""Qara piar" edib, boşanma xəbərimi yaydılar"
"Mərkəzimdə işlər əla gedir. Mərkəzimizin üzvlərinin bir çox klipləri işıq üzü görüb. Eyni zamanda öz yaradıcı işlərimi də axsatmıram. Bu günlərdə isə Məmmədbağır Bağırzadənin "Darıxıram" mahnısını rokla sintez edilmiş formada oxumuşam. Mahnılar, ifaçılar çoxdur. Bu gün şou-biznesdə yaşıdlarım arasında mənim qədər məhsuldar ifaçı yoxdur. Hər ay bir mahnı təqdim etmişəm. İsveçrədə, İngiltərədə klip çəkdirmişəm".
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elnarə Xəlilova deyib. Yaradıcılığından danışan sənətçi özünü ən çox layihə təqdim edən ifaçı adlandırıb.
Xəlilova yeni bəstələrdən gileylənib. O bildirib ki, indi yazılan mahnıların əksəriyyəti anlaşılmazdır:
"Özümə gün ərzində yüzlərlə mahnı yollayırlar. Onlara bəstəkar deyə bilmərəm. Onlara ad qoya bilmirəm. Bəstəkar Faiq Sücəddinov, Fikrət Əmirov, Xanım İsmayılqızı, Vüqar Camalzadə, Gövhər Həsənzadədir. Mahnılara qulaq asıram, dəhşətdir, söz yığını. Mənim kimi peşəkar biri mahnıdakı sözləri tuta bilmirəm. Bugünkü sənət və yaradıcılıq rəqabəti deyil, ticarət və alverdir. Bu, biznesə çevrilib: pul qoyurlar və qazanırlar. Pul qoyub trendə düşür, sonra da pul qazanırlar. Çıxıb deyirlər ki, 25 milyon baxış gəlib. Axı sən buna pul qoymusan, niyə demirsən? Mahnılardan baş aça bilmirəm: ideya yox, kasad, sabun köpüyünə oxşayır".
Müğənni ona qarşı "qara piar" aparıldığını, yaradıcılığına kölgə salındığını iddia edib:
"Mən klip çəkdirdim, götürüb hamiləlik xəbərimi yaydılar. Qəsdən etdilər ki, işim kölgədə qalsın. Qorxurlar ki, Elnarənin işi partladar, tez onu məişət mövzusu ilə ört-basdır edək. Yayda bir mahnı çıxartdım, boşanma xəbərim yazıldı. Ailəmlə istirahətdə idik, səhər açdıq ki, yazıblar ayrılıb. Bilmirəm "qara piar"ı kim edir. Bunu qəsdən edirlər. İstəyirlər mən gündəmdə övlad, boşanma - məişət xəbərləri ilə yadda qalım".
Xəlilova toylara gedib-getməməsi haqda suala isə "Mənim var dövlətim, brilyantım, qızıllarım ailəmdir. Bir də sənətimdir. Mən yaradıcılığı digər həmkarlarımdan fərqli olaraq biznesə çevirmirəm. İstəyirəm baxım nə bəyənildi, nə yox. Əgər mən hit oxuyuramsa onu toyda da, ad günündə də istəyəcklər. Hər toya getmirəm. Bəzi ailələr var ki, illərdir onların ailə tədbirlərinə qatılıram. Öz, indi uşaqlarının toyunda olacağam. Seçirəm, hər yerə getmirəm" cavabını verib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1117 Tarix: 11 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi
16:05 219 Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar
Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə
30.10.2026 416 "44" filminin kinoteatr nümayişində rekord izləyici
Ölkə kinoteatrlarında nümayiş olunan "44" bədii filmi ilk gündən böyük tamaşaçı marağı ilə qarşılanıb və qısa müddətdə rekord izləyici sayı qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, 15 gün ərzində "44" filmini 122 min tamaşaçı izləyib. Bu, Azərbaycan kino tarixində kinoteat
14:17 170 İşıqlı gələcəyə yol açan Şanlı Qələbə
Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin 2020-ci il noyabrı
15:24 133 Leyla və Alyona Əliyevalar "Baku Art Weekend"də - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Bakıda "Baku Art Weekend" sərgi festivalında iştirak ediblər. "Qafqazinfo" sərgidən görüntüləri təqdim edir:
10:15 292 Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib
Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav
30.10.2026 406 Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30.10.2026 366 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu
16:40 85 Lavrov ABŞ-a gedib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir
30.10.2026 352