolunun açılması deməkdir. Separatçıların hərbi mövqelərdə möhkəmlənməsi müşahidə edilir. Neçə müddətdir ki, ərazimizda səngər qazmağa cəhd edirlər. Bütün hallarda Qarabağda müəyyən hərbi toqquşmaların baş verməsi qaçınılmaz olacaq. Humanitar yardım məsələsi, Bakının tələbləri həll edilsə belə konkret tələblər var. Erməni separatçılarının ləğv edilməsi, erməni silahlı qüvvələrinin Qarabağda qalan hissələrinin çıxarılması, o cümlədən dəstələrin tərksilah edilməsi məsələsi qalmaqda davam edir. Qarşı tərəf bu problemləri həll etmək fikrində deyillər. Belə görünür ki, icra edilməsinin yolu əməliyyatlardan keçir. Bu baxımdan çalışırlar ki mümkün proseslərə hazırlaşsınlar. Təxribatlara əl atmaqları gözləniləndir. Separatçılar belə bir qarşıdurma ilə Azərbaycan ordusu qarşısında dura bilməyəcəklərini anlayırlar. Amma təxribatlar onlara başqa şəkildə sərf edir. Davamlı şəkildə hərbi müstəvidə hazırlaşmaqla reinteqrasiyanın qarşısını almaq fikrindədirlər. Göstərməyə çalışırlar ki, Azərbaycan erməni əhalisinə qarşı silahlı hücum edir. Son məqama kimi bu təxribatlara əl atacaqlar".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1480   Tarix: 11 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.